Cümə günü, 06 noyabr 2026
     

SİZ BUNU BACARARSIZ

Image


Məsələ Klara Setkində deyil. 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasıdır. Bu günlə bağlı müxtəlif fikirlərə rast gəlirik. Bu bayramın "bizim” olmadığını vurğulayan, "qeyd etməməliyik" deyənlər də var. Bu, dini bayram deyil, milli bayram deyil yəni. Amma məna yükü böyükdü.

1857 - ci il 8 martda qadınlar ABŞ-ın Nyu – York şəhərinda ağır iş şəraitinə, 16 saatlıq iş gününə etiraz edirlər. Polis nümayişi dağıdır. 129 qadın yandırılaraq öldürülür. Qadınların iş şəraiti düzəlmir. Bunlar tarixdir. Bu günün Miladdan əvvəlki Bibliya rəvayətləri ilə əlaqələndirilməsi də bayrama başqa anlam vermək çabasıdır. Çünki 8 mart 1857 – ci il hadisələri baş verəndə Klara Setkin hələ doğulmamışdı. Qadınların öz azadlıqları, hüquqları uğruna mübarizəsi illərlə, əsrlərlə davam edib.

Bəs bu bayramla Klara Setkinin nə əlaqəsi var?

İllər sonra 1910–cu ildə Danimarkanın Kopenhagen şəhərində Qadın Sosialist İnternasionalın qurultayı keçirilir. Qurultayda alman sosialisti Klara Setkinin təklifi ilə öz hüquqları uğruna ölən 129 qadının xatirəsinə 8 mart Dünya qadınlar Günü kimi qeyd olunması qərara alınır. Kophenagen qərarından sonra ilk dəfə olaraq 1911-ci ilin martında Avstriya, Danimarka, Almaniya və İsveçrədə bu gün qeyd edilir.

1914-cü ildə Rusiyada Beynəlxalq Qadınlar Günü martın 8-də baş tutur, başqa ölkələrdə də martın 8-i qeyd olunur. 1914-cü ildəki tədbir qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seçki hüququna həsr olunmuşdu. 1914-cü ilin 8 martında Londonda Boudan Trafalqar meydanına doğru qadınların seçki hüququna dəstək yürüşü oldu. 1917-ci il, fevralın son bazar günü (Yeni Stillə martın 8-nə düşür) Sankt-Peterburqda Qadınlar Gününün qutlama nümayişləri Fevral İnqilabının əsasını qoydu. 8 martda "Çörək və sülh” adı altında keçirilən bu nümayiş digər Avropa ölkələrində də baş verdi.

Oktyabr inqilabından sonra bunu SSRİ-də rəsmi bayram elan etdilər, amma 1965-ci ilə kimi iş günü idi. 8 may 1965-ci il fərmanıyla SSRİ Ali Sovetinin Rəyasət Heyəti SSRİ-də Beynəlxalq Qadınlar Gününü qeyri-iş günü elan etdi.

1975-ci il Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martı ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart "Qadın hüquqları və beynəlxalq sülh günü” olaraq qəbul edildi.

Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının qorunması və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanmasıdır.

Mahiyyətə varsaq, 8 mart, sadəcə, qadınlar günü yox, dünyaya sülh arzulayanların, ədalət istəyənlərin, insan – Qadın haqlarını bərabər haqlar tələbi ilə qoruyanların günüdür.

Beynəlxalq Qadınlar Günü bizim Azərbaycanda da qeyd olunur. Biz də sülh istəyirik, insan haqlarını – haqlarımızı qorumağa çalışırıq. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT - nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı - seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. 1998 – ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da təsadüf deyil.

Əslində, bu tarix haqda üzun–uzadı nəsə yazmaq fikrim yox idi. Bir az elə alındı. Ağlımda dolaşan çox eşitdiyimiz "dahilərin, tarixi şəxsiyyətlərin əksəriyyəti kişilərdi” sözləridi. Bunu, məsələn kişilər daha ağıllıdı, beyinlərində qırışlar çoxdu və bu kimi başqa səbəblərlə izah edənlər də olur. Təskinlik üçün (hər halda mən belə düşünürəm) "onları dünyaya gətirən qadınlardı” deyirlər. Mənim qənaətim başqadır: Məsələ təkcə dünyaya gətirməkdə deyil, o səviyyəyə çatdırmaqdadı. İstənilən qadın - ana, baçı, həyat yoldaşı, qohum, dost kişini zirvədə görmək istəyir, ona dayaq olur, ruhlandırır, qulluğunda dayanır…

Bəs kişilər? Məsələn, bizdə qadın böyük amallarla yaşayırsa, seçilmək istəyirsə, nə baş verir? Hökmən ona mane olurlar: evdəki kişilər - ata, qardaş, həyat yoldaşı. Onlar olmasa, ətrafdakılar. Qadına dəstək olanda o yazıçı da, alim də, deputat da, nazir də… ola bilər və olur da. Üstəgəl, məişət qayğılarının heç olmasa, yarısı kişinin öhdəsinə düşsə, dahilərin çoxu qadınlar olar.

Xatırlatma. Dünyanı heyrətləndirən beyinlərdən biri Eynşteyndir. Onun haqda "Dahi” filminə baxmışam. Öz tələbə yoldaşı olmuş ilk xanımının ona çox dəstək olduğunu bilirdim. Amma İsveçrə Federal Politexnik məktəbinə fizika – riyaziyyat müəllimi ixtisasına imtahan verərkən Mileva Mariçin riyaziyyat imtahanında Eynşteyndən də üstün bal yığan yeganə tələbə olduğunu bilmirdim. Fizikadan isə hər ikisinin balı eyni olub. Qadın çox savadlı, çox zəki olur. Eynşteynə dəstək verir, ilk elmi yazılarını oxuyur, rəy verir, düzəldir, araşdırmalarda yardım edir və s. Amma o vaxt çap olunan heç bir elmi məqaləsində xanımının adı keçmir…

Bu savadlı qadın yalnız üç uşaq anası olaraq məişət, ailə qayğılarıyla çabalayan biri kimi qalır…

Filmdə o dövrün başqa elm adamlarının da həyatına aid maraqlı hadisələr yer alır.

Məsələn, Pyer və Mariya Kürilər cütlüyü. Nobel mükafatına layiq görülən Pyer Küri xanımı Mariya Kürinin adının olmadığını bildikdə mükafatdan imtina edir: "Bu nəticələri əldə etməmdə Mariyanın zəhməti çoxdu. O, mənimlə birlikdə çalışıb, ona haqsızlıqdı” deyir. Mariyanın bir alim kimi yalnız qadın olduğu üçün görməzdən gəlindiyinə etiraz edir. Beləliklə, münsiflər Mariya kimi böyük alimə göz yuma bilmirlər və o, ilk dəfə Nobel mükafatı alan qadın, ayrı–ayrı elm sahələrində (fizika və kimya) iki dəfə Nobel almış yeganə alim olur. Belə…

Diqqətli olsaq, məktəbdə yaxşı oxuyan, üzağardan, daha məsuliyyətli, daha böyük arzularla yaşayan şagirdlərin əksərən qızlar olduğunu görmək çətin deyil. Amma sonra? Hə, bu sonra kişilərlə bağlı olduğu üçün qızlarımızın arzularının çoxu xəyal olaraq qalır. Məktəbdə işləyənlər də qadınlardı. Heç bu kişilər - atalar valideyn kimi də məktəbdə çox görünmürlər. Niyə? Təhsil çox çətin sahədi ona görə. Bir polis rəisi olub onun - bunun haqqını tapdalamağı qadınlar baçarmaz.

2021 – ci il İSESKO tərəfindən "Qadınlar ili” elan olunub. Fevralın 11-də keçirilən "Qadınlar və qızlar elmdə” Beynəlxalq videokonfrasda ölkəmizin Birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın maraqlı çıxışı oldu. Ölkəmizin Birinci xanımının bu tədbirə qonaq dəvət edilməsi həm də Azərbaycanla İSESCO arasındakı əlaqələrin göstəricisidir. Mehriban xanım bu ilin "Qadınlar ili” elan edilməsinin əhəmiyyətini xüsusi vurğuladı. Mən də bu gün Mehriban xanım Əliyevanın bütün fəaliyyəti ilə hər birimizə örnək ola biləcəyini vurğulamaq istəyirəm.

Sonda demək istərdim ki, Qadınlar qayğı çəkər, əzab çəkər, dözər, sevər, öyrədər. Əziz KİŞİLƏR, səlahiyyətləri qadınlara verin. Dünyanı qadınlar xilas edə bilər. Məsələn, ən azı bu qədər çəkişmələr, müharibələr olmaz. Təbii ki, bunu kişi eqosu bacarmaz. Heç olmasa həyatınızda, yanınızda, ətrafınızda olan qadınları sevin, sevindirin, dəyərləndirin, hər gününü bayrama döndərin, onların qarşısında maneə olmayın, onlar kimi siz də arxa, dayaq olun. Onları dözümə sürükləməyin. Siz bunu bacararsız! Qadın sevgisi sizin dayağınızdı. Onların sevinci sizin bayramınızdı.

BAYRAMINIZ MÜBARƏK!

8 MART gününə

Bu gün hər qəmini soyunub dünya,

Çaylar gülüş olub dodaqlarında.

Təbəssüm donunu geyinib dünya

Sevinc gözü dolub bulaqların da.

Ulduzlar axışır bu gün torpağa,

Qadın gözlərindən nurqoparmağa.

Günəş də göylərdən enibdi yerə

Qadın ürəyindən od aparmağa.

Dünya sağlıq deyir qadın şəninə,

Dənizlər əlində piyaləsidir.

Səpilən qadının qədəmlərinə

Dağların nəğməkar şəlaləsidir.

Bu gün təravətə dönübdü çöllər,

Bu gün səadətə bürünüb ellər.

Məhəbbət,gözəllik çələngi kimi

Bu günü saçına taxıbdı illər.

Kamalə Abiyeva



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ