Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsi əməliyyatına nazirliyin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.
Əlavə məlumat veriləcək.
XXX
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində bir anbarda güclü yanğın baş verib. Əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınla mübarizə tədbirləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğının söndürülməsi əməliyyatının sürətləndirilməsi məqsədilə əraziyə FHN Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.
ZÜMRÜD