Azərbaycan vətəndaşı Əfqan Sadıqov Gürcüstanda saxlanılıb. Bu barədə Gürücüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi üzrə — sosial şəbəkədə polis əməkdaşını təhqir etməkdə təqsirli bilib. O, sosial şəbəkədə polis əməkdaşını təhqir edib.
Məhkəmənin qərarına əsasən, Əfqan Sadıqov 2 min lari məbləğində cərimələnib, ölkədən deportasiya olunub və ona 3 il müddətinə Gürcüstana giriş qadağası tətbiq edilib.
Gürücüstan Daxili İşlər Nazirliyi bildirib ki, Əfqan Sadıqov bundan əvvəl də müxtəlif inzibati xətalara, o cümlədən aksiya və nümayişlərin keçirilməsi qaydalarını pozduğuna görə 62 dəfə məsuliyyətə cəlb olunub, həmçinin iki dəfə inzibati həbs cəzası alıb.
ZÜMRÜD