Cümə günü, 24 iyul 2026
     

İstedadlı jurnalist və insani dəyərlər tərənnümçüsü Zahid Rzayevin yol hekayəsi - FOTO

Image


Zahid müəllimlə dostluğumuzun təməli tələbəlik illərimə təsadüf edir. 1991-ci ildə tələbə adını qazandım və Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almağa başladım. Təhsilimin ilk illərində universitetdə keçirilən “Məhəmməd Hüseyn Şəhriyar gecəsi” tədbirində iştirak etdim. Bu tədbirdə mən də Şəhriyarın yaradıcılığından bəhs etdim və sonda onun “Azərbaycan” şeirini səsləndirdim. Həmin vaxtlar, universitetin yataqxanasında qalırdım (yəni,1991-1994-cü illərdə). Tədbir bitdikdən sonra yataqxanaya daxil olarkən bir əlin çiynimə toxunduğunu hiss etdim. Çiynimə əlini qoyan IV kurs tələbəsi Zahid Rzayev idi. Bildirdi ki, yataqxana kitabxanasına rəhbərlik etmək vəzifəsi ona həvalə olunub. O, mənə axşam saatlarında kitabxananın oxu zalında biliyimi artırmaq və seminarlara hazırlıq üçün gəlməyimi təklif etdi.

Bu müddət ərzində Zahid müəllimin qayğısı ilə mən dərs vəsaitləri, monoqrafiyalar, həmçinin müvafiq müəllif alimlərinin adlarını öyrəndim. Xüsusilə Zahid müəllim mənim təhsil yolumda təkcə dərslikləri və elmi əsərləri tanıtmaqla kifayətlənmədi, həm də mənə intellektual inkişafda mühüm dəstək verərək, tələbə adını qazanmış Kamalı qaranlıq dünyadan işıqlı bir dünyaya daşıdı.

Zahid Asəf oğlu Rzayev 1968-ci il iyunun 23 də Naxçıvanın qədim Kəngərli mahalının Qarabağlar kəndində anadan olub. 1975-ci ildə Qarabağlar kənd 2 saylı orta məktəbin 1 sinfinə qəbul edilib. 1985-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib və həmin il akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) Tarix-filologiya fakültəsinin tarix ixtisasına qəbul olunub. 1986-88-ci illərdə isə hərbi xidmətdə olub. Zahid Asəf oğlu Rzayev tələbəlik illərində yalnız bilik və savadı ilə deyil, həm də davranışları və xarakteri ilə seçilən nümunəvi bir tələbə idi. Onun universitetin professor-müəllim heyəti arasında qazandığı səmimi rəğbət və hörmət, demək olar ki, heç bir tələbənin diqqətindən yayınmırdı. Xüsusilə tarix sahəsində tanıdığımız dəyərli professor-müəllim heyətindən Qasım Qasımov, Mirhəşim Seyidov, İsmayıl Hacıyev, Abbas Seyidov, Allahverdi Hüseynov, Namiq Əliyev, Zəhmət Şahverdiyev, filologiya sahəsinin tanınmış alimlərindən Vəliyəddin Əliyev, Arif Əliyev, Məhərrəm Cəfərov, Müseyib Zeynalov, Yavuz Axundlu, Əjdər İsmayılov, İsa Həbibbəyli, Əbülfəz Amanoğlu, folosof və iqtisadçılardan Qərib Allahverdiyev, Akif Mədətov, Eynulla Mədətli, eləcə də Hüseyn Kazımov, Qasım Hüseynov və digərləri ilə qurduğu qarşılıqlı hörmət və səmimi əlaqələr Zahid müəllimin həm intellektual mühiti, həm də şəxsiyyəti ilə necə xüsusi dünyagörüşünə malik olduğunu bir daha nümayiş etdirirdi. Zahid müəllim yalnız təhsil aldığı ali məktəbin nüfuzlu professor-müəllim heyəti ilə deyil, dünya miqyasında tanınan, elmi irsi ilə oxucuları maarifləndirən alimlərlə-akademiklər Ziya Bünyadov, Teymur Bünyadov, Mahmud İsmayılov, Vəli Əliyev və digər dəyərli şəxsiyyətlərlə də dərin, məzmunlu debatlar aparmışdır. Hələ IV kursda oxuyarkən onun içdən gələn təhlil qabiliyyəti və elmi həssaslığı ilə “Aydınlıq” qəzetində akademik Ziya Bünyadovun elmi yaradıcılığına dair yazdığı geniş məqalə yalnız akademik sahədə deyil, eyni zamanda, düşüncənin ruhunu, mədəniyyətin dərinliyini əks etdirən bir əsər olaraq yaddaşlarda iz buraxmışdır. O, müəllimlərlə, xüsusən də biz tələbələrlə qurduğu dostluq, anlayış və yüksək əhval-ruhiyyə sayəsində özünü həmişə pozitiv və örnək bir insan olaraq təqdim edib, bizlərə həyatın, elmin və insanlığa xidmətin əsl dəyərini göstərib.

Zahid müəllimin insani baxışları hər zaman insanlığa və ədalətə olan dərin inamını əks etdirirdi. Onun həyat fəlsəfəsi, yalnız öz şəxsi inkişafını deyil, həm də ətrafında olan intellekt görüşlü tələbə yoldaşların yüksəlməsini və rifahını təmin etməyə yönəlmişdi. Onun səmimi hərəkətləri və sözləri başqalarına yardım etmək istəyinin canlı nümunəsi idi.

Zahid müəllim heç vaxt özü ilə təzadlı davranmaz, hər zaman doğru bildiyi yolda irəliləyir. O, həm şəxsi həyatında, həm də peşəkar fəaliyyətində verdiyi sözə sadiq qalmış, bununla da ətrafındakılara nümunəvi şəxsiyyət olmuşdur. Onun dürüstlüyü və sadiqliyi sadəcə dostlarına deyil, bütövlükdə cəmiyyətə dəyərli bir örnəkdir. Zahid müəllim yalnız bilik və savadı ilə deyil, həm də dostluq anlayışı ilə hər zaman örnək olmuşdur. O, dostluğa çox sədaqətli, sözünün üstündə duran bir insan olaraq, hər zaman insanlara yaxın, anlayışlı və dürüst yanaşmışdır. Zahid müəllim üçün dostluq sadəcə yaxşı vaxtlarda bir araya gəlmək deyil, həm də çətin anlarda bir-birinə dəstək olmaq, çətinlikləri birlikdə aşmaq deməkdir.

Zahid müəllim tələbəlik illərində vaxtilə fəaliyyət göstərən “Naxçıvan” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə ştatdankənar bölgə müxbiri (1992-94) kimi də çalışıb. Zahid müəllim yazılarında əsasən, ötən əsrin 90-cı illərinin təlatümlü günlərində Naxçıvanla bağlı həqiqətləri ölkə ictimaiyyətinə çatdırmaqla yanaşı, bu diyarın zəngin və qədim tarixini, mədəniyyətini geniş şəkildə işıqlandırmağa xüsusi diqqət yetirib. Onun yazıları Naxçıvanın tarixi dəyərlərinin qorunmasının vacibliyi və bu ərazinin gələcək nəsillərə daha yaxşı şəkildə tanıdılmasının əhəmiyyəti üzərində xüsusi dayanan bir növ “səyyahın qeydləri” kimi çıxış edirdi.

1992-ci ildə Naxçıvan Dövlət Universitetini fərqlənmə (qırmızı) diplomu ilə bitirən Zahid Asəf oğlu Rzayev ali təhsilini yüksək nəticələrlə tamamladıqdan sonra yuxarıda qeyd etdiyimiz kimi, elmi biliyi, analitik düşüncə tərzi və erudisiyası ilə diqqət çəkərək, elə həmin ildə universitetdə dərs demək üçün işə qəbul olunmuşdur. H əm akademik müvəffəqiyyətləri, həm də təhsil müddətində qazandığı dərin bilik və tədqiqat bacarığı onu universitetin tədris heyəti üçün dəyərli bir üzvə çevirmişdir. Görünən odur ki, Zahid müəllimin gənc yaşlarından göstərdiyi bu yüksək elmi potensial və intellektual səviyyə, onun təhsil sahəsindəki peşəkarlığına və gələcək uğurlarına zəmin yaradırdı. 1995-ci ilə qədər Naxçıvan Dövlət Universitetinin Politologiya və fəlsəfə kafedrasında fəaliyyət göstərən Zahid müəllim 2001-2007-ci illər ərzində, şəhid Əbülfəz İmanov adına Qarabağlar kəndi 2 saylı orta məktəbində tarix müəllimi kimi də fəaliyyət göstərib.

Zahid Rzayev ümumtəhsil məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərməklə yanaşı, “Şagirdlərin vətənpərvərlik və mənəvi tərbiyəsində sinifdənxaric işlərin rolu” adlı mükəmməl metodik vəsait də hazırlamışdır (Naxçıvan: Əcəmi, 2002, 40 səh.). Vəsait əvvəlcə gizli rəylərin qiymətləndirilməsinə təqdim edilmiş, qiymətləndirmə prosesində işin aktuallığı, təhlil olunan mövzunun əhəmiyyəti, elmi yenilikləri və müəyyən edilmiş vəzifələr nəzərə alınaraq ixtisaslı alimlər tərəfindən müsbət rəy almışdır. Bundan sonra əsərin elmi dəyəri və uyğunluğu qiymətləndirilərək Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının 10 iyun 2002-ci il tarixli iclasının 12 nömrəli qərarı ilə vəsait çapa tövsiyə edilmişdir. Vəsaitdə sinifdənxaric işlərin şagirdlərin mənəvi və vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsindəki rolu dərin şəkildə təhlil olunmuş və həmin sahədə yeni metodik yanaşmalar təklif edilmişdir. Zahid müəllimin “Şagirdlərin vətənpərvərlik və mənəvi tərbiyəsində sinifdənxaric işlərin rolu” adlı metodik vəsaiti, şagirdlərə vətənpərvərlik və mənəvi tərbiyə məsələlərini dərindən izah edir və bu sahədəki faydalı yanaşmaları önə çəkir. Metodik vəsaiti vərəqlədikcə görürük ki, müəllif əsas diqqət, Vətənə olan sevginin və milli kimliyin inkişafında sinifdənxaric fəaliyyətlərin böyük rol oynadığının vurğulanmasına yönəldir. Zahid müəllim, şagirdlərin yalnız dərs vaxtı deyil, həm də sinifdənxaric fəaliyyətlər vasitəsilə öz milli dəyərlərini mənimsəyərək daha sağlam və əxlaqlı fərdlərə çevrilmələrinin vacibliyini qeyd edir.

Zahid müəllimin vurğuladığı digər mühüm məqam isə vətənpərvərliyin yalnız tədris prosesi ilə məhdudlaşmaması, eyni zamanda, şagirdlərin gündəlik həyatında bu dəyərlərin tətbiq edilməsidir. Beləliklə, metodik vəsaitdə təqdim edilən bütün yanaşmalar, şagirdlərin həm akademik, həm də mənəvi inkişafını dəstəkləyərək onları vətənə və cəmiyyətə faydalı şəxsiyyətlər olaraq yetişdirməyə istiqamətlənir.

Zahid müəllim üçün Vətən yalnız bir torpaq parçası deyil, əziz bir ana, bir məkan, bir millətin ruhu və gələcəyidir. Vətənə sevgi və məhəbbətdən bəhs edərkən bir haşiyə də çıxaraq qeyd edək ki, ötən əsrin 90-cı illərində Naxçıvanın müdafiəsində və sərhəd bölgələrində baş verən çətin və həlledici döyüşlərdə döyüşçülərimizə mənəvi dəstək göstərən şəxslərdən biri də Zahid Rzayev olmuşdur. Belə qənaətə gələrik ki, onun Vətənə olan məhəbbəti sadəcə şüarlarla deyil, hər bir hərəkətində, seçdiyi işlərində və keçdiyi dərs saatlarında özünü göstərmişdir. O, Vətənin inkişafını yalnız iqtisadi və siyasi sahələrdə deyil, həm də mədəniyyətin, mənəviyyatın və insanlığın yüksəlməsi ilə əlaqələndirmişdir.

Zahid Asəf oğlu Rzayevin diqqətəlayiq əsərlərindən biri də Naxçıvanın tarixi və mədəniyyətini əhatə edən “Oğuz-türk yurdu Qarabağlar” adlı tarixi-publisistik kitabıdır (Bakı: Şirvannəşr, 2005, 118 səh.). Tədqiqatçı-müəllim Qarabağlar kəndinin zəngin tarixi və mədəniyyətini ətraflı şəkildə tədqiq edərək, bölgənin qədim dövrlərdən indiyə qədərki inkişafını dərindən araşdırır. Əsərdə Qarabağlar kəndinin sosial-iqtisadi və mədəni həyatını formalaşdıran mühüm tarixi mərhələlər və hadisələr geniş şəkildə tədqiq-təhlil olunmuş, bölgənin Oğuz-türk kökləri və mədəniyyətə verdiyi töhfələr xüsusi diqqətlə işıqlandırılmışdır.

Zahid müəllim bu kitabında yalnız Qarabağlar kəndinin tarixini və mədəni irsini öyrənmək üçün tarixçi və etnoqraf kimi araşdırmalar aparmaqla kifayətlənməmiş, həm də Oğuz-türk xalqlarının bu ərazidəki izlərini və əlaqələrini dərindən tədqiq edərək, tarixi mənbələrdən və müasir elmi yanaşmalardan istifadə etmişdir. Kitabda, həmçinin Qarabağlar kəndinin mədəniyyətinin Oğuz-türk irsi ilə olan əlaqəsi və bu irsin davamlılığı təhlil edilərək, qədim və müasir dövrlərdəki sosial və mədəni dəyişiklikləri elmi baxımdan izah edilir. Onu da qeyd edək ki, Zahid Asəf oğlu Rzayevin “Oğuz-türk yurdu Qarabağlar” adlı kitabı hazırda Prezident Kitabxanasında mühafizə olunur.

2007-ci ildə Zahid Asəf oğlu Rzayev, “İki sahil” qəzetində müxbir vəzifəsinə işə qəbul olunmuşdur. Bu vəzifədə jurnalistikaya olan dərindən kök salmış marağını, peşəkarlığını və analitik bacarığını nümayiş etdirərək qısa müddət ərzində həmkarları və rəhbərlik tərəfindən diqqətlə izlənilən bir şəxsə çevrilmişdir. Onun yazılarında hər zaman dəqiqlik, obyektivlik və insani dəyərlərə sadiqlik əsas yer tutur. Bu özəlliklər sayəsində, o, “İki sahil” qəzetinin şöbə müdiri vəzifəsinə yüksəlmişdir.

Bütün bu sadalanan nailiyyətlər və müvəffəqiyyətlər, Zahid müəllimin yorulmaz əməyinin və sarsılmaz iradəsinin, peşəkarlığının bəhrəsidir. Zahid Asəf oğlu Rzayev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə 2025-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Bu mükafat, yalnız onun uzun illər boyu mətbuat sahəsindəki sadiq və faydalı fəaliyyətini deyil, həm də Azərbaycan jurnalistikası üçün göstərdiyi üstün xidmətləri və milli mətbuatın inkişafına verdiyi dəyərli töhfələri xüsusi olaraq tanıyır.

Bundan əlavə, Zahid Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə də təltif olunmuşdur. Vaxtilə Həsən bəy Zərdabi yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin”. Zahid Rzayev öz jurnalistlik fəaliyyətində məhz bu prinsipə sadiq qalaraq xalqın doğru məlumatlar əldə etməsini və həyatın müxtəlif aspektlərinə daha dərindən baxışını təmin etməyə çalışmışdır. Bu medal Zahid müəllimin mətbuat sahəsində dəyərli xidmətlərini və Azərbaycan jurnalistikasının inkişafına olan dərin və davamlı təsirini xüsusilə vurğulayır, onun fəaliyyətinin mətbuat tarixindəki önəmli yerini əks etdirir.

Əlavə olaraq Zahid müəllim Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Həsən bəy Zərdabi Mükafatı laureatıdır. Zahid müəllimə, cənab Prezident İlham Əliyev tərəfindən verilən ali mükafatlar, onun mətbuat sahəsindəki işinə olan dərin bağlılığını və məsuliyyətini bir daha təsdiq edir. Zahid Rzayevə gələcək fəaliyyətində həm Azərbaycan jurnalistikası, həm də ümumilikdə cəmiyyətimiz üçün yeni uğurlar, mükəmməl və hərtərəfli inkişaflar arzulayırıq.

Biz Zahid müəllimi yalnız istedadlı, vətənpərvər bir jurnalist kimi deyil, həm də Azərbaycanın mətbuatını daha da inkişaf etdirmək, insanları doğru xəbərlərlə məlumatlandırmaq və cəmiyyətin maariflənməsinə öz töhfəsini vermək sahəsindəki davamlı səyinə görə təbrik edirik. Ümid edirik ki, onun fəaliyyəti hər zaman yeni uğurlar və yüksək nailiyyətlərlə daha da zənginləşəcək. Zahid Rzayevə gələcək işlərində yeni-yeni uğur və müvəffəqiyyətlər arzulayır və deyirik: Tutduğunuz doğru yolun hər anı dərin və anlamlı olsun!

KAMAL CAMALOV
pedaqogika elmləri doktoru,
Naxçıvan Müəllimlər İnstitutunun professoru,
Azərbaycan Respublikasinin Əməkdar müəllimi,
Qızıl Qələm Mükafatı Laureatı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

24.07.2026 / 21:39
Özgür Özəl 91 deputatla CHP-dən çıxdı - Kılıcdaroğlunun “mutlak butlan” planı iflas etdi(?)...

24.07.2026 / 21:25
ABŞ-İran müharibəsinə bölgənin bu dövlətləri də qoşula bilər...

24.07.2026 / 21:10
Kaliforniya erməniləri Trampçıların dəstəyilə Konqresdə Azərbaycana qarşı daha bir qətnamə çıxardılar...

24.07.2026 / 20:57
Senat İrana qarşı quru əməliyyatlara yaşıl işıq yandırdı... Tramp bölgəyə çoxli tibb işçisi gətirir...

24.07.2026 / 20:45
Marşal Fondu Azərbaycanın Orta Dəhlizinə yeni status verdi...

24.07.2026 / 20:31
ABŞ İranın ən böyük sahibkarlarından birinin "şəbəkəsinə" sanksiyalar tətbiq etdi

24.07.2026 / 20:27
Bakı Qızlar Universiteti bağlanır? - Universitet açıqlama yaydı...

24.07.2026 / 20:23
Yunanıstan “Axilles Qalxanı”na üz tutur

24.07.2026 / 20:16
Meşə yanğınları Fransada 60 min insanın qaçqın düşməsinə səbəb oldu

24.07.2026 / 19:53
Səhiyyə və təhsilə bu qədər vəsait qoyuruq, Dünya Bankı bizi niyə ermənilərdən və gürcülərdən “aşağı tutdu”...

24.07.2026 / 19:40
ABŞ-dan Ukraynaya kömür daşıyan gəmi Rumıniya sahillərində vuruldu...

24.07.2026 / 19:35
Gürcüstanın Kulevi Neft Emalı Zavodu da Rusiyanın “oduna yandı”…

24.07.2026 / 19:31
Ermənilərin məhkəməsində prokurorların çıxışı davam edir - FOTO

24.07.2026 / 19:22
Lavrov Moskvanın “istənilən halda” Ukraynada məqsədinə çatacağından əmindir…

24.07.2026 / 19:07
49 mindən çox içkinin tarixini dəyişib təkrar satışa çıxaracaqdılar - AQTA vaxtında yetişdi...

24.07.2026 / 18:52
AB Rusiyaya görə Gürcüstanın yeganə neft zavoduna da sanksiya tətbiq etdi...

24.07.2026 / 18:34
Tramp İranda sonu görünməyən müharibə risqi ilə üzləşir – Ağ Ev müşavirləri narahatdır...

24.07.2026 / 18:03
Tramp ABŞ-ın 60 ticarət tərəfdaşına yeni tariflər tətbiq etdi - bu, ədalətsizlikdir...

24.07.2026 / 17:47
İran Bəhreyndə “Amazon” məlumat mərkəzini vurdu...

24.07.2026 / 17:31
ABŞ da, İran da quru əməliyyatlara hazırlaşır... "200 əsgər İran əsirliyində..."

24.07.2026 / 17:16
Paşinyan siyasi rəqiblərini sahədə bir-bir dənləyir...

24.07.2026 / 17:08
Ermənipərəst rüşvətxor Menendes getdi, indi də onun davamçısı konqresmen Şerman iş başında - Milli Məclisdən ABŞ Konqresinə etiraz...

24.07.2026 / 16:55
Rusiyanın neft emalı zavodlarına zərbələr ABŞ və Avropaya da təsir etməyə başlayıb...

24.07.2026 / 16:31
“Dollar iynəsindən” xilas olan Rusiya bu dəfə "yuan qarmağına" keçdi

24.07.2026 / 15:53
Paşinyan katolikos Qaregini parlamentə buraxmadı...

24.07.2026 / 15:49
Ermənistanda "fermer inqilabı" gözlənilir...

24.07.2026 / 15:42
Tramp Səudiyyə ilə nüvə sazişini "İsraili tanımaq" tələbindən azad etdi...

24.07.2026 / 15:28
Rusiyanın sıxılmış qazı Afinanın sayəsində 21-ci sanksiyadan yaxasını hələlik qurtardı...

24.07.2026 / 15:13
"Moskva Krımın üzərindən keçəcək" - Zelenskinin yeni planları...

24.07.2026 / 15:02
Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

24.07.2026 / 14:41
Rusiya rəhbərliyindəki korrupsiyaya aid inanılmaz fakt: Dünyanın ilk kosmanavtının paltarının ABŞ-a satılması...

24.07.2026 / 14:10
Ukrayna Rusiyanın daha iki bölgəsində “Wildberries”in anbarlarını bombaladı...

24.07.2026 / 13:52
Rəşad Aslanov Azərbaycanın Türkiyədə səfiri təyin olundu...

24.07.2026 / 13:50
İtaliyadakı səfirimiz geri çağırıldı

24.07.2026 / 13:48
Rəşad Məmmədov Azərbaycanın Özbəkistandakı səfiri təyin edildi

24.07.2026 / 13:46
Azərbaycanın Türkiyədəki səfiri geri çağırıldı

24.07.2026 / 13:37
CHP-də ŞOK PARÇALANMA... Özgür Özel 91 deputatla yeni partiya qurur - parlamentdə çoxluğu da ələ keçirdilər...

24.07.2026 / 13:35
Yaxın Şərqdən neftin ixrac marşrutları bir-bir sıradan çıxarılır - dünya fəlakət astanasında...

24.07.2026 / 13:15
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatdı

24.07.2026 / 13:00
Qazaxıstanın Avropaya neft pəncərəsi bağlanır - əsas ümid Azərbaycanadır...

24.07.2026 / 12:20
“Sadə insan kimi tanınsam, daha yaxşıdır” - Taleh Yahyayev

24.07.2026 / 12:15
Montrö Konvensiyasına hücum başladı - Türkiyənin Qara dənizdə hakim mövqeləri hədəfdə...

24.07.2026 / 12:06
İrandan ABŞ-a neft mesajı - bizi yox, bahalı neftlə özlərini cəzalandırdılar...

24.07.2026 / 12:00
BMT-nin baş katibi vəzifəsinə dörd xanım, iki kişi namizəd var

24.07.2026 / 11:39
Dənizin dərinliyində İusos Xriatosun nəhəng heykəlini görün necə təmizlədilər?! - VİDEO

24.07.2026 / 11:24
Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan etdi

24.07.2026 / 11:04
Bakıda dəhşətli qəza - 20-dən çox yaralı var...

24.07.2026 / 10:50
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib

24.07.2026 / 10:17
İran ABŞ-ın atəşkəs təklifini rədd etdi...

24.07.2026 / 09:41
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı

24.07.2026 / 07:04
ABŞ-da Mercedes-Benz satışları qadağan edilə bilər - Çin istehsalı olduğuna görə…

24.07.2026 / 05:28
Səudiyyə şahzadəsinin Londonda müəmmalı ölümü - səbəblər açılır…

24.07.2026 / 05:21
ABŞ-dan İrana 13-cü gecə zərbəsi…

23.07.2026 / 22:31
Venesuelanın 13 milyarddan çox neft gəliri ABŞ-da yoxa çıxdı...

23.07.2026 / 21:55
Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

23.07.2026 / 21:41
Cəbrayılda traktor minaya düşdü, bir nəfər yaralandı...

23.07.2026 / 21:26
Bolqarıstan prezidentinin təşəbbüsü ölkəni İran raketlərinə hədəf edə bilər...

23.07.2026 / 21:09
Şahdağ-Murğuz dağ qurşağının gündoğanı-günbatanı... Tərəkəmə elatının Baş yurd yerləri...

23.07.2026 / 20:42
Əliyevlə görüşdən sonra alman kansler Ermənistanla balans yaradır, ya sülh təşviq edir...

23.07.2026 / 20:26
Qırmızı dənizdə gərginlik... Tramp İrana ultimatum verdi - husilərin cəzasını onlar çəkəcək...

23.07.2026 / 20:12
Salam, xınalı tabut...

23.07.2026 / 19:58
Azərbaycan-Almaniya əlaqələrində konkret təkliflər ortaya gəlib - İşçi qruplar yaradılır...

23.07.2026 / 19:41
Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

23.07.2026 / 19:28
Azərbaycan-Almaniya Biznes Şurası böyük işlər görə bilər...

23.07.2026 / 19:15
Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

23.07.2026 / 18:51
ABŞ Ukrayna probleminin həllində daha bir ziddiyyətli mövqe qoydu - müəllif Rubiodur...

23.07.2026 / 18:32
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirildi

23.07.2026 / 18:27
Yay tətili üçün ən əlçatan istiqamətlərdən biri - Türkiyə…

23.07.2026 / 18:00
Trampdan Husilərə təhdid dolu mesaj - “… ağır hərbi cəza veriləcək”

23.07.2026 / 17:46
Hindistanda “tarakanların üsyanı” genişlənir…

23.07.2026 / 17:33
Qara dənizdə Türkiyə yük gəmisi vuruldu – ölən və yaralananlar var…

23.07.2026 / 17:19
Nikaraqua prezidenti müxalifətdən qurtulmağın yolunu tapdı - ölkədə seçkilər keçirilməyəcək

23.07.2026 / 17:15
Rusiyaya qarşı Aİ-nin son 4 ildə ən böyük sanksiya paketi qüvvəyə minir

23.07.2026 / 16:52
ABŞ Fars körfəzində bazalarının vurulmasında “Rusiya izi” axtarır…

23.07.2026 / 16:36
Medvedevin həyat yoldaşı ilə əlaqəli şirkət Ukraynanın hədəfində - Rusiyanın ən böyük ət istehsalçısı ikinci dəfə bombalandı...

23.07.2026 / 16:22
Beyləqanda iki ağır cinayətlə bağlı iş tamamlandı, məhkəmə başlayır...

23.07.2026 / 16:13
Milli Mətbuat Günündə media nümayəndələri təltif olundu

23.07.2026 / 16:04
Azərbaycan fəlsəfə elminə yeni dəyərli töhfə – “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış”

23.07.2026 / 15:42
Şəhid anasına ehtiram...

23.07.2026 / 15:41
151 il bundan əvvəl alovlanan çırağın nuru

23.07.2026 / 15:38
Astaralı gənc beynəlxalq uğura imza atdı

Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

XƏBƏR ARXİVİ