şənbə günü, 14 noyabr 2026
     

Cəmi bir neçə il ərzində Nardaran köklü dəyişdi…

Image


Arzu Nağıyev: “Hüquq-mühafizə orqanları da öz işlərini yüksək səviyyədə qurdular”

 

Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsi artıq yeni görkəmdədir. Nardaran qəsəbəsinin görkəmi, vəziyyəti artıq tamamilə dəyişib. Qəsəbədə aparılan geniş quruculuq-abadlıq işləri nəticəsində Nardaran ərazisi yenidən qurulub. Qəsəbənin abadlaşdırılması, sosial-mədəni infrastrukturun yenilənməsi məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində ilk olaraq ərazinin mərkəzi küçələri yenidən qurulub.

Məlumat üçün xatırladaq ki, 2015-ci il noyabr ayının 26-da Bakının Nardaran qəsəbəsində polislə radikal dini qruplaşma üzvləri arasında toqquşma baş vermişdi. Qarşıdurmada ümumilikdə 7 nəfər dünyasını dəyişmişdi, 4 nəfər isə yaralanmışdı. 14 nəfər polisə silahlı müqavimət göstərməkdə və dövlətin dünyəvi dəyərlərinə qarşı çıxmaqda ittiham olunaraq həbs edilmişdi. Rəsmi məlumatlara görə, həlak olanlardan 2-si Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, digər 5 nəfər isə qəsəbədə qeydiyyatda olan Tale Bağırzadə adlı şəxsin dəstəsinə qoşulmuş qruplaşma üzvləri idi.

Artıq Nardaran inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, Nardaranın sosial-iqtisadi inkişafına ilkin mərhələdə 12 milyon manat, daha sonra isə 17,4 milyon manat vəsait ayrılması nəticəsində qəsəbənin nəqliyyat sistemi yenidən təşkil edilib, sosial-mədəni infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıb, böyük miqdarda borclara baxmayaraq, 1000-ə yaxın ailəyə işıq verilməsi bərpa olunub. Azərbaycan hökuməti “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti,  “Azəriqaz” İstehsalat Birliyi və “Azəravtoyolservis" Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub. Keçən il iyunun 21-də isə ölkə başçısı şəxsən Nardaran kəndinə səfər edərək sakinlərlə görüşüb, həyata keçirilən abadlıq-quruculuq işləri ilə yerində tanış olub.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Abşeron və Nəsrulla Əsgərov küçələri yenidən qurulub. Uzunluğu 2,2 km, eni isə 8 metr olan Abşeron küçəsi genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı olmaqla 18 m-ə çatdırılıb. Küçədə gediş-gəlişə mane olan obyektlər köçürülərək obyekt sahiblərinə kompensasiya ödənilib. Küçə boyu yeni hasarlar tikilib, suvanıb və rənglənib, sakinlərin həyətlərinin girişinə estetik baxımından küçəyə gözəllik qatan yeni giriş qapıları qoyulub. Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri (qaz, işıq, rabitə, su və kanalizasiya) çəkilib, köhnələri isə tamamilə təzələnib.

Küçə boyu hər iki istiqamət üzrə 2 m. enində yeni piyada səkiləri tikilib, 4500 p/m yeni səki daşı düzülüb. Səkilərin 8800 kv. m. sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb, dirəklər quraşdırılıb. Abşeron küçəsinin Nəsrulla Əsgərov küçəsi ilə kəsişməsində 10 m. diametrində yeni dairə inşa edilib. Ümumilikdə, küçənin 40 min kv. m. sahəsinə 3 qat və 25 sm. qalınlığında olmaqla, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Həmçinin, qəsəbə mərkəzindən Nardaran pirinə gedən Nəsrulla Əsgərov küçəsinin uzunluğu 850 metr, eni isə 6 metr olduğu halda, küçə genişləndirilərək 16 metrə çatdırılıb. Həmin küçədə də 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağı yaradılıb. Hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilib, səkilərin kənarlarına 1500 paqon-metr səki daşı düzülüb, küçənin 13 500 kv. m. sahəsinə yeni asfalt-beton örtüyü döşənib və ikitərəfli işıqlandırma dirəkləri quraşdırılıb.

Nardaranda aparılan abadlıq quruculuq işləri nəticəsində Nardaran sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəsəbə ərazisində Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi inşa edilərək istifadəyə verilib. Bölmə əməkdaşlarının səyi nəticəsində qəsəbədə ictimai-siyasi durum tam nəzarətə götürülüb, əhalinin təhlükəsiz yaşayışına şərait yaradılıb.

Qəsəbədə əhalinin asudə vaxtlarını səmərəli keçirməsi üçün müasir tipli Mədəniyyət Sarayı, sakinlərin poçt xidmətindən rahat istifadəsi üçün Poçt Şöbəsi istifadəyə verilib.

Adıçəkilən ərazidə fəaliyyət göstərən “Rəhiməxanım ziyarətgahı”, uzun müddət baxımsız qaldığı üçün aşınmaya məruz qalan, qədim tarixi memarlıq abidələri olan məsciddə təmir işləri aparılaraq əhalinin istifadəsinə verilib.

Onu da bildirək ki, əvvəllər Nardaran qəsəbəsinin məktəb yaşlı qızları müəyyən müddətdən sonra məktəbə getmirdilər. Artıq Nardaranın məktəb yaşlı bütün qız və oğlanları mütəmadi olaraq dərslərə gedirlər. 

Eyni zamanda, Nardaranda təhlükəsizlik və kommunal xidmətlər də artıq yüksək səviyyədə həyata keçirilir. Belə ki, artıq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sabunçu Rayon İdarəsinin Nardaran bölməsinin yeni inzibati binası istifadəyə verilib. Müasir tələblərə cavab verən inzibati binada yaradılan iş şəraiti və maddi-texniki baza müasir standartlar səviyyəsindədir.

Nardaran qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 24 nömrəli Yanğından mühafizə bölməsi açılıb. 30 nəfər şəxsi heyəti olan bölmənin ərazisi 900 kvadratmetrdir. Bölmənin inzibati binası ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunub, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bölmənin ərazisində - yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı, avtoyuma inşa olunub. İnzibati binada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana da var. Bölmə 2 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin edilib.

Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə Bakının Nardaran qəsəbəsində əmək yarmarkası təşkil edilib. Yarmarkada iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nardaran qəsəbəsində sosial infrastrukturun müasir tələblərə uyğun səviyyədə yeniləşdirlməsi, qəsəbənin abadlaşdırılması, habelə qəsəbə sakinlərinin sosial problemlərinin həlli istiqamətində mühüm işlərin aparıldığını bildirib. Yarmarkada işsiz və işaxtaran vətəndaşlara Bakı şəhəri üzrə 17-si dövlət, 65-i qeyri-dövlət sektoruna aid, 5-i isə xarici şirkət olan ümumilikdə 87 müəssisə tərəfindən 215 boş iş yeri təklif olunub. Yarmarkada boş iş yeri təqdim edən əksər işəgötürənlərin nümayəndələri də iştirak edib. İşaxtaran vətəndaşlara boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, ayrı-ayrı sakinlər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Məlumat üçün onu da bildirək ki, son iki ildə Nardaranda mədəni-elmi və maarifləndirici tədbirlər də keçirilir. Nardaran qəsəbəsində Bilik Fondunun “Bilik evi”nin yaradılması dövlətin əhaliyə diqqət və qayğısının daha bir nümunəsidir. Bu ocaqda gənclərin və yeniyetmələrin dünyagörüşünün hərtərəfli inkişafı üçün geniş şərait yaradılıb. Burada müxtəlif ədəbiyyat, incəsənət və dövlət xadimləri ilə maraqlı görüşlər keçirilir, gənclərə elmi biliklərlə yanaşı, peşə vərdişləri də aşılanır. Ötən il Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə Nardaran Bilik Evində 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirilib.

2016-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakının Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib.

Qısası, Nardaran illər öncəki qəsəbə deyil. Nardaranda aparılan abadlıq-quruculuq işləri sayəsində qəsəbə yeni görkəmdədir və əhalisi onlar üçün yaradılan sosial, iqtisadi və mədəni şəraitdən olduqca razılıq edirlər.

“Trend” İnformasiya Agentliyi baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Nardaran hadisələrindən sonra Azərbaycan rəhbərliyinin gördüyü müvafiq işlər nəticəsində dini istiqamətdə qarşıdurmalar artıq yox dərəcəsindədir: “Bir sıra xarici xüsusi xidmət orqanlarının artıq ora nəzarəti kəsilib. Qəsəbədə aparılan işlər nəticəsində insanların radikal dəstələrə qoşulma məsələsi dayandırılıb. Həm sosial, həm iqtisadi, həm də dinlə bağlı istiqamətlərdə müvafiq tədbirlər həyata keçirilib. Bu, müsbət ənənə kimi qəbul olunur. Nardaran ağsaqqalları tərəfindən qəsəbədə görülən işlər təqdir olunur. Hüquq-mühafizə orqanları da öz işlərini yüksək səviyyədə qurdular. Vətəndaşlarda olan silahların toplanması onların gələcək təhlükəsizliyinə təminat yaratdı”.

A.Nağıyevin sözlərinə görə, Nardaran bu gün Bakı kəndlərinə uyğun olaraq öz ənənisini yaşayır.

Həmsöhbətimiz hesab edir ki, Nardaran qəsəbəsinin bugünkü vəziyyətində Azərbaycan rəhbərliyinin rolu müstəsnadır.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ