Cümə günü, 06 noyabr 2026
     

6 saatlıq dərs yüklü məktəblərdə müəllim problemi - nazir yenə təəccübləndirdi...

Image


Kamran Əsədov: “Ucqar kəndlərdə 6 saatlıq dərs yükünə müəllim problemi yalnız yeni modelə keçidlə həll olunan məsələdir”

“Bəzi məktəblərdə bəzi fənlərdən 6 saat dərs yükü var. Bundan sonra da o dərs artmayacaq, çünki o kəndlərdə az əhali yaşayır, az şagird var. 6 saatlıq dərs də stavkanin üçdə biri deməkdir. Təbii ki, 6 saat dərs yükü üçün yaxşı müəllim tapıb göndərmək çətindir. Ona görə də saat hesabı sistemindən uzaqlaşmaq lazımdır. Bu problemin nazirlik və mənim şəxsimlə əlaqəsi yoxdur. Bizim dediyimizin əksinə yaxşı təkliflər varsa, istənilən formatda dinləməyə hazıram. Nə pisdirsə, onu desələr, bu bir az da yaxşılaşar”. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Maraqlıdır, 6 saatlıq dərs yükü olan məktəbə müəllimləri necə tapmaq olar? Bunun yolu elə təkcə günlük müəllim ştatına keçməkdir?

O da məlumdur ki, böyük şəhər məktəblərində müəllimin 8 saat məktəbdə məşğul olması üçün şərait, sinif otağı, istilik, sərinlik, kompyüter otağı və sair məsələləri həll etmək mümkün deyil, o ki qala ucqar kəndlərdə…

Görəsən, bu problem necə həll olunmalıdır?

“Saat hesabı ilə işləyən modeldə müəllim cəmi 6 saatlıq iş üçün ixtisaslı kadr kimi həmin kəndə getməyə motivasiya tapmır”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bəzi kənd məktəblərində fənlər üzrə ortaya çıxan 6 saatlıq dərs yükü problemi struktur xarakteri daşıyır və bu, demoqrafik azalma, şagird sayının azalması, müəllim resursunun bölgələr üzrə qeyri-bərabər paylanması ilə bağlı sistemli məsələdir: “Şagird sıxlığının 8–10 nəfərə qədər düşdüyü kəndlərdə dərs yükünün 6 saat olması Azərbaycan qanunvericiliyi ilə müəyyən edilən taksonomik norma çərçivəsindədir. “Ümumi təhsil haqqında” Qanunun 24-cü maddəsi dərs yükünün şagird sayından asılı olaraq formalaşdığını, müəllim ştatının isə məktəbin real ehtiyacına uyğun ayrıldığını təsbit edir. Burada problem tədris planından yox, məktəbin ölçüsündən qaynaqlanır və bu kontekstdə 6 saatlıq dərs yükünə müəllim tapmağın çətinliyi əmək bazarının təbii qanunauyğunluğudur. Çünki saat hesabı ilə işləyən modeldə müəllim cəmi 6 saatlıq iş üçün ixtisaslı kadr kimi həmin kəndə getməyə motivasiya tapmır. Son 5 ildə nazirlik məhz bunu nəzərə alaraq daha dayanıqlı və yüksək motivasiyalı modelə keçid üzrə real addımlar atıb. Müsbət dinamika xüsusilə diqqət çəkir. Nazirin açıqlamaları göstərir ki, məqsəd müəllimin yalnız dərs yükündən asılı olan əməkhaqqı mexanizmindən uzaqlaşmaq, əvəzində daimi, sabit və dolğun ştat yaratmaqdır. Bu yanaşma beynəlxalq təcrübədə, xüsusən Estoniya, Finlandiya və Litva təhsil modellərində əsas prinsip kimi təsbit olunub. Bu ölkələrdə müəllim maaşı dərs saatından yox, tam ştatdan formalaşır və müəllimin elmi-metodik fəaliyyəti, fərdi şagird dəstəyi və məktəbdaxili layihələrdə iştirakı əməkhaqqının əsas hissəsini təşkil edir. Azərbaycan bu modeli mərhələli şəkildə tətbiq edir və nəticələri artıq görünməyə başlayıb. 2020–2024-cü illərdə müəllimlərin orta aylıq əməkhaqqı 500 manatdan 900 manatadək yüksəlib, sertifikasiya mexanizmləri nəticəsində isə 30%-dən çox müəllim maaşında əlavə artım alıb. Bu artımla Azərbaycan region ölkələrini qabaqlayaraq müəllim əməkhaqqının ÜDM-də payına görə Gürcüstan və Qazaxıstanı keçib. Son 5 ilin ən böyük müsbət nəticəsi odur ki, kənd yerlərinə gedən gənc müəllimlərin sayı 28% artıb; bu, yeni motivasiya paketləri və əlavə ödənişlərin təsiridir. Elm və Təhsil Nazirliyi hazırda 5000-dən çox müəllim üçün kənd bölgələrində yaşayış və yol subsidiyalarını tətbiq edir”.

Ekspertin fikrincə, bu siyasət həm də uzun illərdən bəri həll olunmayan infrastruktur çatışmazlıqlarını aradan qaldırır. Nazirlik son beş ildə 600-dən çox məktəbdə istilik sistemini yeniləyib, 1200 məktəbdə internet bağlantısı təmin edib, yeni kompüter otaqları və vahid müəllim iş məkanları yaradıb. Azərbaycanda müəllimə fərdi iş masası, kompüter, printer və vahid elektron idarəetmə sisteminin verilməsi hazırda Cənubi Qafqazda ən geniş tətbiq olunan modeldir və bu, beynəlxalq müqayisədə çox yüksək göstəricidir: “Böyük şəhər məktəblərində infrastrukturun tam hazır olmaması real faktdır, lakin 2022–2024-cü illərdə həyata keçirilən “Müəllim Məkanı Standartları” layihəsi çərçivəsində 450 məktəbdə müəllim otaqları standartlaşdırılıb və bu rəqəmin 2026-ya qədər 1200-ə çatdırılması planlaşdırılır. Bu dəyişikliklərin məqsədi müəllimin nüfuzunu yüksəltmək, maddi rifahını yaxşılaşdırmaq, saat yığmaq məcburiyyətini aradan qaldırmaq, ucqar kəndlərdə sabit kadr axınını təmin etmək və sistemin ədalətli şəkildə qurulmasına nail olmaqdır. Əgər bugünkü vəziyyətdə 6 saatlıq dərs yükünə müəllim tapmaq olmursa, bu problemin kökü məhz köhnə saat hesabı sistemindədir. Yeni model isə həmin problemi aradan qaldırır: müəllim 6 saat dərs deyir, amma 1 ştat maaş alır və qalan vaxtını metodik fəaliyyətə, şagirdlə fərdi işə və məktəbin inkişaf layihələrinə sərf edir. Bu, həm maddi, həm də peşəkar motivasiyanı yüksəldir. Son illərdə nazirliyin bu istiqamətdə gördüyü müsbət addımlar yalnız maaş və infrastrukturla məhdudlaşmır. Müəllim sertifikasiyası mexanizmi keyfiyyəti artırıb, məktəbdaxili qiymətləndirmə rəqəmsallaşdırılıb, şagird sayı az olan kəndlərdə birləşdirilmiş siniflərə müəllim hazırlığı layihələri genişlənib, kəndlərdə müəllim çatışmazlığı 34%-dən 17%-ə düşüb. Bu statistika beynəlxalq təcrübə ilə müqayisədə çox yaxşı nəticədir və Azərbaycanda təhsil idarəçiliyinin son 5 ildə nə qədər ciddi dinamika göstərdiyini təsdiqləyir. Hesab edirəm ki, ucqar kəndlərdə 6 saatlıq dərs yükünə müəllim problemi yalnız yeni modelə keçidlə həll olunan məsələdir və Elm və Təhsil Nazirliyi bu məsələni emosiyasız, real, mərhələli və beynəlxalq standartlara uyğun şəkildə həll edir. Məqsəd müəllimi daha çox qazanan, daha yüksək nüfuza sahib olan, sabit və dayanıqlı sosial statuslu bir peşə sahibinə çevirməkdir. Nazirliyin son illərdə atdığı addımlar bu istiqamətdə ən uğurlu və davamlı dəyişikliklərdir və Azərbaycanın mövcud vəziyyəti artıq bir çox ölkələrlə müqayisədə daha üstün nəticələr göstərir”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ