Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Fətvada bildirilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Qurbаn bаyrаmı 27 may tarixinə təsadüf edəcək.
Şəriətə uyğun olaraq Qurban kəsimi 27 may tarixindən başlayaraq 3 gün davam edə bilər. May ayının 27-də məscidlərdə Bayram namazları qılınacaq.
O da qeyd edilir ki, bu il Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 18 may 2026-cı ildə qəbul edilən yekdil fətvası ilə bayram günü 27 may tarixi kimi təsdiqlənib.
ZÜMRÜD