Azərbaycan mediası COP29 zamanı qazandığı uğur hekayəsini bu WUF13-də davam və yenidən nümayiş etdirir.
Trend xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli WUF13 çərçivəsində keçirilən “Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun hərəkətverici qüvvəsi kimi” mövzusunda tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.
İcraçı direktorun müavini bildirin ki, həm ölkə daxilindəki auditoriya, həm də beynəlxalq auditoriya üçün forumun vacib mesajlarının çatdırılmasında Azərbaycan mediası etibarlı və mötəbər informasiya mənbəyi funksiyasını uğurla yerinə yetirir:
“Ümumilikdə, Azərbaycan mediası beynəlxalq tədbirlərin işıqlandırılması sahəsində zəngin və unikal təcrübə qazanıb. Biz inanırıq ki, bu təcrübə gələcək fəaliyyətimizdə peşəkarlığın daha da artırılmasına mühüm töhfə verəcək.
Bu gün biz “newsroom”da çox fəal və dinamik bir iş mühiti müşahidə edirik və Azərbaycan jurnalistlərinə bu peşəkar fəaliyyətlərinə görə təşəkkürümüzü bildiririk.
Azərbaycan mediası COP29-da olduğu kimi, bu forumun işıqlandırılmasında da öz peşəkar vəzifəsini yüksək səviyyədə yerinə yetirir”.