şənbə günü, 14 noyabr 2026
     

Polis polkovnik-leytenantı Sahib Cəfərlinin Əfqanıstandan başlayan etimad tarixçəsi...

Image


Vətənimizin mərd oğulları kimi o da torpaqlarımızın müdafiəsində iştirak edib, onu qorumaq üçün çətin bir yol keçib. Bu gün də alnına yazılan yazının xoşbəxtliyini yaşayır, bu gün də Vətənə, xalqa xidmətdədir, etibar olunanların sırasındadır...

O, illərin sınaqlarında bərkiyib, ömür yolu oddan-alovdan keçib. Oddan-alovdan yazmağım sizi xəyalən 1941-45-ci illər müharibəsinə aparmasın. Hələ cavandı, amma saçları özündən tez “qocalıb”. Elə həmişə diqqətimi çəkən də bu idi. Bilirdim ki, o saçlar hədər yerə ağarmayıb. Bir neçə dəfə “Gəlin, barənizdə yazı hazırlayaq, fikrinizi bölüşək” desəm də razı olmamışdı və “Əsas yazılası, işıqlandırılası xidmətimizdi” demişdi.

Həmkarımın təvəzökarlığı da örnəkdi, gözəl bir nümunədi. Yeri gəlmişkən,  xidmətlərindən, etibar ediləni necə məsuliyyətlə qoruduqlarından dəfələrlə  yazmışam. 

Bu dəfə isə imkan tapıb dərdləşdik. Polis polkovnik-leytenantı Sahib Cəfərli 1967-ci il may ayının 29-da Şərurda doğulub. Səkkizinci sinifdən sonra təhsilini Bakıda davam etdirib. Orta məktəbi bitirdikdən sonra Balaxanıdakı mədənlərin birində çilingər köməkçisi işləyib. 1985-ci ildə hərbi xidmətə çağırılıb.

Sonra nə oldu, öz dilindən eşitsək daha yaxşı olar: “İki aylıq hərbi təlimdən sonra məni Əfqanıstana apardılar. Bu barədə evdə kimsəyə söz demədim. Düzü, Əfqanıstan haqqında həmişə sirli bir məkan kimi danışırdılar. Ancaq bizə xilaskar bir ordunun əsgərləri olduğumuzu təlqin etmişdilər. “SSRİ Əfqanıstana qurtuluş üçün gedib, orda sovet səgərlərinə ehtiyac var” şüarları ilə tərbiyə olunmuşduq. Əfqanıstanın iqliminə, təbii şəraitə uyğunlaşmaq mənim kimi onlarla azərbaycanlıya elə də çətin olmadı. Rus dilini bilməyimiz köməyimizə çatdı, hətta yerli əhali ilə də ünsiyyət qura bildik. Heç yadımdan çıxmaz. 1987-ci ildə SSRİ-nin Əfqanıstandakı səfirliyinə hücüm olmuşdu. O zaman komandanlığın əmri ilə səfirliyin mühafizəsi mənim tağımıma həvalə olundu. Məsuliyyətli bir görəv bizə tapşırılmışdı. Çox yüksək peşəkarlıqla səfirliyin mühafizəsini təşkil etdik və buna görə mənə məzuniyyət verdilər. Elə həmin il Azərbaycanın xalq artisti, sevilən sənətkarımız Zeynəb Xanlarova Kabilə konsert verməyə gəlmişdi. Rəhbərlik yenə də məni çağırıb sənətkarımızın mühafizəsini təşkil etməyi tapşırdı. Yəni mənim mühafizə etməklə dostluğum uşaqlıqdan başlasa da hərbi xidmətdə bunu daha da təkmilləşdirdim. Nəyi necə qorumağın məsuliyyətini anladım”...

Əfqanıstan “uçurumu”ndan sağ-salamat qurtulduqdan sonra Vətənə dönüb və təhsilini davam etdirib. Qapılarını döyən poçtalyon bu dəfə ona məktub gətirməyib “Vətən sizləri çağırır” adlı möhürlü, ştamplı əmri gətirəndə o, artıq könüllülərin sırasında, Vətənin müdafiəsində idi.

Hərbi xidmətdən sonra təhsilini  Memarlıq və İnşaat Universitetinin axşam şöbəsində davam etdirib və uşaqlıq arzusuna qovuşmaq üçün DİN Baş Mühafizə İdarəsinə müraciət edib.Əfqanıstanda xidməti, torpaqlarımız uğrundakı döyüşlərdə iştirakı, haqqında deyilənlər nəzərə alınıb və xidmətə qəbul olunub. Polis kiçik leytenantı kimi ilk xidmət yeri Bakı Neft Emalı Zavodu olub.  Cinayətkarlığın tüğyan etdiyi zamanda mühafizənin təşkili də çox çəin idi və o bu çətinliyin də öhdəsindən bacarıqla gəlib. Onu 1994-cü ildə Şamaxı Rayon Mühafizə Bölməsinə baş inspektor təyin ediblər. Təcrübəsi, insanlarla xoş ünsiyyəti burda da köməyinə çatıb. Beləcə, illər biri-birini əvəz edib. Xidmət yeri ailə vəziyyəti ilə əlqədar Nərimanov Rayon Mühafizə İdarəsinə dəyişdirilib. Bir müddət burda çalışıb. 2006-cı ildə yenidən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin, 2011-ci ildə isə Suraxanı Mühafizə Şöbəsinə bölük komandiri təyin olunub.

O, biliyini, savadını artırmaq üçün 2006-2010-cu illərdə DİN-in Polis Akademiyasında da təhsil alıb.

Sabunçu Rayon Mühafizə İdarəsində 2012-ci ildən  xidmət edir. “Bu gün rayon sakinləri ilə polis, xüsusən də mühafizə polisi arasında qırılmaz bir samimiyyət, inam körpüsü var”,-deyən həmkarımız fikrini belə əsaslandırır: “İndi elə bir dövrdə yaşayırıq ki, əmlakını, evini-eşiyini yaxınına, doğmana deyil, güvəncini, etibarını qazandığına etibar edirsən. Polisimiz vətəndaşın inamını və etibarını qazanıb, onun əmlakını göz bəbəyi kimi qoruyur. Mühafizəyə cəlb etdiyimiz obyektlərin, mənzillərin sahibləri ilə müqavilə bağlamadan öncə, ilk işimiz onu idarəmizlə, texnki imkanlarımızla, əməkdaşlarımızla tanışlıq olur. Yəni vətəndaş bilməlidir ki, onun əmlakını kim və necə qoruyacaq. Xidmətimiz həm də inam özərində qurulur. Xidmətə yeni qəbul olunmuş əməkdaşlara əmanətin etibarlı qorunmasını təşkil etmələri üçün tam məsuliyyət hissi ilə çalışmalarını aşılayırıq. Bu da öz növbəsində effektini verir, xidmətimizdə problem yaşamırıq. Hazırda 758 obyekt və mənzil tərəfimizdən qorunur.”...

İdarənin rəis müavini, polis polkovnik-leytenantı Sahib Cəfərli obyektlərin və mənzillərin mühafizəyə cəlb edilməsində Sabunçu RPİ əməkdaşlarının xidmətini,bu ilin müvafiq dövrü ərzində 50 obyekt və mənzilin məhz onların köməkliyi sayəsində mühafizə cəlb edilməsini də xüsusi vurğulayır.

Haqqında İdarənin rəisi, polis polkovniki Əşrəf Allahyarov belə dedi: “Polis polkovnik-leytenantı Sahib Cəfərli işini bilən, xidmətini düzgün quran, təcrübəli və etibarlı əməkdaşdır.”...

Həmkarımız iki övlad atasıdır. Oğlu Yasamal RPİ-də xidmət edir, polis leytenantdır. Qızı ötən il qəbul imtahanlarından 600-dən yuxarı bal toplayaraq Tibb Universitetinə qəbul olunub.

Həmkarımızın ən böyük qazancı ona olan inamı doğrultması, bir də böyütdüyü, ərsəyə çatdırdığı övladlarıdır...

Hafiz Təmirov,
polis mayoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ