şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan universitetlərinin ikili diplom problemi...

Image


Əksər halda şikayət edirik ki, Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl ali məktəblərin diplomları beynəlxalq aləmdə tanınmır. Həqiqətdir ki, bizim ali məktəbləri bitirənlər heç bir xarici ölkədə əlavə təhsil almasalar, yaxud magistraturanı bitirməsələr, onların xarici ölkələrdə işlə təmin olunmasında ciddi problemlər yaşanır.

Azərbaycan ali məktəblərinin diplomlarının tanınması üçün müxtəlif tədbirlərin, proqramların işlənib hazırlanmasına, tətbiqinə ciddi ehtiyac var. Gizlin deyil ki, hazırkı şəraitdə ali məktəblərimizin dünya universitetləri ilə səmərəli əməkdaşlıq etməsi vacibdir. Çünki bu əməkdaşlıq bizim ali məktəblərin verdiyi diplomların beynəlxalq aləmdə tanınması və qəbul olunması üçün gərəklidir.

Heç şübhəsiz ki, bu məsələnin həlli müxtəlif mərhələlərdən keçir. Onlardan biri də Azərbaycan universitetləri ilə xarici ölkə universitetləri arasında ikili diplom proqramıdır. İkili diplıom proqramına qoşulma bizim ali məktəblərin xarici universitetlərlə əməkdaşlıq əlaqələrinin genişlənməsinə, eyni zamanda da diplomlarının tanıdılmasına imkan yaradır. Azərbaycan ali təhsil sisteminin beynəlxalq təhsil sistemi ilə qarşılıqlı əlaqəsi bizə böyük fayda verə bilər.

Bu gün Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin çox cüzi bir hissəsi ikili diplom proqramına maraq göstərir.

Yeri gəlmişkən, ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" hazırlanıb. Dövlət Proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Dövlət Proqramının birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulur. Proqramın ikinci komponenti isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək. 

Bildiyimiz kimi, Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunması aktualdır. Ekspertlər qeyd edirlər ki, beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi yerli ali təhsil müəssisələrində ölkənin inkişaf prioritetlərinə uyğun yüksək ixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlığına nail olunacaq. Beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi yerli ali təhsil müəssisələrinə əcnəbi professor-müəllim heyətini əmək fəaliyyətinə cəlb etməklə, ali təhsil sistemində aparılan islahatların sürətləndirilməsinə, həmin ali təhsil müəssisələrinin müasir tələblərə uyğunlaşdırılmasına, idarəetmə və beynəlxalq əməkdaşlıq bacarıqlarının təkmilləşdirilməsinə, universitetlərin beynəlxalq reytinqinin yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, yerli ali təhsil müəssisələrində tədris olunan beynəlxalq ikili diplom proqramlarının beynəlxalq akkreditasiyasına nail olunacaq. Yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarını həyata keçirməklə onların nüfuzu artacaq və regional təhsil mərkəzlərinə çevriləcəklər.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün UFAZ modeli əsasında ilkin mərhələdə 5 (beş) beynəlxalq ikili diplom proqramının təsis olunması nəzərdə tutulur. İkili diplom proqramlarına nümunə kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsi çərçivəsində 4 texniki ixtisas üzrə birgə bakalavriat proqramı və “ADA” Universitetinin ABŞ-ın Miçiqan Dövlət Universiteti ilə birgə “Təhsil üzrə Menecment” magistr proqramı və Niderlandın Maastrixt Menecment Məktəbi ilə “Executive MBA” layihəsini göstərmək olar. Məlumatlara görə, həmçinin, Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın “Heriot-Vat” Universiteti ilə 3 texniki ixtisas üzrə birgə bakalavriat səviyyəsi üzrə kadr hazırlığı və Azərbaycan Turizm və Menecment Universiteti və Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə ikili diplom layihəsi mövcuddur.

Bakı Dövlət Universitetinin (BDU) artıq ikili diplom vermək təcrübəsinin olduğu məlumdur. Düzdür, bu, universitetin bütün fakültələrini əhatə etməsə də, müxtəlif fakültələrin tələbələri paralel olaraq xarici ölkələrdə təhsil alırlar. Yəni qaydalara görə, tələbələr iki il bu ali məktəbdə, iki il isə xarici universitetdə oxuyaraq bakalavr pilləsini başa vururlar. Sonra isə həmin məzunların xarici ölkələrdə magistratura təhsili alması, eləcə də xarici bazarda iş tapması problemi, demək olar ki, olmur.

BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova “Bakı-Xəbər”ə bildirdi ki, bu ali məktəb əvvəlki dövrlərdə də ikili diplom proqramına qoşulub. “Almaniyanın Vürzburq Universiteti ilə uzun illərdir bu sahədə əməkdaşlıq edirik. Artıq tələbələrə ikili diplom verilib. Deyim ki, ikili diplomun tələbələr üçün əhəmiyyəti çox böyükdür. Tələbələr həm BDU-nun, həm də Almaniyanın Vurzburq Universitetinin diplomunu alıblar”.

P.İbrahimova, həmçinin, qeyd etdi ki, BDU artıq növbəti dəfə ikili diplom proqramına qoşulub. O bildirdi ki, BDU Fransanın Lion 2 Universiteti ilə ikili diplomla bağlı əməkdaşlığa başlayıb.

Qeyd edək ki, universitetlərarası münasibətlərin perspektivləri barədə aparılan görüşün nəticəsi olaraq Bakı Dövlət Universiteti və Lion 2 Universitetinin müəllim və tələbə heyətinin elm, təhsil ehtiyaclarına böyük əhəmiyyət verərək, hüquq sahəsində ali təhsilin ixtisaslaşdırılmış sahələrinin yaradılması ehtiyacını əsas götürərək, əqli mülkiyyət hüququ fənninin peşəkar səviyyədə və yüksək səriştə ilə tədris olunmasını, habelə sözügedən sahənin cəmiyyətdə aktuallığını nəzərə alaraq, BDU-nun hüquq fakültəsi ilə Lion 2 Universitetinin hüquq fakültəsinin magistratura pilləsində “Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə niyyət protokolu imzalanıb. Protokolda birgə proqramlar, müəllim və tələbə mübadilələri, seminarlar, simpoziumlar, konfransların keçirilməsi, “Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə mütəxəssis mübadiləsinin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Azərbaycan ali məktəbləri sırasında Azərbaycan Memarlıq və İnşaat Universiteti də (AzMİU) var. 2016-cı ildən etibarən AzMİU İspaniyanın Koruna Universiteti ilə ekologiya mühəndisliyi və Portuqaliyanın Leira Politexnik Universiteti ilə birgə inşaat mühəndisliyi ixtisasları üzrə magistratura səviyyəsində ikili diplom proqramını həyata keçirir.

Onu da vurğulayaq ki, Azərbaycanda ikili diplom proqramına ilk qoşulan ali məktəb Turizm və Menecment Universiteti olub. Ölkəmizdə ali təhsil Boloniya proqramına keçid etdikdən sonra ali məktəblərin tədris mənzərəsinin də dəyişməsinə, yenilənməsinə ehtiyac yarandı.  

Məlum olduğu kimi, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yarandığı ilk gündən özünün beynəlxalq əlaqələrinin yaradılmasına və genişləndirilməsinə xüsusi diqqət ayırıb. Elə bu səbəbdən də 2007-ci il iyul ayının 4-ü Azərbaycan təhsil təcrübəsində ilk dəfə olaraq, ATMU və Avstriyanın IMC (International Management Center) Krems Tətbiqi Elmlər Universiteti (Krems TEU) ilə ikili diplom üzrə müqavilə imzalanıb və artıq bu illər ərzində davamlı şəkildə fəaliyyət qöstərərək 200-ə yaxın məzunu iki diplom əldə edib.

Xəzər Universiteti isə Portuqaliyanın Braqanza Politexnik İnstitutu ilə ikili diplom proqramı həyata keçirir. Universitetin Tələbə qəbulu şöbəsindən “Bakı-Xəbər”ə bildirdilər ki, bu proqram üzrə təhsil alan tələbələr iki il Portuqaliyada, iki il isə Azərbaycanda təhsil alırlar. İki ali məktəbin diplomunu alan bakalavrların sonradan xarici ölkələrdə fəaliyyət göstərmələri daha asan olur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimovun bildirdiyinə görə isə ADPU hələlik ikili diplom proqramına qoşulmayıb. M.İbrahimovun sözlərinə görə, gələcəkdə bu ali məktəb də ikili diplom verən universitetlər sırasına qoşula bilər. “Hələ ki, bizim ali məktəb ikili diplomla bağlı hansısa xarici ali məktəblə əməkdaşlıq etmir. Bilirsiniz ki, bizim ali məktəblərin diplomlarını tanımırlar. Bildiyim qədər, hazırda bəzi ali məktəblərdə bu var. Ümumiyyətlə, ikili diplom məsələsi çox vacibdir” - deyə M.İbrahimov qeyd etdi.

Azərbaycan Dillər Universiteti də (ADU) ikili diplom proqramına qoşulub. Bu ali məktəbdən aldığımız məlumata görə, ADU bir neçə ildir İngiltərə universitetlərindən biri ilə ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalayıb.

Təhsil ekspertləri hesab edirlər ki, ikili diplom proqramına qoşulma və bu proqam çərçivəsində tələbələrin təhsil alması ölkəmizdə ali təhsilin məzmun və keyfiyyətinə fayda verməklə yanaşı, həm də gənclərimizin xarici əmək bazarında maneəsiz iş tapmasına kömək olacaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ