çərşənbə günü, 08 iyul 2026
     

GÖZLƏR YOLDAN YIĞILARMI...

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...

Qasım Həsənov: “Ermənilər insanları armatura bağlayıb yandırdılar”

(Yeddinci yazı)

“Uzaqda, meşənin ortasında ocaq yandırılmışdı. Ocağın tüstüsünün hər tərəfi bürüdüyünü görən bələdçi - yerli hindu onu gəlmələrin yandırdığını söylədi. Dedi bunu ayırd etmək onun üçün çox sadə və asandır. Çünki yerli qəbilələr heç vaxt yaş odun yandırmazlar ki, tüstüsü hər tərəfə yayılıb öz gözlərini də acılandırsın, özlərini də boğsun. Bunu yalnız Avropadan gələnlər edər. Onlar çox hiylələri bilsələr də, bu yerlərin dilini, o cümlədən meşə odununun hansının yandırılmalı olduğunu bilməzlər”.

Fenimor Kuperin “Ləpirçi” əsərində bələdçi-kəşfiyyatçının dedikləri

Kəşfiyyatçılığın və bələdçiliyin xüsusi qabiliyyətlər tələb etməsi məşhur klassik əsərin həm bu, həm də digər hissələrində öz bədii inikasını çox yüksək səviyyədə tapıb. Dünyaca məşhur Amerika yazıçısı uzun müddət o şəraitdə yaşayıbmış sayaq bu məqamları sanki şəxsi şahidliyi zəminində oxucuya çatdırıb. 

...Od-alovun içinə yollanacağıq yazılarımızın bu hissəsində. Xəqaninin də keçdiyi döyüş mövqelərində baş verənlərin canlı şahidi ilə görüşürük. Həm də Xəqanini son dəfə - yoxa çıxdığı gün görən, tapa bildiyimiz yeganə şahidlə... İtkin-şəhidimizin batalyon komandiri olmuş Qasım Həsənovla aydınlıq gətirmək niyyətindəyik qəhrəmanımızın itkinlik taleyinə.

Əvvəla onu qeyd edim ki, Xəqaninin döyüş yoldaşlarını tapmaq çox müşkülə çevrilib. Atəşkəsdən sonra döyüşdən, ordudan tərxis olunan keçmiş döyüşçülərin bəziləri dünyasını dəyişib, bəziləri gün-güzəran ardınca müxtəlif ölkələrə üz tutub. Ən əsası isə, o zamankı cavan döyüşçülərin əksəriyyəti indi ahıllıq yaşının astanasına gəlib çatıb. Babək adlı keçmiş döyüşçünün telefon zəngimizə “indi 70 yaşlı qoca kişiyəm” söyləməsi döyüş ruhlu veteranlarımızın artıq qocalmaqda olduqlarını bir daha təsdiqləmiş oldu. Amma nə yaxşı ki, sonrakı nəsillər var, davamçılar var. Daha çevik, daha səfərbər, nizam-intizamlı, daha mübariz. Mübariz İbrahimovlar, Fərid Əhmədovlar, Raqublar, Murad Mirzəyevlər, saysız-hesabsız qəhrəman oğullarımız...

...Qasımı tapmaq da o qədər asan olmadı. Bu işdə Xəqaninin qardaşı Qinyaz xeyli əmək sərf elədi. Mənimlə bərabər daimi əlaqədə axtara-axtara, nəhayət, Qasımla görüşməyə nail olduq. Qardaşının itkin düşdüyünü biləndə Qinyazın əvvəlcə tələb-təkidlə Xəqanini soruşub-istədiyi, sonra birlikdə səs-səsə verib ağlaşdıqları Qasımı... bu adamları yenidən görüşdürmüşəm. 25 il sonra...yenə Xəqanisiz...

Bir acı məqamı da itkin-şəhidimizin döyüş yoldaşlarını axtardığımız həmin günlərdə yaşamalı olduq. Belə ki, Xəqaninin döyüş yoldaşı, digər kəşfiyyatçı Arifin elə Qasımla görüşdüyümüz günlərdə dünyasını dəyişməsi xəbərini aldıq. Ağ ciyər xərçəngindən. Allah qazi qardaşımızın axirət dünyasını versin, Allah rəhmət eləsin! O da bizimlə görüşmək istədiyini söyləyibmiş Qasıma. Xəstə yatağında deyibmiş bunu. Xəqani haqqında bildiklərini söyləmək istəyirmiş. Qismət olmadı...

Xəqaninin nişanlanma ziyafəti – döyüş bölgəsində

Mən, Qinyaz və Qasım çay stolu arxasında bir araya gəlib söhbətləşdik. Qasım ilk öncə Ağdamın indi həsrət qaldığımız kəndlərindəki döyüş mövqelərində ağ-qara formada lentə alınmış 25 yaşlı fotonu göstərir bizə. Şəkildəki əsgər-döyüşçü yoldaşlarını sadalayır bir-bir: bu Xəqanidi, bu sağdakı mənəm, bu Fərhaddı, bu Arifdi, bu mənim yeznəm Camaldı, bax belə...

Sabiq komandir xatirələrinə dalaraq əvvəlcə qırıq-qırıq məlumatları bölüşür bizimlə. Yaddaşını oyatmaq üçün bəri başdan bərkə-boşa salıb yoxlamıram onu. Çünki daha dərinliklərə nüfuz edə bilmək üçün Qasımın yaddaşının alt şüurunda möhürlənərək yatıb qalan acılı-şirinli xatirələrin ayılması məndən ötrü çox vacibdi. Ancaq onları hökm etməklə Qasımdan almaq olmaz. Bu xatirələrin işığında Vətən uğrunda müqəddəs savaşımızın elə nöqtələrini aşkara çıxaracağıq ki... Qoy o,  xatirələrini ehmalca ardıcıllığa kökləsin. Həm də ilk dəfə görüşməyimizə baxmayaraq, ona və keçdiyi döyüş yoluna sonsuz sayğımızın olduğunu hiss etsin. Yalnız bundan sonra bizim istədiklərimizi həvəslə cavablandıracağına əminəm.

Qasım:  

- Fərhadın ata-anası yox idi deyəsən. Mən hospitalda yatanda bacısı gəlib tapmışdı məni. O məndən soruşdu ki, nə baş verdi, necə oldu və s. Fərhadın əslən haralı olduğunu da bilmirəm. Onu bilirəm ki, Bakının Bakıxanov qəsəbəsində yaşayırdılar. Onun bacısını axtarıb tapmaq olar. Ancaq onlarda da çətin ki, elə dəqiq bir məlumat olsun. Çünki, bildiyim qədər, Fərhaddan da indiyədək heç bir məlumat yoxdu.

- Bəs Xəqaninin son günləri yadınızda necə və ya hansısa bir əlamətdar hadisə ilə qalıb? Hər hansı mənada...

- Orası yadımdadı ki, Xəqani icazə alıb 3-4 günlük evlərinə getmişdi. Qayıdanda dedi nişanlanmışam. Biz də onun nişanlanmağını orda qeyd elədik sakit bir vaxtda. Yaxşıca yeyib-içmişdik. Bunları yaxşı xatırlayıram.

Xəqaninin yoxa çıxdığı döyüşdən sonra bax bu qardaşı Qinyaz gəldi bizim yanımıza. Dedi ki, anası, bütün doğmaları yuxularını qatıb-qarışdırıblar, onu da təcili göndəriblər ki, Xəqanidən bir xəbər gətirsin. Onda biz “boy”dan çıxmışdıq.

- Dediyiniz o məşhur “boy” - döyüş hansı tarixdə olmuşdu?

- Dekabrın 26-27-sində.

- İki gün dayanmadan davam etmişdi döyüş?

- İki günmü, üç günmü davam etdi həmin döyüş, indi dəqiq xatırlamıram. Ancaq onu bilirəm ki, Boyəhmədli, Mollalar kəndləri, Qalayçılar qalası, bir də “Qasımın karyeri” deyilən ərazinin aşağıdakı “Bala karyer” hissəsində olmuşdu həmin döyüş. Mən orda mütəmadi gedən döyüşləri görüb, əraziləri bələdləyəndən sonra Qərargah rəisi Nəcməddin Sadıqova dedim ki, buranın xilas yolu Azərbaycanın ümumilikdə bütün cəbhə boyu hücuma keçməsindən asılıdır. Nəyə görə? Fikrimi ordakı döyüşlər zamanı başımıza gələn konkret faktlar, hadisələrlə əsaslandırdım. Söylədim ki, məsələn, tutalım Qazaxda bizimkilər beş kəndi götürürlər. Dəfələrlə bu və buna bənzər olaylar baş vermişdi. Bunu televizor elan edirdi, mətbuat yazırdı. “Çyornaya koşka” gəlirdi, həmin o kəndləri geri alırdı, verirdi ermənilərə. Amma sonra nə baş verirdi? Fikir verin, cəbhə xəttinin bir ucu Qazax, digər ucu Füzuli bölgəsi idi. Proseslər aşağıdakı ardıcıllıqla davam edirdi. “Çyornaya koşka” gəlib dayanırdı Daşkəsən istiqamətində, bu iki bölgənin tən ortasında. Qazaxda, Gədəbəydə beş kəndi alanlar gəlib ortadakı bir zolaqda birləşməliydilər ki, tutduqları yaşayış məskənləri, torpaqlar əllərində qalsın. Ancaq bu mümkün olmurdu. Biz də gəlib Qalayçılar qalasını alanda, Ağdamlıların Quşçu dərəsi dediyi, əslində dağın zirvəsi olan ərazidə dayanmalı olurduq. Deyirdim ki, burda müşahidəçilik lazım deyil, hündürdəyik, bizi vuracaqlar, daha doğrusu “Çyornaya koşka” gəlib bizi vuracaq, gəlin ya hücuma keçək, ya da düşək geri – dərəyə. Yoxsa bir “qrad” atmaqları kifayətdir ki, hamımızı qırsınlar.

- Sizin vəzifəniz nə idi, səlahiyyətiniz hansı miqyasdaydı o zaman?

- Mən kəşfiyyat rotasının komandiri idim.

- Zabit idiniz?

- Yox. Rütbəm yox idi. O dövrdə bu məsələləri elə kortəbii şəkildə həll edirdilər. Bizi hələ cəbhəyə getməmiş, Bakının Qala qəsəbəsindəki hərbi hissəyə toplayanda rota-rota ayırdılar, soruşdular ki, kimin ali və ya orta ixtisas təhsili var. Əvvəlcə heç kimdən səs çıxmadı. Sonra bir nəfər çıxdı irəli və dedi ki, Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib. Ona dedilər ki, səni qoyduq rota komandiri. Bundan sonra əksəriyyət ali təhsilli olduğunu boynuna aldı. Bax, belə formada komandirlər, rotalar müəyyənləşdi. Mayor Vladimir Zelenko isə bu seçim formasına baxıb başını buladı və “mne vam oçen jalko” dedi. Sonra onun bizimlə Ağdamda döyüş bölgəsində qalıb vuruşmasına səbəb elə onun bu sözləri və ya başqa cür desək, bizə yazığı gəlməsi oldu. Əslində, o bizi Ağdamda təhvil verib geri qayıtmalı idi. Bu insanın məhz belə qərar verməsi – döyüş bölgəsini seçməsi səbəbindən ailəsi az qala dağılacaqdı. Ailəsinə baxmırdılar hərbi hissədə. Ac qalırdılar. Ailəsini mən gətirib evimizdə saxladım.

- Zelenko sağdı hazırda?

- Hə, sağdı. Dizindən yaralanıb qayıtdı. O yaralanandan sonra Məmmədov soyadlı qərargah rəisi ilə birlikdə məni zorla briqada komandiri qoydular. Bu əsaslandırma ilə ki, müharibənin qaydaları var: döyüşdə komandir öldüsə, mütləq kimsə onun səlahiyyətlərini boynuna götürməlidir. Mən də baxıb gördüm qaçaqaç düşüb, topçular hamısı qaçır, harayladım ki, hara gedirsiz ay Feyruz, dedi bəs bizə xəbər gəlib, biz artıq gedirik.

“Kolxoz idi, vəssalam”

Bu yerdə söhbətimizin istiqamətini yenidən Xəqaninin kəşfiyyatçılığına yönəldirəm. Qasım:

- Xəqaninin kəşfiyyatçılığına səbəb nə olmuşdu? Qaladakı prosesləri ki, sizə danışdım. Hamının birdən-birə komandir olmaq istəməsini. Bax orda mən gördüm ki, hərbi formada bir oğlan gəzir. Şəkili yeznəm Camala dedim ki, onu bizim yanımıza çağırsın. Nə isə. Gəldi bu adam yanımıza, soruşdum ki, sən kimsən? Dedi mən döyüşçüyəm, özüm Naxçıvandanam, bir dəfə də əsir düşüb qayıtmışam.

- Sabir idi?

- Bəli-bəli Sabir. Dedim a qardaş, o tərəflərdə olmusanmı? Dedi hə. Dedim onda mənim də adımı yaz. Bu zaman Xəqaninin də bizimlə getməsinə onun bu rotaya yığılan uşaqlardan hansı iləsə yaxın münasibəti səbəb oldu. Biz 20 nəfər olduq ümumi. İkisi gürcüstanlı idi. İndiki kimi yadımdadır, onlar qaçdılar, qaldıq 18 nəfər. Qalan 18 nəfərin hamısı ilə hələ Qalada bir yerdə olmuşuq. Bizi məşq elətdirirdilər orda, yatırdıq-dururduq və s. Hələ Qalada dedim ki, bizi yazın kəşfiyyata. Bu variantı Sabirin orda olması, döyüşdə, kəşfiyyatda olması səbəbindən seçdik. Çünki yerindən duran təcrübəsiz komandirlərlə gedib mənasız yerə qırılmaqdansa, bu təcrübəli Sabiri seçdik ki, heç olmasa döyüş taktikasından-filandan başı çıxan birisi ilə gedək. Hamımız razılaşdıq. Təzədən bizi ayrıca siyahılaşdırdılar, hamının yatdığı basketbol zalından çıxarıb bizə ayrıca otaq ayırdılar, məşq eləməyə zal verdilər, yemək-içməyimiz ayrı, istirahətimiz ayrı və s. Ondan sonra həmin 18 nəfərlə necə gedib cəbhəyə çıxdıqsa, eləcə axşama kimi də bir yerdə olurduq. Axşamlar nə baş verirdi? İki gündən-üç gündən bir daima biz keçirdik o biri tərəfə. Yəni Xəqani də, Mirpaşa dediyimiz Fərhad da, mən də, başqaları da – hamımız.

- Bilirsiz, Qasım müəllim, Xəqaninin birdən-birə kəşfiyyatçılığa başlaması bizə qəribə gəlir. Yəni bununçün əsaslar var idimi? Qardaşları ilə söhbətlərimdə də bu məsələni çözməyə çalışmışam. Xəqani nə ərazini dəqiq tanıyırdı, nə də erməni dilini bilirdi...

- O zamanları xatırlayıb özünüz də bu suala cavab tapacaqsız. O dövrü ancaq belə xarakterizə edə bilərik: kolxoz idi, vəssalam. Amma komandirimiz Volodya Zelenko Əfqanıstanda kəşfiyyat işçisi olmuşdu. O işi bilirdi. Məsələn, o Sabiri niyə komandirlikdən uzaqlaşdırdı? Deyim, fikir verin. Biz kəşfiyyata gedəndə özümüzlə rabitə vasitəsi götürə bilməzdik. Ona görə kəşfiyyatçı irəli getdikcə Zelenko onu arxadan durbinlə müşayiət edirdi. Və səssiz şəkildə irəli-geri işarələri verirdi. Sabirsə onun bu vacib işarələrinə saymazlıq edirdi. Bir-iki dəfə Sabirə irad bildirdi, Sabirsə məhəl qoymadı, ondan sonra Sabiri uzaqlaşdırdı. Sonra məni komandir təyin elədilər ki, onsuz da həmişə sən qabağa gedirsən, əsgərləri sən idarə edirsən, bax bu minvalla.

“Xaxlı otkuda znayut Qasımskiy karyer, znaçit on aqent”

- Xəqaninin sonuncu döyüşündən danışaq, mümkünsə. Məndə olan məlumata görə, hansısa körpünü qorumağı və ya partlatmağı tapşırmısız Xəqani ilə Fərhada...

- Yox, elə deyildi. Qoy mən bu prosesləri bir qədər geniş danışım.

- Buyurun...

- Deməli, orda belə bir məsələ var idi. Ağdam-Ağdərə yolundakı Qalayçılar kəndi ki dedim, bax o kəndin yanından keçirsən, biz orda daha çox gecələr olsaq da, oraları əzbər tanıyıram, Ağdərə yolunun üstündə dağın döşündə hər axşam tonqal yandırırdılar ermənilər. Bizə bu tonqalın yandırılma səbəbini araşdırmaq tapşırığı verilmişdi. Mən də dedim ki, axı Ağdərə çoxdan işğal olunub, üstəlik ondan bəridə Mollalar kəndi və daha üç kənd də işğaldadı, indi ora getmək çətindi. Zelenko dedi Qasım, səni məhv eləmək istəyirlər, getmə ora. Dedim, axı necə getməyim? Tapşırıq almışıq ki, getməlisiz. Nə isə getdik. Yenə də hamımız. Xəqani də, Hüseyn də, Mirpaşa deyilən Fərhad da – hamımız. O da necə oldu, müəllim? Qoy vəziyyəti nisbətən də olsa aydınlaşdırım sizin üçün, siz də o zaman yaranmış reallığı təxmin edəsiniz. Deməli, Bakıya iki nəfər ukraynalı gəlibmiş. Onlar gəlib Müdafiə Nazirliyində sənədlərini göstəriblər ki, biz Nikaraquada, Əfqanıstanda və başqa yerlərdə vuruşmuşuq, təcrübəmiz var-filan, əlqərəz, muzdlu döyüşməyə gəlmişik sizin tərəfdən. Onları göndərmişdilər Ağdama. Onlardan birini Ağdamın Sarıcalı kəndində yerləşən 1-ci batalyona verdilər, birini isə bizə. Sarıcalıya göndərilən xaxol biri ləzgi olmaqla iki əsgəri kəşfiyyat adına aparıb Qasımın karyerinin arxasında yoxa çıxartmışdı, yəni ermənilərə təhvil verib gəlmişdi. Soruşanda demişdi ki, guya onlar qorxub qaçıblar. Amma özünə inamı qırmamaq, daha doğrusu şübhə yaratmamaq üçün onu da deyir ki, ermənilərin orda filan qədər topu, əsgəri var və s. Bu məlumatları isə düzgün deyir. Yenə də bundan şübhələnirlər. Sorğu-sual etsələr də əvvəlcə heç nəyi boynuna almır, Məcbur olub tutub onu bıçaqlayırlar. Bıçaqlayandan sonra onu öldürəcəklərini zənn edir, qayıdıb bizimkilərə yalvarır ki, bəs məni öldürməyin, biz İrəvandan gəlmişik. Bunu bilən kimi 190 saylı hərbi hissəyə məlumat vermişdilər. Biz də bu xaxolun o biri tayını aparıb Güllücədəki qaldığımız məktəbdə batalyonun uşaqlarına təqdim etmişdik. Batalyona gətirəndən sonra onu bir qədər sorğu-sual elədik, əraziləri soruşduq, gördük ki, bu, Qasımın karyerinin adına kimi bütün ərazi haqqında məlumatlıdır, xəritəni əzbər bilir. Zelenko bundan şübhələndi. Sağollaşıb çıxanda məni saxlayıb dedi ki, nə fikirləşirsən? Cavab verdim ki, bütün əraziləri tanıyır, yaxşıdı. Onda mənə qayıdıb təpindi: “tı baran çtoli, xaxlı otkuda znayut Qasımskiy karyer, znaçit on aqent”. Dedi Qasım, bu yüz faiz ermənilər tərəfdən göndərilib. Sonra mənə tapşırıq verdi ki, kanalı keçərsən, öz yaxın adamlarından birinə tapşırarsan ki, işdi birdən səni vursalar, o dəqiqə bunu vursun o da. Ancaq çalışıb öldürməyin. Onu yaralı vəziyyətdə diri gətirin bura. Mənə onun “dili” lazımdı. Gördünüz alınmır, öldürün və təcili də qayıdın geri.

Beləcə, tapşırığı aldım. İki ədəd trassel götürdüm. Arif, mən, bir də bu xaxol getdik. Üçümüz qalxdıq dağa. Uşaqların hamısına Xəqani də daxil olmaqla dedim ki, bizi mühasirəyə salsalar, mən özümüz tərəfə iki trassel atacam. Trasseli atdımsa, artıq siz bilin ki, bizi apardılar. Siz qaçın canınızı qurtarın. Beləcə, gəlib tonqal yandırılan əraziyə çatdıq. Baxdım ki, armaturu yerə çalıblar, məftillə yox, nazik kəndirlə adamı tutub bağlayıblar. Adamı buna bağlayıblar, kibriti alışdırıb yandırırlar.

- Azərbaycanlıları...

- Hə. Arif dedi, Qasım bir bura bax, deməli kəndir nazik olduğundan yanıb qurtarır, insansa durub qaçıb o kolun dalında, bu kolun dalında gizlənməyə çalışır, daha doğrusu yana-yana canını qurtarmaq istəyir. Bu isə vəhşiləşmiş ermənilərə ləzzət eləyir. Üzüaşağı bir neçə yanmış meyit kolluqlara ilişib qalmışdı. Bu dəhşətin şahidi olduq... Gəldik komandanlığı məlumatlandırmağa. Biz qayıdıb gələndə gördüm ki, hərbi hissəmizdə millət doludu, milislər-filan. Mən bunları gəlib məruzə edəndə rəhbərlikdən mənə dedilər ki, nə danışırsan, camaatı qorxudursan. Dedim heç kimi qorxutmuram. Əks-kəşfiyyatınız var, mənə qoşub göndərib dəqiqləşdirə bilərsiniz dediklərimi. Dedilər, biz ora gedənik? Dedim niyə gedə bilmirsiniz, mən necə getdim bəs, indi də məni yalan danışmaqda günahlandırırsız.

- Qinyaz soruşur:

Bəs xaxol dediyiniz o adam da sizinlə qayıdıb gəldimi?

(Ardı var)
Nəzirməmməd Zöhrablı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

08.07.2026 / 14:10
Yaxın Şərqdə gərginlik yenidən artdı – ABŞ İranda 80-dən çox hədəfi vurdu, Tehrandan sərt cavab gəldi...

08.07.2026 / 14:04
Nazir Yaxın Şərqdəki Azərbaycan vətəndaşlarını rəsmi xəbərdarlıqlara əməl etməyə çağırdı

08.07.2026 / 13:53
İrandan Azərbaycana iri həcmdə narkotik keçirilməsinin qarşısı alındı

08.07.2026 / 13:44
Tramp İrana zərbə əmrini birbaşa NATO sammitindən verdi...

08.07.2026 / 13:40
"Azərbaycan-Ermənistan razılaşması regionda sülhə töhfə verəcək" - İordaniya XİN

08.07.2026 / 13:36
Azərbaycanın Quru Qoşunları genişmiqyaslı təlimə başladı - FOTO/VİDEO

08.07.2026 / 13:26
Sabirabadda 10 kiloqrama yaxın narkotik aşkarlandı

08.07.2026 / 13:10
Tramp İranla atəşkəs razılaşmasının bitdiyini rəsmən elan etdi...

08.07.2026 / 13:04
DYP kənd təsərrüfatı texnikaları ilə bağlı fermerlərə müraciət etdi

08.07.2026 / 12:52
Azərbaycanla İordaniya arasında yeni sazişlər imzalandı, vizasız rejim elan olundu...

08.07.2026 / 12:34
Paşinyan İran-Erməniatan yollarında 22 milyon dollar "atmış" müxalif lideri həbs etdirdi...

08.07.2026 / 11:50
İran ABŞ-ın hücumlarından sonra sazişin əsas müddəalarının etibarsız olduğunu elan etdi

08.07.2026 / 11:14
Dünyada bir adamlıq ilk uçan taksi sınaqdan keçirildi...

08.07.2026 / 10:55
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib - FOTO

08.07.2026 / 10:53
Beyləqanda şəkər çuğunduru fiaskosu...

08.07.2026 / 10:37
Dövlət televiziyası illərlə yalan təbliğat apardığına görə üzr istədi və özünü qapatdı...

08.07.2026 / 09:49
NATO ABŞ-nin İrana son hücumunu zəruri hesab edir...

08.07.2026 / 09:31
Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı - yaralılar var...

08.07.2026 / 07:20
Netanyahu Türkiyyəyə F35-lərin verilməsini yolverilməz sayır - “güc balansını pozacaq…”

08.07.2026 / 07:13
Xamenei və ailə üzvləri Kərbəlada dəfn olunacaq

08.07.2026 / 07:09
Hörmüz yenə “yanğın yerinə” döndü, ABŞ İranın lisenziyasını ləğv etdi…

07.07.2026 / 22:12
Kreml Zelenskinin vurduğu YDS-lərin acığını “Azərbaycanın əmlakından çıxır”...

07.07.2026 / 21:48
Sabiq prezidentlərin Qarabağda taladıqları əllərindən alındı...

07.07.2026 / 21:24
Putinin Kiyevdə yaşayış binalarını vurdurmasının arxasındakı sirr... Təhlilçilərdə fərqli fikir...

07.07.2026 / 21:07
"Azərbaycan xalqının öz Liderinə sevgisi, inamı, etimadı sonsuzdur" - Vüqar Rəhimzadə

07.07.2026 / 20:50
Tramp Ukraynada sülh barədə inanılmaz sözlər dedi...

07.07.2026 / 20:28
Sahibkarlara böyük şans açılır - üstəlik “qapı-qapı gəzməyə” son veriləcək...

07.07.2026 / 20:11
İran müharibəsi qlobal enerji təminatında yeni böhran yaradıb...

07.07.2026 / 19:45
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirdi - FOTO/VİDEO

07.07.2026 / 19:37
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam edir

07.07.2026 / 19:21
Putinlə Zelenskinin arasında Trampın balans planı - sammitdən əvvəlki zənglərin mənası...

07.07.2026 / 19:05
Ərdoğan F-35-lərlə bağlı açıqlama – Trampdan beş təyyarənin sözünü almışıq...

07.07.2026 / 18:53
Ceyhun Bayramov ABŞ senatoru ilə görüşdü

07.07.2026 / 18:46
Tramp Ankarada Ukrayna müharibəsindən danışdı - Putin də, Zelenski də razılaşmaq istəyir...

07.07.2026 / 18:23
Mətbuat Şurasında mərhum jurnalist Mirzə Əsgərovun 70 illik yubileyi ilə bağlı toplantı keçirildi

07.07.2026 / 18:10
Sosial şəbəkələrdə satılan “arıqlama” məhsullarında təhlükəli maddə aşkarlandı

07.07.2026 / 17:52
Trampın Ankarada ilk mesajları - Türkiyəyə qarşı sanksiyalar ləğv ediləcək...

07.07.2026 / 17:36
İsrail Azərbaycanın da qırmızı xəttini keçir - yəhudi ölkəsində dərin narahatlıqlar var...

07.07.2026 / 17:20
AQTA-nın qərarı ətin qiymətini bir qədər də artıracaq

07.07.2026 / 16:56
İsrail Livanın bütün cənubunu ilhaq etməyə hazırlaşır...

07.07.2026 / 16:42
Rusiyada miqrantlar üçün 45 maddəlik deportasiya siyahısı hazırlandı

07.07.2026 / 16:07
2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

07.07.2026 / 16:05
Azərbaycan "Metrik Konvensiya"sına qoşuldu

07.07.2026 / 15:58
Narkoloji xəstəni məhdudiyyət nəzərdə tutulan işlərə götürənlər cərimələnəcəklər

07.07.2026 / 15:58
ADY Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumunu artırır

07.07.2026 / 15:53
Prezident ötənilki dövlət büdcəsini təsdiqlədi

07.07.2026 / 15:51
TƏBİB: “Tibb müəssisələrinin peşəkar həkim kadrları ilə gücləndirilməsi TƏBİB-in əsas prioritet istiqamətlərindən biridir”

07.07.2026 / 15:35
Azərbaycan özü də dron istehsalına başlayır...

07.07.2026 / 15:04
Trampın Əliyevə bu dəvəti Azərbaycana böyük faydalar gətirəcək...

07.07.2026 / 14:41
Arxiyepiskop Qalstanyan Paşinyanı məhkəməyə verir

07.07.2026 / 14:34
Dəməşqdə Makronun qaldığı otelin qarşısında partlayış olub…

07.07.2026 / 14:07
Zakir Həsənov baş direktoru və bir qrup hərbi qulluqçunu təltif etdi

07.07.2026 / 13:42
Rusiya Baltikyanı ölkələrə xəbərdarlıq etdi - "odla oynayırlar"...

07.07.2026 / 13:38
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin altıncı təlimi

07.07.2026 / 13:18
Nəsimidə əməliyyat - 4 nəfər saxlandı, 70 kq narkotik ələ keçirildi...

07.07.2026 / 12:56
Azərbaycanda vençur kapitalı fondları yaradılacaq...

07.07.2026 / 12:49
Monakoda ukraynalı oliqarxa sui-qəsd edən qadının özünü də ortadan götürdülər – cəsədi Kiyevdə tapıldı…

07.07.2026 / 12:43
Slovakiya rus turistlər üçün vizanı dayandırdı - yalnız idmançılar…

07.07.2026 / 12:27
Ankarada tarixi NATO zirvəsi başladı - Rutte ilk qərarı açıqladı…

07.07.2026 / 12:12
NATO-nun Ankara Sammiti dönüşyaradıcı ola bilərmi?

07.07.2026 / 11:53
İrandan ABŞ-a xəbərdarlıq - təhdidlər dayanmasa danışıqlar başlamayacaq...

07.07.2026 / 11:37
MM "Ümumi təhsil haqqında" Qanuna dəyişiklikləri təsdiqlədi

07.07.2026 / 11:22
"Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında Donald Tramp xüsusi rol oynayıb" - Prezident

07.07.2026 / 11:14
Netanyahu Trampa çağırış etdi - Türkiyəyə F-35 verməyin...

07.07.2026 / 11:05
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

07.07.2026 / 10:53
Hərbi xidmətdən yayındırmaq üçün rüşvət alan vəzifəli şəxs məhkəməyə verildi...

07.07.2026 / 10:45
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlandı

07.07.2026 / 10:34
Zelenski Putini hədələdi - minlərlə dron Moskvaya uçanda o başa düşəcək...

07.07.2026 / 10:10
Səhiyyə nazirinə yeni müavin təyin olundu

07.07.2026 / 09:45
Hörmüz boğazında gərginlik yenidən artır – İran Oman sahillərində iki tankeri vurdu...

07.07.2026 / 09:23
Tramp Türkiyəyə F-35 qırıcılarının satışını təsdiqləyə bilər...

07.07.2026 / 09:06
Bakıda motoxuliqanlıq edən şəxs həbs olundu

07.07.2026 / 08:49
YAP-ın altı rayon təşkilatında sədr dəyişdi...

07.07.2026 / 05:54
Ermənistanda Tsarukyan işi - 70-dən çox ünvanda axtarış aparılır…

07.07.2026 / 05:34
CHP-də sular durulmur - daha 4 vilayət sədri vuruldu

07.07.2026 / 05:29
Serj Sarkisyan barəsində müsadirə qərarı - 1,7 milyon

06.07.2026 / 23:42
Tsarukyanın özünü damladılar, malikanəsində saxladığı üç şir və bir pələngi də müsadirə etdilər...

06.07.2026 / 23:26
FIFA amerikalı futbolçunun cəzasını Trampın istəyi ilə ləğv etdi - Dünya Çempionatında “qırmızı kart” qalmaqalı...

06.07.2026 / 23:06
"Çiçəklənən Ermənistan"ın sədri Tsarukyan saxlanıldı - 22 milyon dollarlıq fırıldaqçılıq...

06.07.2026 / 22:43
Ermənistanın 5 müxalif partiyası Azərbaycanla sülh sazişi üzərinə açıq yürüşə başladılar - “olmaz”...

06.07.2026 / 22:23
Birlik Karate Klubunun idmançısı Aslan Ercan kəmər və sertifikatla təltif edildi… - FOTO

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ