Xəbər verildiyi kimi dünən - 04.06.2026 - Almaniyanın Frankfurt aeroportunda "Boeing 787" Sərnişin təyyarəsində qəza baş verdi. Nəticədə sərnişinlər xəsarət almasalar da, hava limanı əməkdaşlarından bir neçəsi ağır yaralandı. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən hadisə təsadüfü olmayıb, Dünyadakı zülmə, haqsız tökülən qanlara Yaradanın reaksiyasıdır (xəbərdarlıq mesajıdır).
Onu da qeyd edim ki, iyirmi altı ildir təyyarə qəzalarının monitorinqini aparıram. Monitorinqin nəticələri göstərir ki, İndiyədək baş verən təyyarə qəzalarının üzərindəki marka bir qayda olaraq Ay (bəzi hallarda Günəş) tutulmalarından keçən günlərin sayını göstərir (bunu sübut edən cədvəl yazıya əlavə edilir). Dünən Almaniyada baş verən təyyarə qəzası da bu qəbildəndir. Belə ki, dünən 08.04.2024 tarixli Ay tutulmasının 787-ci günü idi ki, bu da həmin təyyarənin markasında həkk olunub (B-787).
Elmi-lədun hesablamalarımıza görə qəzalarda olan qanunauyğunluqlar dünyada baş verən haqsızlıqlara və nahaq (günahsız) qanlar tökülməsinə görədir. Bununla Yaradan bəşəriyyətə xəbərdarlıq edir ki, zülmə və haqsızlığa son qoyun! Əgər bəşər övladı bu xəbərdarlıqlara rəğmən, zülmü davam etdirərsə, tezliklə daha böyük faciələrlə qarşı-qarşıya qalacaqdır ki, bu da böyük (hesablamamıza görə 71 faiz) insan itkisinə səbəb olacaqdır.
Odur ki, hər bir insan bu mesajlardan nəticə çıxararaq, fərdi qaydada tövbə edib, pis əməllərdən çəkinməlidir.
Xəbərdarlığı şərh etdi:
Dr. Paşa Yaqub - bilici, 39 kitab müəllifi