Cümə günü, 06 noyabr 2026
     

Murovun Ömər aşırımını alan qəhrəman - top mərmisindən şəhadətə qovuşdu - Əhliman Mehdiyev...

Image


Mənsurə Mehdiyeva: "Üç ayın əsgəri olmasına baxmayaraq, özü ərizə yazıb könüllü olaraq müharibəyə gedib"

On səkkiz bahar yaşadı Əhliman, Rəhman ata ilə Mənsurə ananın igid oğlu. Hər kəs Əhlimanı vətənpərvər, tərbiyəli, böyük-kiçik yeri bilən, vətənə, torpağa bağlı mərd oğlan kimi tanıyıb yaddaşına hopdurub. Şəhid olsa da, əzizləri onu hər zaman qəlblərində yaşadır, adı çəkiləndə nə qədər kədərlənsələr də, igidliyi ilə qürur duyurlar.

Vətən müharibəsi şəhidi Mehdiyev Əhliman Rəhman oğlu 17 may 2002-ci ildə İmişli rayonu Məzrəli kəndində doğulub.

Qanını Vətən torpağına halal edən Əhliman qəhrəmanlığı, cəsurluğu ilə adını tarixə yazıb.

Hələ orta məktəbdə oxuyan zaman daim vətənpərvərliyi və qorxmazlığı ilə həmyaşıdlarından seçilən Əhliman orta məktəbi bitirdikdən sonra 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedib. O, xidmətə xüsusi təyinatlı hərbi hissədə başlayıb. Müharibədə xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçusu kimi döyüşüb.

Azərbaycan Ordusunun əsgəri olan Əhliman Mehdiyevin döyüş yolu Murov dağı istiqamətindən başlayıb. Əhliman həmin ərazidə yerləşən Koroğlu yüksəkliyinin azad edilməsində böyük şücaət göstərib. Növbəti tapşırıq zamanı döyüşçü yoldaşları ilə birgə Ömər Aşırımı adlanan mövqeyi ələ keçirmək üçün hücuma keçib. İki güllə yarası alsa da, döyüşə davam edib. Lakin düşmən tərəfindən atılan artilleriya mərmisi onun yaxınlığına düşüb və Əhliman Mehdiyev 2020-ci il oktyabrın 2-də cəbhənin Murov dağı istiqamətində gedən döyüşlərdə şücaət göstərərək şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Murovda şəhadətə qovuşub 18 yaşlı Əhliman. Anasının göz bəbəyi, atasının qürur mənbəyi, bacısının arxa-dayağı olan Əhlimanın şəhid olması ailəsini dərin kədərə bürüyüb.

Murovdan gələn oğlunun

Tabutunu oxşa, ana!

Mənsurə ana oğlunun tabutunu da, dəfn olunduğu torpağı da o qədər qucayıb ağlayıb ki...O qədər Allaha yalvarıb ki, torpaq oğlunu geri qaytarsın. Bəlkə də ana öz içində oğlunun şəhid olduğuna heç inanmır da. Bütün şəhid anaları inanır ki, bir gün oğulları mütləq qayıdacaq, onlar görüşəcəklər.

Qərib quzutək mələrəm,
Leysan olub nur ələrəm,
Gələrəm, yenə gələrəm,
Ağlama, anam, ağlama.

(Abdulla Qurbani)

Oğullar anaların göz yaşlarına qıymırlar ki. Qarlı-boranlı Murova çiləndi şəhid oğulların qanı, son sözlərini Murova söyləyib, ürəyində mübhəm saxladıqları sirləri ona dedilər. Dumanlı dağlara çökdü oğulların harayı, son nəfəslərini verdikləri Murova "ana", "ata" dedilər. Murovda o qədər sirli səslər yatır ki...Murovda o qədər oğulların ayaq izləri yaşayır ki...Səsləri qalıb dağların qulaqlarında, xəzan olmuş gül-çiçəyin göz yaşlarında.

Şəhid Əhlimanın anası Mənsurə Mehdiyeva ilə Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi "44 gün-Tarixi zəfər" adlı IV cildlik kitabın I, II, və III cildlərinin İmişli rayonunda təqdimatı ilə bağlı ezamiyyətdə olarkən tanış olub söhbətləşdik...

"İki dəfə yaralansa da geri çəkilməyib, döyüşüb..."

Mənsurə ana oğlunu xatırladıqca haldan-hala düşür, göz yaşlarını saxlaya bilmir, sızıldayan ürəyindən ah-nalə qopur. Ana əvvəlcə Əhlimanın məktəb illərindən danışır: "Orta məktəbi öz kəndimizdə bitirib. Dərslərinə həmişə hazır olsa da, çox utancaq olduğu üçün dərslərini danışmayıb. Amma təlim-tərbiyəsi, əxlaqı ilə seçilib. Əhlimanın uşaqlıqdan idmana çox böyük həvəsi vardı, çox vətənpərvər, mehriban, böyük-kiçik yeri bilən, hamının hörmətini qazanan uşaq olub. Əsgərliyə gedəcəyi günü səbrsizliklə gözləyirdi. Öz xidməti ilə bağlı xəyallar qururdu, deyirdi ki, idmançıyam, orada özümü yaxşı göstərməliyəm.

2020-ci ilin may ayının 17-də 18 yaşını tamam edib iyunun 18-də həqiqi hərbi xidmətə gedib. Xüsusi təyinatlılara düşmüşdü, çox sevinirdi. Deyirdi ki, xüsusi təyinatlılara düşməyim əla oldu, ermənilərin öhdəsindən gələcəyəm. Xüsusi təyinatlılarda xidmət etmək həqiqətən də çətin və məsuliyyətli idi. Bunu oğlum deyirdi. Şəhid olanda üç ayın əsgəri idi oğlum. Müharibənin ilk günlərində - oktyabrın 2-də şəhid olub. 18 yaşında olmasına baxmayaraq, heç nədən çəkinməyib, Kəlbəcər istiqamətində Ömər aşrımının, Koroğlu postunun azad olunmasında balamın da yaxından iştirakı olub. Döyüş yolu oradan keçib oğlumun.

Cənab Prezident Sərəncamla III dərəcəli "Rəşadət" ordeni ilə Əhlimanı təltif edib, dörd medalı, çoxlu təltifnamələri var. Üç ayın əsgəri olmasına baxmayaraq həmişə öndə olub, mərd oğul idi. Yeganə oğlumuz idi Əhliman. Bir qızımız, bir oğlumuz vardı. Əhliman şəhid olandan sonra qardaşı da dünyaya gəldi, ona şəhid balamın adını qoyduq. Təsəllim odur, məni yaşadan odur. Gənc ailə idik, o yaşda bala itirmək bizə çox ağır idi. Oğlum haqda danışmaq çox ağırdır, çox çətindir. Elə xatirələr var ki, onları yada salanda çox acı çəkirəm.

Əhlimanın xidməti qısa müddətdə olsa da, əsgərliyə getdiyi gündən onun yalnız xoş xəbərləri gəldi, o xəbərlərdən qürur duyduq, başımızı həmişə ucaltdı. Komandiri, giziri bizə gəldilər, balam haqqında danışdılar. Əhliman müharibədə snayper olub, əməliyyatlara kəşfiyyatçılarla birgə gedirmiş. Ağır təlimlərdə, məşqlərdə ürəklə iştirak edib, bütün çətinliklərin öhdəsindən gəlib. Üç ayın əsgəri olmasına baxmayaraq özü ərizə yazıb könüllü olaraq müharibəyə gedib.

Əhlimanın əsgərliyə getdiyi dövr pandemiyaya düşdü. Pandemiya səbəbindən yanına gedə, andiçməsində iştirak edə bilmədik, qoymadılar, bizə Əhlimanı əsgər paltarında görmək qismət olmadı. Xeyir-duasını verib əsgərliyə yola saldıq, üstümüzə şəhid olması xəbəri gəldi. Allahın məsləhətinə şükür. Murovdağ, Kəlbəcər istiqamətində Ömər aşrımında şəhid oldu. O, şəhid olmazdan əvvəl iki dəfə yaralansa da geri çəkilməyib, döyüşüb..."

Əhliman şəhid olsa da, adını daşıyan balaca Əhliman ata ocağının çırağını yandıracaq, qardaşının işığını yaşadacaq. Ananın, atanın təsəllisi odur ki, Əhliman şəhid olub, canını Vətənə fəda edib.

Üç rəngli bayrağam indi
Vətənəm, torpağam indi...
Ağacda yarpağam indi
Ana, qayıtmışam sənə...

Aç qapını səhər çağı,
Qarşıla gələn qonağı...
Ərisin həsrətin dağı
Ana, qayıtmışam sənə...

Şəhidlər əbədi yaşar,
Dost sevinər, yağı çaşar.
Şəhdilərin yanan məşəl
Ana, qayıtmışam sənə...

Mənsurə ananın qulağına oğlunun səsi gəlir, şeir dolu səsi... "Bütün ayrılıqlar bir gün sona yetər, ana..."- deyir Əhliman, "qayıdaram yanına"söyləyir şəhid...Şəhidlər ölməzdi axı, Əhliman Mehdiyev də yaşayır – həm qardaşının cismində, həm göylərdə...

İradə SARIYEVA
İmişli-Bakı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ