Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ilk dəfə Aborigen Xalqlar Qrupu (Indigenous Caucus) yaradılıb.
Bunu “Aborigen xalqlar üçün adekvat mənzil” mövzusunda keçirilən dəyirmi masada Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Yerli Xalqlar və Yerli İcmalar üzrə İşçi Qrupunun həmsədri Florencia Soto Nino-Martinez deyib.
“Bu, Dünya Şəhərsalma Forumunun tarixində ilk dəfədir ki, Aborigen Xalqlar Qrupu yaradılıb. Biz burada sayca az ola bilərik, amma toxum kimiyik – böyüyəcək və çiçəklənəcəyik”, – deyə o bildirib.
ZÜMRÜD