Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində baş verən mina hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs (kişi) 26.03.2026-cı il tarixində saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə KİV-in sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilir ki, sol aşağı ətrafın baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
XXX
İşğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı baş verib. Hadisə rayonun Yusifcanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 03.12.1985-ci il təvəllüdlü, Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu minaya düşüb.
ANAMA əməkdaşları yaralı şəxsi minalı ərazidən çıxarmaq üçün dərhal hadisə yerinə yola düşüblər.
ZÜMRÜD