şənbə günü, 14 noyabr 2026
     

Təhsil sistemində repetitorların rolu barədə mübahisələr yenidən qızışır...

Image


Məlahət Mürşüdlü: “Bu doğrudur, ancaq bunu orta ümumtəhsil məktəblərinin aşağılanması, gözdən salınması kimi qəbul etməyək”
Nizami Hüseynov: “Azərbaycan orta təhsilinin uğurlarını, eləcə də abituriyentlərin qazandıqları yüksək nəticələri repetitorlarla bağlamaq olmaz”

 

Son zamanlar orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin aşağı olması ilə bağlı fikirlər daha çox gündəmdədir. Bir sıra mütəxəssislər iddia edirlər ki, bu gün orta məktəblərin işini repetitorlar görür.

Onlar qeyd edirlər ki, qəbul imtahanlarında iştirak edən və universitetlərə daxil olan abituriyentlərin çox yüksək faizi repetitorların yetirmələridir. Bu qənaəti bölüşən mütəxəssislər bildirirlər ki, repetitor yanına getmədən, orta məktəbdə keçilən dərslər hesabına ali məktəblərə daxil olmaq mümkün deyil. Bu fikirdə olanların bildirdiyinə görə, qəbul imtahanlarında abituriyentlərin göstərdiyi yüksək nəticələrin qazanılmasında orta məktəblərdən daha çox repetitorların rolu var.

“Məktəb nə üçün bunu edə bilmir?”

Tanınmış təhsil eksperti Məlahət Mürşüdlü də hesab edir ki, məsələ ilə bağlı səsləndirilən fikirlər əsassız deyil. “Bu doğrudur, ancaq bunu orta ümumtəhsil məktəblərinin aşağılanması, gözdən salınması kimi qəbul etməyək. Bizim müasir tədris proqramlarımız, yeni dərsliklərimiz var. Fənn kurikulumları XXI əsrdə məktəb qarşısında duran və müasir tələblərə əsasən həyata keçirilən proqramlardır. Bunu çoxları anlamır, qəbul etmək istəmirlər. Düşünürlər ki, orta məktəblərin bütün problemləri, bəlaları fənn kurikulumları tətbiq edildikdən sonra meydana gəlib. Bu gün təhsilin qarşısında tamam başqa tələblər durur. XX yüzilliyin qarşısında duran tələblər savadlı, bilikli vətəndaş yetişdirmək idisə, indi elə deyil. İndi təhsilin qarşısında tamam başqa tələblər durur. Orta məktəb bilik verməklə yanaşı, həm də həyati biliklərə malik, sosial davranışlara sahib olan və istənilən şəraitdə cəmiyyətə adaptə olunan insanlar yetişdirməlidir. Məktəb bu funksiyanı yerinə yetirməlidir. Məktəbin keyfiyyət baxımından hər iki funksiyanı yerinə yetirə bilməməsi göz qabağındadır. Məktəb nə bilikli, nə də sosial davranışlara malik olan və istənilən şəraitə adaptə olunan insanları yetişdirə bilir. Məktəb nə üçün bunu edə bilmir? Burada müəllimlərin əməkhaqlarının qənaətbəxş olmaması onları repetitorluğa vadar edir. Yəni onlar öz biliklərini dərs zamanı sinifdə paylaşmır və şagirdlərə deyirlər ki, gəlin ayrıca məşğul olaq. Bir də ki, kimya, biologiya, fizika kimi fənlərin orta məktəb proqramlarında dərs saatlarının aşağı olması da şagirdlərin repetitor yanına getməsinə səbəb olur. Şagirdlər biliklərini repetitorların yanına getməklə genişləndirirlər. Dövlət İmtahan Mərkəzinin imtahanlarında uğur qazanmaq üçün abituriyentlər repetitor yanına üz tuturlar və qəbul imtahanlarında bunun da müsbət nəticələri olur. Mən çox müşahidə etmişəm, repetitor yanına getmədən və yalnız orta məktəb proqramı əsasında özü hazırlaşan abituriyentlərin çox az bir hissəsi ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərə bilir. Bu çox az abituriyentlərə müyəssər olur” - deyə M.Mürşüdlü bildirdi. 

“Bütün abituriyentlərin biliyinin əsası orta məktəbdə qoyulur”

Bəzi mütəxəssislər isə hesab edirlər ki, son zamanlar daha çox səsləndirilən və dövriyyəyə buraxılan bu iddiaların əsası yoxdur. Orta məktəblərin öz işini layiqincə yerinə yetirdiyini deyən təhsil mütəxəssisi Nizami Hüseynov bizimlə söhbətində bildirdi ki, bir qrup adam orta məktəbləri nüfuzdan salmaq üçün müəyyən cəhdlər edir. Onun dediyinə görə, bu gün orta məktəblərdə vicdanla şagirdlərə bilik öyrədən müəllimlər çoxdur, sadəcə olaraq repetitorlar hədsiz dərəcədə reklam edildiyi üçün, yuxarı sinif şagirdlərinin böyük əksəriyyəti dərslərə getmək istəmir. O vurğuladı ki, heç vaxt dərsə getməyən şagird dərsində iştirak etmədiyi müəllimdən nə öyrənə bilər? “Bu gün Azərbaycan təhsilinin inkişaf etdirilməsi üçün əsaslı işlər görülür. Tədrisin keyfiyyətinin, məzmununun yüksəldilməsi üçün işlər görülür. Son zamanlar deyirlər ki, qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin böyük əksəriyyəti repetitorların yanında hazırlaşanlardır, onların yetişməsində məktəbin heç bir rolu yoxdur. O repetitorlar kimlərdir? Elə orta məktəblərin müəllimləridir. Doğrudur, bəzi müəllimlər kənarda repetitorluq etdiyi üçün orta məktəbdəki işinə bəzən məsuliyyətsiz yanaşırlar. Ancaq bütün müəllimlər eyni deyil. Bütün abituriyentlərin biliyinin əsası orta məktəbdə qoyulur. Azərbaycanda orta məktəblərdə keçilən dərslərin səviyyəsi heç də aşağı deyil, sadəcə olaraq ali məktəblərə hazırlaşan abituriyentlərin xeyli hissəsi məktəbə gəlmək istəmir. Deyərdim ki, ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlər arasında repetitor xidmətindən istifadə etməyənlər də az deyil. Bu baxımdan, Azərbaycan orta təhsilinin uğurlarını, eləcə də abituriyentlərin qazandıqları yüksək nəticələri repetitorlarla bağlamaq olmaz. Orta ümumtəhsil məktəblərində keçirilən dərslər, mövcud olan tədris proqramı imkan verir ki, repetitor yanına getmədən də qəbul imtahanlarında yüksək nəticə əldə edilsin” - deyə N.Hüseynov bildirdi.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ