İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin keçmiş sədri Zaur Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Bu barədə KİV-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.
Məlumata görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, ötən ay İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri ƏƏSMN-ə həvalə edilib.
ZÜMRÜD