Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Quba və Qusar RPŞ-lərin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölmələri tərəfindən keçirilib.
Səyyar xidmət zamanı Quba rayonunun Talabıqışlaq kəndində 42-si azyaşlı olmaqla ümumilikdə 55 sakinə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.
Ümumilikdə cari ilin əvvəlindən keçirilən səyyar xidmətlər nəticəsində Quba RPŞ QŞVB-nin əməkdaşları tərəfindən rayon üzrə ümumilkdə 791 nəfərə, Qusar RPŞ-nin analoji xidmət əməkdaşları tərəfindən isə 534 nəfərə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib.
Qeyd edək ki, səyyar xidmətlər əsasən rayonların yuxarı dağlıq kəndləri ərazilərində keçirilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Nizam Həmidov polis leytenantı