şənbə günü, 14 noyabr 2026
     

Güclü küləklər Azərbaycanın sosial və infrastruktur obyektlərinin fasiləsiz işini poza bilmədi – işıq, qaz, nəqliyyat, metro...

Image


Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargah hava şəraiti ilə bağlı növbəti məlumatı yayıb.

Qərargahdan “Trend”ə verilən məlumatda bildirilir ki, saat 15:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 m/s çatıb. Dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir.

Respublikanın əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, dağətəyi rayonlarda 0-3 dərəcə, aran rayonlarda 4-6 dərəcə isti təşkil edir.

Səhiyyə Nazirliyi güclü küləyin əsməsi nəticəsində xəsarət alanların olmadığını dedi

İndiyədək olan məlumata əsasən, Azərbaycanda güclü küləyin əsməsi nəticəsində xəsarət alan və bununla əlaqədar xəstəxanaya müraciət edən olmayıb. Bu barədə “Trend”ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

S.Əhmədovanın sözlərinə görə, hava şəraitinin kəskin dəyişməsi ilə bağlı tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçib. Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib:

"Səhiyyə naziri Respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib. Digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib".

Bakıda küləyin uçurduğu dayanacaqla bağlı tədbir görülüb

Səhər saatlarında güclü küləyin təsirindən H.Cavid prospektinin Ə.Haqverdiyev küçəsi ilə kəsişməsində avtobus dayanacaq pavilyonu uçub.

Bakı Nəqliyyat Agentliyindən “Trend”ə verilən məlumata görə, pavilyonun yararsız hala düşməsinə baxmayaraq, xoşbəxtlikdən insanların xəsarət alma halı qeydə alınmayıb.

Əraziyə göndərilən texniki personalın gördüyü tədbirlər nəticəsində dayanacaq məntəqəsinin ərazisi təmizlənib, pavilyondakı avtobus informasiya və BakıKart ödəmə terminalları götürülüb.

Bakıda sərnişindaşıma və yol hərəkətinin təşkilində hər hansı bir xoşagəlməz hal müşahidə edilməyib

Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar şəhər nəqliyyatının normal fəaliyyətini təmin etmək və yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi fəaliyyətini xüsusi rejimdə davam etdirir.

Agentlikdən “Trend”ə verilən məlumata görə, əvvəlcədən görülən tədbirlər nəticəsində müntəzəm sərnişindaşıma və yol hərəkətinin təşkili işində hər hansı bir xoşagəlməz hal müşahidə edilməyib.

Müntəzəm marşrut xətləri üzrə avtobuslar müəyyən olunan qrafikə uyğun hərəkət edir, avtobuslararası intervallarda gecikmələr müşahidə edilmir. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti gün ərzində nəzarətdə saxlanır. Bu məqsədlə Agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır.

Svetoforların fəaliyyətində problem qeydə alınmayıb. Bu kimi halların vaxtında aradan qaldırılması üçün texniki personal hazır vəziyyətə gətirilib.

Müşahidə edilən yağışla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20-km/saat həcmində endirilib. Elektron məlumat tablolarında sürüşkən yol xəbərdarlıq nişanı qoyulub.

Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər. Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları xahiş edilir. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

BŞİH güclü küləyin yağıntı ilə müşahidə olunmasının ağacların aşma təhlükəsini daha da artırdığını dedi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləyin yağıntı ilə müşahidə edilməsi ilə əlaqədar paytaxt sakinlərinə və sürücülərə növbti dəfə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov “Trend”ə bildirib ki, güclü küləyin yağış və sulu qarla müşayiət olunması ağacların kökünü yumşaldır. Bu isə ağacların aşma təhlükəsini daha da artırır: "Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Vətəndaşlar isə ağacların altında dayanmasın və ağacların yanından keçərkən olduqca ehtiyatlı olsunlar".

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, şiddətli şimal-qərb küləyinin əsməsi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatması gözlənir.

Xəzərdə “Günəşli” yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb

Xəzər dənizində Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan “Trend”ə verilən xəbərə görə, yanvarın 17-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edib.

Respublikanın əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edib və sulu qar yağıb.

"Azərişıq" ölkə ərazisində elektrik enerjisinin verilişində ciddi problem yaranmadığını açıqladı

Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb. Bu barədə “Trend”ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qurum rəsmisi bildirib ki, "Azərişıq" əməkdaşları əhalinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüb: "Paytaxtda və ölkə ərazisində bütün rayonlarda "Azərişıq" əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Qəza təhlükəsi ehtimal edilən ərazilərdə əməkdaşlar qabaqlayıcı tədbir görüblər. Təhlükəsizlik məqsədilə bəzi ərazilərdə elektrik enerjisinin verilişinə 10-15 dəqiqəlik qısa fasilələr yaranıb. Amma hələlik vətəndaşlardan heç bir şikayət daxil olmayıb”.

Bakı Metropoliteni güclü qar və şaxtaya tam hazırdır

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şiddətli şimal-qərb küləyinin əsəcəyi ilə bağlı xəbərdarlığına uyğun olaraq, yanvarın 16-na qədər açıq hava şəraitində olan bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görüb. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Trend”ə açıqlamasında bildirib ki, "Bakı Metropoliteni" QSC güclü qar və şaxtalı hava şəraitinə də tam hazırdır.

B.Məmmədovun sözlərinə görə, ümumiyyətlə, metroda qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin edilməsində ən böyük problemləri qış fəsli özünün qarlı-çovğunlu günləri ilə yarada bilir: "Ən böyük çətinliklər isə qatarların depodan xəttə verilməsi ilə bağlı olur.

Hər il iyun-iyul aylarından “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə təsdiq edilmiş plana uyğun olaraq işə başlayırlar. Əmrdə bütün xidmətlər tərəfindən yerinə yetirilməli işlər, tədbirlər, onların miqyası və məzmunu tam əhatəli və konkret göstərilir, hər bir sahə üzrə vəzifələr müəyyənləşdirilməklə tapşırıqların icra müddəti qeyd olunur.

Hazırlıq tədbirlərinin əsas hissəsi daha çox yol təsərrüfatına aid olur. Qışın şiddətli, çovğunlu-qarlı günlərində qatarların hərəkəti üçün maneə açıq səma altında olan park yollarında yarana bilər. Belə şəraitdə yollara, xüsusən yolayırıcı qurğulara qarın çökməsinə imkan vermək olmaz. Əks halda, bu qurğuların işində nasazlıq qaçılmaz və depodan yeraltı yollara qatar vermək mümkünsüz olar".

B.Məmmədov bildirib ki, hər il olduğu kimi, yol işçiləri qışa hazırlıq üzrə planda nəzərdə tutulmuş işləri payızın ilk ayında başa vurublar: "Bununla əlaqədar qarla mübarizə işinin operativ planının hazırlanması, yol sahələrinin ştatda nəzərdə tutulmuş sayda işçilərlə komplektləşdirilməsi təmin olunub, bu sahələrdə birinci dəfə işləyən və belə hallarla rastlaşmayan işçilərlə müvafiq məşğələlər keçirilib, təlimatlar verilib.

Qarla mübarizə qərargahının xidməti, məişət və yuyunma otaqlarının qışa hazırlığını təmin etmək məqsədilə lazımi təmir işləri aparılıb, qərargah normaya uyğun materiallarla, avadanlıqlarla və alətlərlə təmin olunub. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb.

Park yollarının ərazisi yoxlanılıb, yollar, yolayırıcı qurğular və üfürücü qurğuların yerləşdiyi yerlər təmizlənib. Yol sahələrində çəpərləmə ləvazimatının, alətlərin və avadanlığın vəziyyəti yoxlanılıb, işə yararsız alətlər təmir olunub.

Yol xidmətinin qəza-bərpa məntəqəsinin də vəziyyəti yoxlanılıb, qış şəraitinə tam uyğun olması təsdiq edilib. Qarın yığılması üçün tələb olunan alətlər saz vəziyyətdədir. Depo və park yollarında izolə qovşaqlarının vəziyyəti daim yoxlanılır, qüsurlu elementləri dəyişdirilir. Ümumən, qışa hazırlıq məqsədilə park yollarında digər profilaktik işlər mütəmadi yerinə yetirilir".

Qurum sözçüsü bildirib ki, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq, stansiyalarda da hazırlıq tədbirləri görülüb: "Güclü qar yağıntısı zamanı stansiya pilləkənlərindən qarın təmizlənməsi üçün lazım olan alət ehtiyatı hazırlanıb. Pilləkənlərin buzlaşmasına qarşı hər stansiyanın ehtiyatında duz var. Stansiya heyətinin əlverişsiz hava şəraitində, xüsusən qar yağıntısı zamanı fəaliyyəti barədə işçilərə təlimatlar verilib. Onlar belə hava şəraitində stansiya pilləkənlərini nəzarət altında saxlamalı, sərnişinlərin hərəkəti ücün təhlükə yarada biləcək maneələri aradan qaldırmalı, şiddətli qar yağıntısı zamanı qarla mübarizə qərargahından həmin stansiyaya təhkim olunmuş işçiləri dəvət etməlidirlər".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ