Cümə günü, 06 noyabr 2026
     

Ölkədə işsizlərin tən yarısı qadınlardır - qeydiyyata düşməyənlər də var...

Image


Mətləb Salahov: “Hazırda respublikamızda işsizlik sayı ilə bağlı rəsmi statisika ilə real vəziyyət arasında ciddi fərqlər var”

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb. Cari ilin oktyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 236 min 400 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, onların 50,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 472,2 manat olub.

Işsiz vətəndaşların sayı ilə bağlı açıqlanan rəqəmlər mübahisələrə səbəb olub. Ekspertlər bildirir ki, işsizlik statistikası reallıqdan uzaqdır. Çünki qeydiyyata düşə bilməyən vətəndaşların sayı az deyil.

Mövzu ilə bağlı fikir bildirən jurnalist-ekspert Mətləb Salahov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırda respublikamızda işsizlik sayı ilə bağlı rəsmi statisika ilə real vəziyyət arasında ciddi fərqlər var. Xüsusilə işsizlik sayında: “Əlbəttə, Dövlət Statistika Komitəsi yerli idarələri vasitəsi ilə rəqəmləri müəyyənləşdirir. Amma onlar gerçək işsizlik sayını və ya əmək bazarındakı real durumu əhatə edirmi? – Qəti! Təkcə Bakının bir sıra ərazilərində əksəriyyəti bölgələrdən gələn işsiz insanların toplaşdıqları məkanlara nəzər yetirmək kifayət edir ki, həm bölgədəki işsizlərin sayını müəyyənləşdirəsən, həm də işsizlik problemi barədə real və müvəssəl təsəvvürün olsun. Xüsusilə bölgələrədən iş dalınca Bakıya axışan əhali qrupunu nəzərə alsaq tam əminliklə demək olar ki, bölgələrdə məşğulluqla bağlı böyük problemlər var və onlar hələ də öz həllini gözləyir.

İlk əvvəl "İşsizlikdən sığorta haqqında" Qanuna nəzər salaq. Bu qanuna əsasən, əgər şəxs əmək müqaviləsinə xitam verilənədək ardıcıl 12 ay sığorta stajına malik olubsa, itirdiyi orta aylıq əmək haqqının 50 faizi məbləğində işsizlikdən sığorta ala bilər. Bunu misalla izah edək. Əgər şəxsin itirilmiş orta aylıq əmək haqqı 1000 manatdırsa və həmin şəxs işinə xitam verilənədək 12 ay ardıcıl işləyibsə, o zaman həmin şəxsə 500 manat məbləğində işsizlikdən sığorta ödənişi verilir. Əgər şəxsin əmək müqaviləsinə xitam verildiyi günədək sığorta stajı 12 aydan azdırsa, o zaman həmin şəxsə minimum əməkhaqqı, yəni, 345 manat məbləğində işsizlikdən sığorta alır. Bu, məsələnin bir hissəsi.

Digər baxımdan, nədən əksər işsizlər işsizlik qeydiyyatına müraciət etmir, ya da bu qeydiyyata düşmək üçün problemlər yaşayır? İlk növbədə ona görə ki, yerli məşğulluq mərkəzlərinin təklif etdikləri iş yerlərindəki əmək haqları hazırkı real bazar qiymətlərindən, dolanışıq səbətindən çox aşağıdır. Məsələn, əksər təklif edilən iş yerlərinin rəsmi məvacibi 300-500 manat arası dəyişir. Belə olan halda aşağı əmək haqqı üçün məşğulluq mərkəzlərinin qapılarını döyənlər minimuma enir. Nəzərə alsaq ki, işsiz əhalinin hamısı və ya hətta yarısı belə təcrübəli mütəxəssislər qrupuna aid deyil, o zaman gerçək mənzərəni daha aydın görərik. Elələri var ki, ümumi iş stajı yalnız bir neçə ili əhatə edir və ya heç etmir. Belə olan halda bu insanlara real bazar qiymətlərinə uyğun gəlirli qazanc təklifi ancaq xəyal olaraq qalır.

Digər bir baxımdan, təklif edilən 300-500 manat məvaciblə hazırkı bahalıq şəraitində yaşamaq özü gülünc məntiqdir. Belə olan halda insanlar özəl sektora yönlənirlər. Məsələn, yerli məşğulluq idarələrinin təklif etdikləri 300-500 manatlıq maaş əvəzinə, hansısa sahibkarın obyektində 700-800 manatlıq işdə çalışmaq daha məqbul sayılır. Bu, qeyri leqal iqtisadi fəaliyyət növüdür və hazırda ölkəmizdə əksər insanlar məhz bu şəraitdə çalışır. Amma bir məqam da qeyd edilməlidir ki, bu formalı iş yerlərinin əksəriyyətində əmək sığortası, qaydalara əsaslanan əmək müqavilələri yoxdur.

Bu hansı fəsadlara yol açır? İlk növbədə bu o deməkdir ki, kimsə günəmuzd işləyirsə, rəsmi olaraq maaş almırsa, əmək müqaviləsi olmadan çalışırsa, qocalıq dövründə pensiya ala bilməyəcək. Çünki qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il rəsmi, sığortalı və müqaviləli iş yerinə sahib olması vacibdir. Bu isə o deməkdir ki, məşğulluq qurumları tərəfindən təklif edilən aşağı məbləğdəki əmək haqqı olan işlərdən imtina edib günəmuzd və ya sığortası, əmək müqaviləsi olmayan işlərdə çalışan on minlərlə insanın gələcəkdə hansısa normal pensiya almaq imkanları ancaq xəyal olaraq qalacaq”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ