şənbə günü, 14 noyabr 2026
     

Orta məktəb və bağçalarda psixoloq kadrlar problemi…

Image


Könül Vaqifqızı: “Təəssüf ki, məktəb psixoloqu sahəsində ciddi problemlər hələ də qalmaqdadır”
Fatimə Hacıbəyli: “Psixoloqlar imtahan verməli və imtahanların nəticələri uğurlu olduqdan sonra bu sahəyə cəlb edilməlidirlər”

 

Günümüzün, yaşadığımız dövrün tələbləri bir sıra sahələrin uşaqların formalaşmasına müsbət təsir göstərdiyini açıq ortaya qoyur. Son illər uşaqların formalaşması və mənəvi inkişafı məsələsindən danışarkən burada müəllimdən əvvəl psixoloqun rolunu daha çox önə çəkirik. Bu gün, sözün əsl mənasında, peşəkar psixoloq uşaqlarımızın həyatında, onların həyata, cəmiyyətə, təhsilə bağlanmasında, adaptasiya olunmasında danılmaz rol oynaya bilir.

Psixoloqlardan danışarkən “peşəkar” sözü işlətməyimiz heç kəsə qəribə görünməsin. Ona görə ki, öz işini yaxşı bilməyən, uşaq psixikasından, xarakterindən xəbərsiz olan adamların “uşaq psixoloqu” adı ilə meydana çıxması, üstəlik də özlərinə orta ümumtəhsil məktəblərində, eləcə də məktəbə qədər təhsil müəssisələrində yer eləməsi, burada fəaliyyət göstərməsi müxtəlif neqativ halların meydana çıxmasına səbəb olur. Gizlin deyil ki, hazırda orta məktəblərdə, bağçalarda, bir sözlə, uşaq tərbiyəsi, təhsili ilə məşğul olan qurumlarda təsadüfi psixoloqlar nəzərə çarpır. Ən ağrılı yerimiz isə məktəblərdə kök salan savadsız insanlardır ki, onlar özlərinə “məktəb psixoloqu” statusu qazanırlar. Bəlkə də elə bunun nəticəsidir ki, uşaq məktəbə gəldikdən sonra uzun müddət, hətta elə hallar olur ki, 3-4-cü sinfə qədər məktəbə, şagird yoldaşlarına, müəllimlərə öyrəşə bilmir. Onlara “məktəb psixoloqu”nun yardımı da təsirli olmur. Məktəblərdə elə şagirdlər var ki, onlar daim peşəkar məktəb psixoloqunun nəzarətində olmalıdırlar. Amma bəzən uşaqlar psixoloq nəzarətindən kənarda qalır. Doğrudur, məktəb və bağçalarda peşəkar, öz işini bilən, uşaq psixikasını dərindən öyrənən mütəxəssislər də yox deyil. Onlar var, ancaq peşəkar psixoloqların sayı az olduğundan, onlar bütün uşaqlara nəzarət edə bilmirlər. 

Bu gün uşaqların sosiallaşmasında, yəni cəmiyyətə, məktəbə adaptasiya olunmasında bir sıra problemlər var ki, onu ancaq öz işini dərindən bilən pedaqoq-psixoloqlar aradan qaldıra bilər. Söz yox ki, məktəblərin özündə bəzən psixoloq xidməti ödənişli olur. Bu halın da olması məktəbə adaptasiya olunmaqda çətinlik çəkən, yaxud fikir dağınıqlığı, diqqətsizlik problemi olan bir qrup uşağın psixoloqa yaxınlaşmasında əngəl olur. Bu öz yerində, fakt budur ki, yaş qrupundan asılı olmayaraq, bəzi şagirdlərin psixoloqla işləməsində problem yaranıb. Bu da, qeyd etdiyimiz kimi, əsasən bəzi məktəblərdə öz peşəsindən xəbərsiz psixoloqların işləməsi ilə bağlıdır. Öz işini bilməyən adam şagirdə necə yardım göstərə bilər?

Tanınmış psixoloq Könül Vaqifqızı bizimlə söhbətində bildirdi ki, o da fəaliyyəti dövründə tez-tez valideynlərdən məktəb psixoloqları ilə bağlı şikayətlər eşidir. O qeyd etdi ki, məktəb psixoloqları bu sahəyə diplomlarına və sertifikatlarına görə deyil, bilik və təcrübələri, şagirdlərlə işləmək bacarıqları nəzərə alınmaqla götürülməlidir. Onun sözlərinə görə, uşağın sosiallaşması prosesi bağçadan başlamalıdır ki, o, normal şəkildə cəmiyyətə adaptasiya oluna bilsin. “Uşaq şagird olana qədər cəmiyyətə, ətrafa adaptasiya prosesini qismən keçməlidir. Onun gələcəkdə cəmiyyətin fəal bir üzvünə çevrilməsi üçün bu əsas şərtlərdən biridir. Bilirsiniz, sosiallaşma insanın fəal vətəndaş, bir şəxsiyyət kimi formalaşma prosesidir. Liderlik isə şəxsiyyət kimi formalaşmanın ən yuxarı pilləsi sayılır. Bunu dahi filosof, pedaqoq və psixoloqlar deyib. Bu gün biz təcrübədə bunun əyani şahidi oluruq. Sirr deyil ki, şəxsiyyət kimi formalaşmada bioloji və psixoloji amillərlə yanaşı, sosial təsir amili də mövcuddur. Sosiallaşma üçün, ilk növbədə, mühit - cəmiyyət, insanın buna psixoloji hazırlığı və sosiallaşmaya olan ehtiyac kimi amillər mühüm rol oynayır. Bunu qeyd etdim. Keçək indi də məktəb psixoloqlarının fəaliyyətinə. Əvvəlcədən deyim ki, bu sahədə çalışan peşəkarlar da var və onlar çalışdıqları məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində bu problemlər qismən olur. O da uşağın, valideynin məktəb psixoloqu xidmətindən yayınması ilə bağlıdır. Təəssüf ki, uşaq tərbiyəsində rol oynayan bir sıra sahələrdə olduğu kimi, məktəb psixoloqu sahəsində də ciddi problemlər hələ də qalmaqdadır. Bilirsiniz ki, bu bizdə yeni sahədir. Buna baxmayaraq, bizdə öz işini bilən mütəxəssislər var, onlar çalışırlar, uşaqlara fayda verirlər. Əvvəlki illərdə çətin tərbiyə olunan, psixikasında müəyyən pozuntular olan, müxtəlif xoşagəlməz vərdişlər qazanan uşaqlarla məktəbdə xüsusi pedaqoq işləyirdi. Bu pedaqoqlar o qədər peşəkar idi ki, onlar şagirdi həyata qaytara bilir, cəmiyyətin layiqli vətəndaşına çevirirdilər. Bu gün təkcə psixoloq olmaq kifayət etmir, onlar həm də pedaqoq olmalıdırlar. Bu gün məktəb psixoloqlarının çoxunda pedaqoqluq xüsusiyyətləri yoxdur. Bu da təəssüf doğurur. Şagirdlərlə işləmək xüsusi metodlar tələb edir. Bunun üçün psixoloqdan səbr, təmkin, uşaqlarla dost olmaq, səmimi münasibət qurmaq tələb olunur. Ancaq bəzən biz bunu məktəb psixoloqlarında görə bilmirik. Bu da belələrinin məktəblərə, uşaq bağçalarına təsadüfən gəlib çıxmasının “bəhrəsi”dir. Bəzi psixoloq adı daşıyanlar məktəbə, sadəcə, bir iş yeri, maaş aldığı bir yer kimi yanaşırlar. Bu halda onları şagird maraqlandırmır”- deyən K.Vaqifqızının sözlərinə görə, bu gün şagirdlər arasında aqressiv xarakterə malik olanlar çoxdur.

O hesab edir ki, uşaqlarda aqressiyanı azaltmaq, yüngülləşdirmək üçün mütləq psixoloqlar işlər görməli, yeni metodlardan istifadə etməlidirlər.

K.Vaqifqızı dedi ki, uşaq müəssisələrinə, xüsusən də orta məktəbə işə götürülən psixoloqlar imtahandan, attestasiyadan keçməlidirlər: “Onların işə qəbulu böyük bir prosesdən keçməlidir. Yaxşı olardı ki, məktəbdə, bağçada psixoloq vəzifəsində işləmək istəyənlərdən bir neçə mərhələli imtahan götürülsün. Bunun nəticəsi müsbət olar”.

“Vəfa” İctimai Birliyinin sədri Fatimə Hacıbəylinin fikrincə də məktəb psixoloqları diplomlarına, sertifikatlarına görə deyil, uşaqlarla işləmək bacarıqlarına görə işə götürülməlidirlər: “Təəssüflər olsun ki, orta məktəblərdə ciddi psixoloq probemi yaşanır. Müşahidələr göstərir ki, məktəblərdə təsadüfi adamlar da psixoloq vəzifəsinə təyin olunurlar. Amma peşəkarlar da var. Bəziləri gedib hardansa bir diplom, sertifikat alıb gəlir və təhsil müəssisəsinə işə düzəlir. Öz sahəsini bilməyən adam uşaqlara kor-koranə yanaşır. Hesab edirəm ki, məktəb və bağçalara psixoloq götürülərkən onların öz peşələrinə münasibəti əsas götürülməlidir. Müəllimlə şagird, şagirdlə məktəb, məktəblə valideyn arasında sıx əlaqələrin, sağlam münasibətlərin formalaşmasında psixoloq xüsusi rol oynayır. Amma müşahidəmiz göstərir ki, məktəblərdə münasibətlər üzrə saysız psixoloji boşluqlar var. Bu da psixoloqlarla bağlı məsələdir. Düşünürəm ki, məktəblərdə psixoloji xidmət genişləndirilməli, bu işə peşəkar psixoloqlar cəlb edilməlidirlər. Yaxşı psixoloqların azlığı, yaxud peşəkarların tədrisə cəlb edilməməsi analoji problemə rəvac verir. Mən təklif edərdim ki, psixoloqlar imtahan versin və imtahanların nəticələri uğurlu olduqdan sonra bu sahəyə cəlb edilsinlər. Onlar imtahandan keçib gəlsələr, öz işlərinə daha ürəkdən bağlanarlar”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ