Hollandiyanın MV Hondius kruiz gəmisində aşkarlanan hantavirus yoluxmaları bütün dünyada narahatlıq doğurarkən, illər əvvəl sosial mediada paylaşılmış bir məlumat ortaya çıxıb. Xüsusilə 2022-ci il və daha əvvəlki illərdən qalma müəyyən paylaşımların yenidən önə çıxarılması ciddi müzakirələrə yol açıb.
Sosial mediada ən çox diqqət çəkənlərdən biri “soothsayer” hesabı tərəfindən 11 iyun 2022-ci ildə edilən paylaşım olub. İstifadəçinin qısa paylaşımında bu ifadə yer alır: "2023: Koronavirus bitdi, 2026: Hantavirus".
Bu paylaşım yenidən yayımlandıqdan sonra bəzi istifadəçilər bunun "təsadüf ola bilməyəcəyini" deyərkən, digərləri bunu qlobal pandemiya ssenariləri ilə əlaqələndirərək fərqli iddialar irəli sürüblər. Platformada qısa bir zamanda geniş diqqət çəkən paylaşım müxtəlif hesablarda yenidən paylaşılıb.
Ortaya çıxan digər bir müzxakirə predmeti 2012-ci ilə aid olduğu bildirilən bir paylaşım olub. Kanadalı bir tədqiqatçının paylaşıldığı iddia edilən qeyddə aşağıdakı ifadələr yer alırdı: “Bu gün #H5N1 NAS seminarını izləyərkən arxamcadan bunu eşitdim: 'Əgər həqiqətən pandemiya başlamaq istəyirsinizsə, hantavirusu insanlar üçün yoluxucu hala gətirin”.
Bu paylaşımın yenidən yayımlanmasından sonra "qabaqcadan planlaşdırılmış pandemiya" iddiaları sosial mediada müzakirə mövzusuna çevrilib.
Mütəxəssislər isə vurğulayırlar ki, bu paylaşımları birbaşa mövcud səhiyyə məlumatları ilə əlaqələndirməklə şərh etmək düzgün deyil və sosial media alqoritmləri köhnə paylaşımları yenidən gündəmə gətirməklə, yanlış təsəvvürlər üçün münbit zəmin yaradır.
Mütəxəssislər deyirlər ki, köhnə sosial media paylaşımlarını cari hadisələrlə əlaqələndirmək yanlış şərhlərə və yanlış məlumatlara səbəb ola bilər. Hantavirus halları xüsusilə MV Hondius hadisəsində yaxından izlənilir, lakin mövcud məlumatlar qlobal həyəcan siqnalı vermir.
Tahir TAĞIYEV