Cümə günü, 06 noyabr 2026
     

Məmurlar və həkimlər müxtəlif saatlarda işə başlayacaqlar....

Image


Akif Nəsirli: “Dəyişiklik dövlət idarələrini, orta və ali təhsil müəssisələrini, eləcə də tibb müəssisələrini əhatə edəcək”

Məlum olduğu kimi, bu ilin əvvəlində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi barədə Dövlət Proqramı qəbul edilib.

Proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Bunun üçün aidiyyəti dövlət qurumlarına təhlillərin aparılması və müvafiq siyahıların təsdiq edilməsi barədə tapşırıq verilib.

Bəllidir ki, dərslərin başlaması ilə paytaxt yollarında hər gün saatlarla davam edən tıxaclar yaranır. Məktəbli avtobusları layihəsi hələlik pilot qaydada bəzi məktəblərdə tətbiq edildiyindən, tıxac problemi həllini tapmayıb. Dəyişkən iş qrafikinin tətbiqi isə bu problemin aradan qaldırılması istiqamətində atılan əsas addımlardan biri hesab olunur.

Maraqlıdır, iş vaxtları dəyişir, bu kimlərə təsir edəcək? Bunun nə kimi müsbət, mənfi tərəfləri olacaq?

“Proqram düzgün tətbiq olunduğu təqdirdə nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə azaldacaq, ictimai nəqliyyatın səmərəliliyini artıracaq”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Dövlət Proqramına əsasən, yaxın iki il ərzində paytaxtda fəaliyyət göstərən müxtəlif qurumların iş vaxtı mərhələli şəkildə dəyişdiriləcək.

Ənənəvi 09:00–18:00 iş rejimi artıq bütün sahələr üçün ümumi qayda kimi qalmayacaq. Bunun əvəzində dövlət qurumları, məktəblər və tibb müəssisələri “dəyişkən iş qrafiki” prinsipi ilə fəaliyyət göstərəcək. Bu, bəzilərinin işə 08:00-da, digərlərinin isə 10:00-da başlaması deməkdir: “Beləliklə, səhər və axşam saatlarında küçələrə eyni anda minlərlə insanın çıxmasının qarşısı alınacaq, ictimai nəqliyyatın yükü bərabər paylanacaq. Bu qaydanın kimlərə təsir edəcəyinə gəlincə, bildirim ki, dəyişiklik dövlət idarələrini, orta və ali təhsil müəssisələrini, eləcə də tibb müəssisələrini əhatə edəcək. Bu o deməkdir ki, nazirliklər, agentliklər, komitələr və bələdiyyələr fərqli qrafiklərlə işləyəcək, məktəblərdə dərs saatları yenidən tənzimlənəcək, səhər növbələri daha erkən, ikinci növbələr isə daha gec başlaya bilər. Poliklinikalarda və xəstəxanalarda qəbul saatları genişləndiriləcək, səhər və axşam növbələri daha çevik şəkildə təşkil olunacaq.

Dolayı təsir özəl sektora da yayılacaq. Çünki bir çox şirkət və müəssisə dövlət qurumlarının iş vaxtına uyğun fəaliyyət göstərməyə məcbur qalacaq.

Proqramın əsas üstünlüyü, şübhəsiz, nəqliyyat tıxaclarının azalması ilə bağlıdır. Hazırda Bakı yollarında ən böyük sıxlıq səhər saat 08:00–09:30 və axşam 17:30–19:00 aralığında müşahidə olunur. Bu vaxtlarda həm dövlət qulluqçuları, həm tələbələr, həm də şagirdlər eyni anda hərəkət edir.

İş rejiminin dəyişməsi bu yükü saatlara böləcək və yollarda hərəkət axını bərabərləşəcək.

Bundan başqa, ictimai nəqliyyat sisteminə təzyiq azalacaq, metrolar və avtobuslar pik saatlarda həddən artıq dolmayacaq. Enerji və resurs sərfiyyatı daha balanslı olacaq — eyni vaxtda bütün müəssisələrin işləməməsi elektrik və istilik sisteminə düşən yükü azaldacaq.

Vətəndaşlar üçün çeviklik yaranacaq, xüsusən uşaqlı ailələr və səhər saatlarında sıxlıqdan qaçmaq istəyən işçilər üçün rahatlıq yaranacaq”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, məlum proqramın icrası bir sıra sosial və təşkilati çətinliklər də doğura bilər: “Əsasən, ailədaxili vaxt nizamı pozula bilər. Ailə üzvlərinin fərqli saatlarda evdən çıxması və qayıtması gündəlik həyatı çətinləşdirə bilər. Dövlət orqanları arasında koordinasiya çətinlikləri yaranacaq. Fərqli iş qrafikləri sənəd dövriyyəsi və görüşlərin təşkilində ləngimələr yarada bilər. Özəl sektor üçün uyğunlaşma problemi yaranacaq. Şirkətlər dövlət orqanları ilə iş apararkən yeni cədvəllərə uyğunlaşmalı olacaq. İnsan faktorunun təsiri - işçilərin bioloji ritminə, yuxu rejiminə və məhsuldarlığına təsir ehtimalı var. Bu səbəbdən keçid mərhələsi tədricən və elmi təhlillərə əsaslanaraq aparılmalıdır”.

Həmsöhbətimiz hesab edir ki, bu proqram Bakı üçün uzunmüddətli strateji addımdır. Dünyanın bir çox böyük şəhərlərində — Sinqapur, London, Tokio və Seulda oxşar sistemlər tətbiq olunur. Məqsəd sadəcə tıxacların qarşısını almaq deyil, həm də şəhərin ümumi həyat ritmini tarazlaşdırmaqdır: “Azərbaycanın paytaxtı da eyni yolla irəliləyir. Nəqliyyatın tənzimlənməsi, ictimai nəqliyyatın modernləşdirilməsi, fərdi avtomobil istifadəsinin azaldılması kimi addımlar bu strategiyanın tərkib hissəsidir. Yəni Bakı və ətraf ərazilərdə iş rejiminin dəyişdirilməsi barədə Dövlət Proqramı yalnız inzibati islahat deyil. Bu, şəhər həyatının yeni mərhələyə keçidi deməkdir. Düzgün tətbiq olunduğu təqdirdə, proqram nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə azaldacaq, ictimai nəqliyyatın səmərəliliyini artıracaq, vətəndaşların gündəlik hərəkətini asanlaşdıracaq. Ancaq prosesin uğuru aidiyyəti qurumların koordinasiyasından, elmi əsaslı təhlillərdən və ictimai razılaşmadan asılı olacaq. Əks halda, gözlənilən rahatlıq yerini yeni uyğunsuzluqlara verə bilər”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ