Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) 53 mindən çox insan iştirak edib.
Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində baş tutan rəsmi bağlanış mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dünya üzrə 400-dən çox spiker forumda çıxış edib:
"Forum çərçivəsində 400-dən çox spiker müxtəlif ölkələri təmsil edib ki, onlardan 60-ı Azərbaycandan olub. Biz burada gələcək əməkdaşlığın təməlini atmışıq. Bu şəhərsalma forumu bir çox məqamlarla ilk olub. Prezidentin liderliyi ilə keçirilən bu tədbirdə biz nümayiş etdirdik ki, ümumdünya şəhərsalması ilə bağlı mühüm siyasi addımlar atmaq mümkündür", - Anar Quliyev bildirib.