Qarın yağması ilə əlaqədar şimal rayonlarında polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.
Bir neçə gündür yağan güclü qar nəticəsində Quba rayonuna gələn turistlərin də sayı artıb. Hərəkətin intensiv olduğu yollarda sakinlərin və gələn turistlərin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür.
Belə ki, Quba RPŞ-nin DYB-nin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində və istirahət zonalarında yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. Bundan əlavə, RPŞ-nin Post Patrul Xidmətinin əməkdaşları təhkim olunmuş xidməti avtomibillərlə avtopatrul xidmətini yerinə yetirərək, köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.
Polis əməkdaşları tərəfindən göstərilən xidməti sakinlər və gələn qonaqlar yüksək qiymətləndirərək, minnətdarlıqlarını bildirirlər.