Cümə günü, 06 noyabr 2026
     

30 ildən çox müstəqillik dövrü sosial proqramlarda necə əks olunub?

Image


Elm və təhsil insan həyatının ən əsas sütunlarından biridir. Tarixin hər mərhələsində elm insanların dünyagörüşünü genişləndirən, düşüncə tərzini formalaşdıran və cəmiyyətin inkişafını sürətləndirən bir qüvvə olmuşdur.

Məktəblər, universitetlər və digər tədris müəssisələri gənclərə yalnız bilik deyil, həm də analitik düşüncə, yaradıcılıq və məsuliyyət hissi aşılamaq imkanı yaradır. Müasir dövrdə isə texnologiyanın sürətli inkişafı və informasiya bolluğu təhsilin mahiyyətini daha da dəyişdirib, onu daha interaktiv, rəqəmsal və praktik hala gətirib. Hər bir mərhələdə elm, insanın dünyagörüşünü genişləndirir, düşüncə tərzini zənginləşdirir.

Müstəqilliyimizin bərpa edilməsinin 34 ili tamam olur. Ötən 34 ildə çox böyük hadisələr, sarsıntılar baş verib. Ərazilərimizi itirmişik, sosial-iqtisadi və digər çətinliklərlə üzləşmişik. O cümlədən, ölkəmiz inkişaf yoluna qədəm qoyub, güclü ordu yaradılıb, qanunvericilik bazası formalaşdırılıb, Azərbaycanın beynəlxalq imici artıb, ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etmişik. Müstəqillik dövründə gedən bu proseslərin ətraflı araşdırılması, bunların təhsil, tədris proqramlarında mükəmməl şəkildə öz əksini tapması üçün nələrə ehtiyac var? Bu istiqamətdə yeni çağırışlara uyğun hansı işlər görülməlidir?

Tədris proqramları, kurikulumlar yenidən strukturlaşdırılmalıdır

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən yazıçı-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı müstəqillik dönəmini təhlil edərək bununla bağlı çox önəmli məqamlara toxundu: “34 illik müstəqilliyin aynasında – keçmişdən gələcəyə baxınca, qürurla deyə bilərik ki, 34 il öncə başlanmış müstəqillik yolumuz yalnız dövlət quruculuğu, siyasi faktlar və rəsmi sənədlərdən ibarət olmayıb; o yol - ruh, inam, mübarizə, sarsıntı və nəhayət, Zəfər tarixidir. Bəli, bir qərinə ötdü, yeni mərhələyə çatdıq. Bu, birdən-birə nəzəriyyələrə çevrilə biləcək dönəm deyil, yəni bizə tələbəlik deyil, müəllimlik etməli olduğumuz dərslərin, yaddaşımızda yaşamalı olduğumuz hadisələrin yenidən canlandırılması fürsətidir. Bəs nələr edilməlidir ki, bu mərhələlər məktəb, universitet səviyyəsində dərindən görünə bilsin? Birincisi, araşdırmaların genişləndirilməsi və yeni qaynaqlara çıxış:

-Hər il “Müstəqillik illəri” ilə bağlı arxivlərdə, dövlət institutlarında saxlanılan materiallar yenidən sistemləşdirilib açıq fondlara verilə bilər - belə ki, gənc araşdırmaçılar, tələbələr bu arxivlərdə faktlara əsaslanan orijinal qaynaqlara çıxış əldə etsinlər;

-Yaddaş materialları (foto, səs (audio), görüntü (video) yazıları, köhnə qəzetlər, dərgilər) sistemli olaraq toplanmaqla, rəqəmsallaşdırıla və “Milli Müstəqillik Arxivi” kimi vahid bir platforma yerləşdirilə bilər.

İkincisi, tədris proqramlarının, kurikulumların yenidən strukturlaşdırılması:

- Faktların sadəcə əzbərlənməsi, təbii, yetərli sayıla bilməz; təfəkkürlü yanaşma, səbəb-nəticə bağlarının qurulması, qarşılaşdırmalı tarix metodları tətbiq olunmalıdır. Bu yöndə “Azərbaycan tarixi” fənlərinin kurikulumunda fənlərarası əlaqələrin gücləndirilməsi mümkündür.

-Müəllimlər üçün metodik kurslar, təlimlər, seminarlar təşkil edilməlidir ki, onlar “tarixi canlı anlatma”, “tənqidi düşüncə”, “diskussiya üslubu ilə dərs keçmə” mexanizmlərini mənimsəsin. Hazırda “Tarixin tədrisi metodunun müasir problemləri” mövzusu geniş müzakirə olunur;

- Məzmunda yeni çağırışları əks etdirən modullar salınması ümumi işin xeyrinə olardı: “Müstəqillik illərinin iqtisadi inkişaf strategiyaları”, “Qarabağ. Ərazi bütövlüyü mübarizəsi”, “Azərbaycanın diplomatik uğurları”, “Qlobal miqyasda Azərbaycan” kimi xüsusi blokların olması mümkün və zəruridir.

Üçüncüsü, elektron platformalar, interaktiv resurslar:

-Virtual “Müstəqillik portalları” - illik dəyişikliklər göstərən xəritələrlə, interaktiv xronologiyalarla, video-tarix hekayələri ilə zəngin qaynaqlara dönüşməlidir;

- Mobil tətbiqlər - “Müstəqillik yaddaşı” - öyrəncilərə QR kodla məkanlarda (muzeylərdə, abidələrdə və s.) qısa videolar, hekayələr təqdim edə bilər;

-İnteraktiv dərs vasitələri, AR/VR texnologiyalarından istifadə - örnəyi, “1990-cı illərin Bakı səhnəsi”ni yenidən canlandırmaq, abidələrin virtual turunu təşkil etmək çətin yol deyil.

Dördüncüsü, müəllim kadrlarının artırılması, motivasiyası:

-Tarixçi, ictimaiyyətçi ömüəllimlər üçün stimul (elmi işlərə, layihələrə dəstək, əlavə əmək haqqı, təltiflər və s.) yaradılmalıdır;

- Müəllim hazırlığı proqramında “müstəqillik tarixi pedaqogikası”, “çağdaş tarix araşdırma metodları”, “tarixçilikdə yeni yanaşmalar” kimi ixtisaslaşmalar əlavə edilə bilər;

- Bölgələrdə, kənd məktəblərində çalışan müəllimlər üçün distant təlim və metodoloji dayaq sistemlərinin təşkili də ümumi işin xeyrinə olardı.

Beşincisi, tələbə-gənclərin fəal iştirakı, layihə-araşdırma işləri:

- Hər il “Müstəqillik illəri” mövzusunda respublika səviyyəsində ali məktəb tələbələrinin tədqiqatları üzrə yarışma keçirilə bilər;

- Məktəblərdə “Müstəqillik dərnəkləri”, “Tarix klubları” yaradılmasına baxıla bilər. Bu dərnəklər gerçək hadisələrin hekayəçiliyini, sənədli filmlərin çəkilməsini, arxiv araşdırmalarını təşviq etmiş olar;

- Gənc tarixçilərlə “məktəbdə tarixi dərslər” layihəsi – universitet tələbələri kənd, rayon məktəblərinə gedərək öz araşdırmalarını təqdim etsə yaxşı olmazmı?

Altıncısı, tarixşünaslıq və ictimai elmlərlə əlaqə:

- İnstitutlar, universitetlər ilə məktəblər arasında işbirliyi gücləndirilməlidir - elmi məqalə, kitab, seminar mübadiləsi və s.;

“Müstəqillik muzeyləri” iqtisadi rayonlar bölgüsü üzrə yaradıla bilər

- Yerli faktları, bölgələrin, necə deyərlər, yığcam tarixini (örnəyi, rayondakı şəhidlər, əsası dağıdılmış kəndlər, deportasiyalar, məcburi köçkünlük və b.) dərslərdə işlək halına gətirmək üçün bölgə alimləri ilə birlikdə dərs planları hazırlanması faydalı olardı.

Yeddincisi, ictimaiyyətlə əlaqə və mediada tarix təbliği:

- TV proqramları, radio verilişləri, qəzet məqalələri - “Bir qərinənin yaddaşı”, “Müstəqillik salnaməsi” kimi ardıcıl rubrikalar olmalıdır - desək, yanlış olmaz;

- Gənc auditoriya üçün sosial şəbəkələrdə “Müstəqillik hekayələri” layihəsi - qısa video, infoqrafik postlar, görkəmli şəxslərin xatirələrindən parçalar düşünülə bilər;

- “Müstəqillik muzeyləri” iqtisadi rayonlar bölgüsü üzrə, o cümlədən paytaxtda yaradıla bilər; “Müstəqillik muzeyləri” interaktiv sərgilərlə zənginləşdirilməlidir. Bu yerdə, “İstiqlal muzeyi”nin təcrübəsinin baza rolu oynamağa qadir olduğunu düşünürəm.

Bir sözlə, bütün bu işlərin sistemli şəkildə həyata keçirilməsinə ehtiyac var”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ