Bazar günü günü, 13 sentyabr 2026
     

Nazirlik bacarmadı, repetitorluğun qarşısını kəsən qüvvə gəlir...

Image


Kamran Əsədov: “Süni intellekt repetitorluğu tam əvəz etməyəcək, amma onun formasını köklü şəkildə dəyişəcək”

Süni intellekt bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. “ChatGPT”, “Gemini” və ya “Copilot” kimi böyük dil modelləri (LLM) onlar üçün məktublar və kurs işləri yazır, tətildə ekskursiyalar haqqında məsləhətlər verir və ya istənilən mövzuda sualları cavablandırırlar.

Xarici ekspertlərin iddialarına görə, bir neçə il sonra süni intellekt repetitorluq fəaliyyətini məhdudlaşdıracaq. Artıq bu istiqamətdə müəyyən fəaliyyətlər başlanıb. Xüsusilə də, dəqiq fənlər üzrə süni intellekt proqramları hazırlanır. Iddia edilir ki, yaxın 5-10 ildə məktəbdə robotların dərs keçdiyinin şahidi olacağıq. Bəs bu iddia nə dərəcədə doğrudur, repetitorluğu süni intellekt əvəzləyə bilərmi?

“Süni intellektin tədrisə daxil olması bu sahədə çalışanların gəlirlərinə və məşğulluq səviyyəsinə müəyyən mənfi təsir göstərə bilər”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, süni intellektin təhsildə tətbiqi artıq qlobal reallığa çevrilib və bu proses təkcə texnologiyanın inkişafı ilə deyil, həm də tədrisin keyfiyyətinə, fərdiləşdirilməsinə və effektivliyinə yönəlib: “Təhlil göstərir ki, yaxın illərdə süni intellekt alətləri ənənəvi repetitorluq sistemini, tam olmasa da, müəyyən qədər əvəz edəcək və onun strukturunu dəyişəcək. Bu, ilk növbədə, təhsildə fərdi yanaşma, qiymətləndirmə və monitorinq mexanizmlərinin avtomatlaşdırılması ilə əlaqəlidir. Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi “Rəqəmsal Məktəb”, “Elektron dərs və jurnal sistemi” və “AI əsaslı qiymətləndirmə platformaları” kimi təşəbbüslər Azərbaycanın bu istiqamətdə çevik mövqe tutduğunu göstərir və bu addımlar beynəlxalq tendensiyalara tam uyğun gəlir.

Statistik göstəricilər süni intellektin tədrisdə tətbiqinin səmərəliliyini təsdiqləyir. UNESCO-nun 2024-cü il hesabatında qeyd olunur ki, süni intellekt əsaslı öyrənmə platformalarından istifadə edən şagirdlərdə nəticələr orta hesabla 18 faiz artıb, fərdi diqqətə ehtiyac isə 30 faiz azalıb. McKinsey-in məlumatına görə, 2030-cu ilə qədər təhsildə süni intellektin bazar dəyəri 30 milyard dollardan çox olacaq və bu, repetitorluq fəaliyyətinin 40 faizini əvəz edə biləcək. Bu faktlar göstərir ki, məsələ təxmin və qorxu deyil, real transformasiya mərhələsindədir. Azərbaycan qanunvericiliyi də bu prosesin hüquqi bazasını formalaşdırmağa doğru irəliləyir. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində tədris prosesinin müasir texnologiyalar əsasında təşkili, 15-ci maddəsində isə innovativ təlim metodlarının tətbiqi dövlətin əsas vəzifələrindən biri kimi qeyd olunur. Elm və Təhsil Nazirliyi bu müddəaları praktik müstəviyə gətirərək, süni intellekt texnologiyalarının tədrisə inteqrasiyası üçün normativ və metodiki sənədlərin hazırlanmasına başlayıb. Bu, yalnız texnoloji yenilik deyil, həm də qanunvericilikdə təhsilin rəqəmsal gələcəyinə yönəlmiş strateji baxışın təzahürüdür. Bununla belə, prosesin mənfi tərəfləri də mövcuddur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, repetitorluq fəaliyyəti bir çox ailələr üçün sosial və iqtisadi gəlir mənbəyidir. Təkcə Azərbaycanda bu sektorun illik dövriyyəsi 100 milyon manata yaxın qiymətləndirilir və 80 mindən çox insan bu sahədə işləyir. Süni intellektin tədrisə daxil olması bu sahədə çalışanların gəlirlərinə və məşğulluq səviyyəsinə müəyyən mənfi təsir göstərə bilər: “Lakin burada məqsəd bu fəaliyyət sahəsini ləğv etmək deyil, onun məzmununu yeniləmək, müəllim və repetitorları rəqəmsal bacarıqlarla silahlandırmaq olmalıdır. Elm və Təhsil Nazirliyinin müəllimlərin “rəqəmsal savadlılıq” və “AI təlimi” proqramları təşkil etməsi bu baxımdan müsbət və qabaqcıl addımdır. Dünya təcrübəsi də sübut edir ki, süni intellekt müəllimi əvəz etmir, onu gücləndirir. Finlandiya, Estoniya, Sinqapur kimi təhsil lideri ölkələrdə AI əsaslı öyrənmə alətləri müəllimlərin dərs planlaşdırma və fərdi qiymətləndirmə işlərini asanlaşdırır. ABŞ və Cənubi Koreyada “AI Tutor” sistemləri şagirdlərə ev tapşırıqlarında və fərdi tədris tempində kömək edir, lakin müəllimin pedaqoji nəzarəti saxlanılır. Bu yanaşma “insan-mərkəzli süni intellekt” konsepsiyası adlanır və təhsildə texnologiyanın rolu bu çərçivədə tənzimlənir. Azərbaycan universitetləri isə bu prosesdə hələlik passiv mövqedədir. Bir çox ali təhsil müəssisələrində tədris proqramları köhnə məzmun üzərində qurulub, tədris metodikası rəqəmsal dəyişikliklərə uyğunlaşdırılmayıb. Universitetlərin pedaqoji fakültələrində süni intellektin tədrisdə tətbiqi ilə bağlı fənlər ya yoxdur, ya da formal səviyyədədir. Halbuki, universitetlər bu prosesin önündə getməli, gələcəyin müəllimlərini və repetitorlarını süni intellektlə işləmək bacarığı ilə yetişdirməlidir. Bu baxımdan Elm və Təhsil Nazirliyinin pedaqoji kadr hazırlığı sisteminə texnoloji modullar əlavə etməsi vacib və zəruridir”.

K.Əsədov hesab edir ki, süni intellekt repetitorluğu tam əvəz etməyəcək, amma onun formasını köklü şəkildə dəyişəcək. Gələcəkdə repetitor müəllim artıq sadəcə izah edən deyil, AI ilə birlikdə öyrədən, analiz edən, istiqamət verən mütəxəssis olacaq. Bu isə həm təhsil bazarını şəffaflaşdıracaq, həm də keyfiyyətli xidmətin qiymətləndirilməsini asanlaşdıracaq: “Bu proses sistemli şəkildə həyata keçirilərsə, Azərbaycan regionda süni intellekt əsaslı tədris modellərinin tətbiqi üzrə liderlərdən birinə çevrilə bilər. Bu, Elm və Təhsil Nazirliyinin təhsil islahatlarının müasir çağırışlara cavab verən ən uğurlu istiqamətlərindən biridir və onun davamlı dəstəklənməsi vacibdir. Texnologiyanın məqsədi insanı əvəz etmək deyil, onun gücünü artırmaqdır. Azərbaycanın təhsil gələcəyi məhz bu anlayış üzərində qurulmalıdır”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ