İndiyədək Ağdam, Füzuli və Xocavənd rayonlarına 13 700 nəfər köçüb.
Trend xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"İndiyədək Ağdam, Füzuli və Xocavənd rayonlarına 13 700 nəfər köçüb. Bu üç rayonda digər çalışanları da nəzərə alsaq hazırda həmin ərazilərimizdə 50 min insan yaşayır, işləyir, fəaliyyət göstərir. Bu ilin sonunadək daha 30 min vətəndaşın öz doğma dədə-baba torpaqlarına köçünü təmin etməyi hədəfləyirik", - o bildirib.
"Birinci növbədə Ağdam şəhərində 4 və 5-ci yaşayış komplekslərinin başa çatması ilə Baş Qərvənd kəndinin, Füzuli rayonunda isə daha iki kəndin - Dövlətyarlı və Pirəhmədli kəndlərinin tikintisinin başa çatması ilə buna nail olacağıq", - Emin Hüseynov vurğulayıb.