2026-cı il 25 may saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.
Qeyd edək ki, "Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış Birgə Kommunikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.
“Azərbaycan Dəmir Yolları” QSC və "Gürcüstan Dəmir Yolları" SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.