Azadlıq prospekti, metronun “28 May” stansiyasının ikinci çıxışında asfalt yol çöküb. Trend-in hadisə yerində olan müxbirinin məlumatına görə, çökmə hadisəsi günorta saatlarında baş verib.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidməti avtomobilləri ərazidədir.
Nəqliyyat vasitələrinin qəza baş verən yola girişinin qarşısının alınması üçün nişanlar yerləşdirilib.