Cümə günü, 06 noyabr 2026
     

Oqtay Aydınoğlu AzərTAC-ın tarixində belə ad qoyub getdi...

Image


İnsan unudulanda ölür. İnsanı ölməyə qoymayan onun xatırlanması, yada salınmasıdır. Hər insan özündən sonra bu dünyada çoxlu izlər qoyub gedir. O izlərin bəziləri itir, bəziləri kölgədə qalır, bəziləri də yaddaşlarda yaşayır, xatirələrdə canlanır. Əfsanəvi Oqtay Aydınoğlu (Məmmədov) yaşayır, sanki 2009-cu ilin 20 yanvar günü onun ürəyi əbədi susmayıb, dayanmayıb, hələ də dostların ürəyində döyünür.

Bu gün onun nə doğum, nə də xatirə günüdür, dostunun onu xatırladığı gündür. Hər gün adı çəkilir, hər gün sözü yada salınır, hər gün hərəkətləri, otruşu-duruşu, gülüşü anılır. “Oqtay belə deyirdi”, “Oqtay vəfalı dost idi”, “Oqtay ailəsindən yox, xalqdan getdi” deyilir.

Kimdi Oqtay Aydın oğlu Məmmədov?

Mərhum Prezident Heydər Əliyevin “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verdiyi, Prezident İlham Əliyevin “Tərəqqi” medalı ilə təltif etdiyi, 2006-cı ildə Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı siyasi fotomüxbiri” seçilən, 2009-cu ildə isə Mətbuat Şurasının “Media açarı” mükafatını alan O.Aydınoğlu uzun illər AzərTAC-ın Fotoinformasiya baş redaksiyasına rəhbərlik edib.

AzərTAC-ın fotomüxbiri kimi dünyanın çox yerində olub. Həm xaricdə, həm də ölkədə onun lentə aldığı fotolar məşhur olub. Oqtay Aydınoğlu Azadlıq meydanındakı izdihamı, Şəhidlər xiyabanında 20 Yanvar hadisələri qurbanlarının dəfni, ötən əsrin 90-ci illərinin əvvəllərində ölkədə olan dramatik hadisələri, Milli Məclis iclaslarını fotonun yaddaşına göçürüb, tarixləşdirib.

20 Yanvar hadisələri vaxtı küçə və meydanlarda faciə qurbanlarının, əzilmiş maşın və texnikaların, atəşə məruz qalmış bina və evlərin şəkilləri məhz Oqtay Aydınoğlunun çəkdiyi kadrlar vasitəsilə dünyanın aparıcı kütləvi informasiya vasitələrinə yol tapıb. Həmin günlərdə sovet hərbçiləri bir neçə dəfə fotoqrafın çəkdiyi kadrların qarşısını almaq üçün onun üst-başını axtarsalar da, əvvəlcədən özündə saxladığı boş və ya istifadə edilmiş plyonkaları verərək məşum günləri əks etdirən kadrları qoruya bilib.

Oqtay Aydınoğlu 1998-ci ildən AzərTAC-ın Fotoinformasiya baş redaksiyasına rəhbərlik edib. Həmin illər ərzində ölkəmizdə cərəyan edən ən mühüm sosial-ictimai, mədəni hadisələrin fotosalnaməçisi olub. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin çoxsaylı xarici və ölkədaxili səfərlərində AzərTAC-ın fotomüxbiri kimi iştirak edib. Onun çəkdiyi fotolar təkcə respublika mətbuatında deyil, “Reuters”, “Frans Press” və “Associated Press” kimi xəbər agentlikləri vasitəsilə də yayılırdı. Azərbaycan həqiqətlərini və reallıqlarını fotonun dili ilə hər yerə yayırdı...

Oqtay Aydınoğlu 16 ildir ki, aramızda yoxdur. 2009-cu ilin 20 yanvar günü Şəhidlər xiyabanında faciənin ildönümü ilə əlaqədar ziyarətin çəkilişindən az sonra qəflətən ürəyindən ağrı tutub, onu maşına qoyub iş yerinə gətirirlər. Həkimlər, tibb işçiləri çox çalışsalar da, Oqtay Aydınoğlunun həyatını xilas edə bilmirlər…

Fərman Qarabağlı: “Yanvarın 21-də Oqtaygilə zəng etdim ki, “sizə gəlirik” deyəm, telefonda ağlaşma səsi eşitdim...”

Əslən Füzuli rayonunun Arayatılı kəndindən olan, hazırda Bakıda yaşayan və ticarətlə məşğul olan, "Bakı-Xəbər"in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) bu günlərdə bizimlə əlaqə saxlayaraq, yaxın və unudulmaz dostu Oqtay Aydınoğlunu yada salmağımızı istədi. F.Qarabağlının sözlərinə görə, O.Aydınoğlu elə şəxsiyyətlərdən, elə ustadlardan, elə dostlardandır ki, hər gün xatırlanır. “Oqtay Məmmədovla bağlı xatirələrim həddən artıq çoxdur və o qədər gözəl insan, o qədər gözəl dost idi ki, sözlə ifadə etmək çox çətindir. Dosta əl tutmağı, dara düşənə arxa durmağı, insanların dərdinə biganə qalmamağı, həddən artıq sədaqətli və etibarlı olmağı ilə seçilirdi Oqtay. Bu gün düşünəndə ki, o həyatda yoxdur, inanın ki, hədsiz dərəcədə məyus oluram. Dost itkisi doğrudan da çox ağırdır. Elə adamlar var ki, gözlərin hər yerdə onu axtarır, elə bilirsən indi şəhərin ortasında qarşına çıxacaq, görüşüb hal-əhval tutacaqsan, ya telefonla danışacaqsan. Adam itkisi ilə barışa bilmir Oqtayın. Mən ona həmişə unudulmaz Oqtay deyirəm...

Çox yaxın dostum, əslən Göyçaydan olan Rövşən Əhmədov 1974-cü ildə istədiyi qızı götürüb Göyçaya aparmaq istəyirdi. Mənə istəyini bildirəndə dedim ki, atan-anan, qohum-əqraban bu işə necə baxacaq? Çünki onlar Rövşənin həmin qızla evlənməsinə razı deyildilər, onu qohum qızlardan biri ilə evləndirmək istəyirdilər. Rövşən də “nə etmək olar? Mən bu qızı sevirəm, könül sevən göyçək olar” dedi. Onda Rövşən Bakıda böyük bir ərzaq mağazasının müdiri idi, özünün də “Jiquli” markalı maşını vardı. O zaman bu maşından az-az adamda vardı. O öz maşını, biz də başqa bir maşınla iki dost onların arxasınca çinarlar şəhəri Göyçaya getdik. Orda Rövşənin kiçik qardaşı Eyvazgilə getdik. Əslində, Rövşənlə məni Eyvaz tanış etmişdi. Eyvaz tələbə yoldaşım idi və yataqxanada bir otaqda qalmışdıq. Düz 1966-cı ildən bu günə qədər dost və qardaşıq. Eyvaz Göyçayda nüfuzlu kişilərdən biridir. Şirə zavodunun, konserv zavodunun, Əyirici Kombinatın direktoru, Göyçay rayonunda “İspalkom”un (Rayon İcra Komitəsi) sədri işləyib. Ləqəbi də Xan Eyvazdı. 1975-ci ildə Rövşən mənə dedi ki, qaynım əsgərlikdən gəlib, gedək səni onunla tanış edim. Tanış olduq, adı Oqtay idi. Oqtay bizdən cavan idi. Reqbi idman növü üzrə çempion da olmuşdu. Əvvəllər AzərTAC-ın Fotoinformasiya baş redaksiyasının rəhbəri milliyyətcə yəhudi idi. Heyf adını unutmuşam. Bir yerdə çox olmuşduq, bir-birimizə hörmətimiz vardı. O, Amerikaya köçdü və Oqtay onun yerinə müdir təyin olundu.

Kiçik qardaşım Salmanı şəhərin mərkəzində, Şəhər Polis İdarəsi ilə üzbəüzdə yerləşən 44 nömrəli məktəbdə təsərrüfat müdiri vəzifəsinə işə düzəltmişdim. Məktəbin direktoru dostum Səfəralı müəllim idi. Tələbə idi, İnşaat İnstitutunda axşam şöbəsində oxuyurdu. “SU-302” idarəsi vardı, çoxmərtəbəli binalar tikirdilər, oranın kadrlar idarəsinin rəisi Seda xanım çox nüfuzlu qadın idi, eyni zamanda dostluq edirdik. Salmanı Seda xanıma görə orda işə düzəltdim, adı inşaatda gedirdi, amma orda fəhlə işləməyə qoymadım, cavan oğlan idi. Sonra Salmanın soyadına baxanda “siz necə qardaşsınız ki, sənin soyadın Süleymanov, onunku Qasımovdur”- dedi. Dedim, Seda xanım, o mənim qardaşımdır, bizdə iki soyad gedir-Süleymanov və Qasımov. Bir gün Salman mənə dedi ki, Nəsimi rayonu üzrə məktəblərin təmiri şöbəsinə bir nəfəri götürürlər, maarif müdiri ilə danışmaq olarmı ki, işə məni götürsün. Dərhal Oqtayın yanına gəldim, vəziyyəti danışdım. Oqtay mənə dedi narahat olma, maarif müdirini tanımıram. Amma “İspalkom”un sədri Eldar Əzizov dostumdur. Səhəri gün Oqtay mənə dedi ki, xahiş etdim o vəzifəyə Salmanı götürdülər.

Oqtay prezidentlərdən Ayaz Mütəllibovun, Əbülfəz Əliyevin, ümummilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin daxili və xarici səfərlərində foto-müxbir olaraq iştirak edirdi. Oqtay danışırdı ki, ümummili lider Heydər Əliyevin İngiltərəyə səfərlərindən birində o, foto-müxbir kimi iştirak edib. Deyirdi ki, İngiltərə kraliçasının ad günü idi və qonaqlıqda xarici ölkələrin bir çoxundan rəsmi şəxslər, prezidentlər iştirak edirdi və hər kəs ayağa durub kraliça haqqında bir cümləlik söz deyib onu təbrik edirdilər. Ümumilli lider ayağa durub deyib ki, böyük bir dövlətin kraliçası haqqında bir cümlə ilə fikir bildirmək olmaz və o, geniş və məzmunlu bir çıxış edib. Heydər Əliyevin çıxışı alqışlarla qarşılanıb. Oqtay danışırdı ki, Heydər Əliyevin ABŞ səfərində bizi içəriyə buraxmırdılar, mən çox çətinliklə içəri keçmişdim, orda bir anı çəkmək lazım idi. Ümummilli lider yüksək səslə “hanı AzərTAC”- soruşanda mən cavab verdim ki, cənab Prezident, AzərTAC burdadır və o anın fotosunu çəkdim...

“Bakı-Xəbər” media qrupunun rəhbəri, politoloq, çox hörmətli Aydın Quliyev mənə danışıb ki, 1995-ci ildə ümummilli lider haqda ilk kitabı (“Siyasətin gücü”) mən yazdım. Aydın müəllim dedi ki, dostum, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu məni Oqtay Məmmədovla tanış etdi və mən ondan müəyyən fotomateriallar aldım, Oqtay çox səmimi adam idi”.

O.Məmmədovla yaxın ailəvi dost olduqlarını deyən F.Qarabağlının sözlərinə görə, bir-birinin evinə gəliş-gedişləri, yaxınlıqları, isti münasibətləri olub. “Atası Aydın dayı çox ləyaqətli, ağsaqqal adam idi. Oqtay danışırdı ki, bir dəfə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın sənətkarlarla görüşü vardı, foto çəkilişi mən aparırdım, adlarını çəkmək istəmədiyim sənətkarların çoxu bir-birinə aman vermədən Mehriban xanıma yaxınlaşmaq istəyirdi. “Bir də gördüm ki, təkcə Dədə Süleyman bir kənarda durub. Sənətkarlara dedim ki, imkan verin bu kişi də Birinci xanıma yaxınlaşsın, o da ürək sözünü desin, xahişini etsin”-deyirdi Oqtay. Oqtay danışırdı ki, hər sənətkar Birinci xanımdan öz şəxsi xahişlərini edirdi, amma Dədə Süleyman Mehriban xanıma və cənab Prezidentə can sağlığı arzuladı, artıq heç nə demədi. Oqtay o görüşdən Mehriban xanımla Dədə Süleymanın şəklini çəkib mənə verdi, mən də o fotonu dədə Süleymana verdim, o foto onun evində durur.

Bir gün Oqtay mənə dedi ki, məni Qarabağa apar. Oqtay Bayılda yaşayırdı, ağ “06 Jiquli”si vardı, onun maşını ilə Füzuliyə gəldik. O vaxt Füzulidə məşhur musiqiçi Zahid Ağayevin musiqiçi dəstəsi vardı, kiçik qardaşı Manaf çox yüksək səslə muğamat oxuyardı. İndi də yadımda qalıb. O vaxt Oqtay dedi ki, Manaf, səni televizora çıxaracam. Heyf ki, Oqtayın ömrü vəfa etmədi. Füzulidə Köndələn çayın üstündə çox məşhur Çənlibel restoranı vardı və Zahid bizi orda qonaq etdi, yaxşı qonaqlıq verdi. Oranı Füzulinin ovaxtkı katibi Əhmədov tikdirmişdi, çox mənzərəli idi...Orda Oqtayla çox olmuşduq, yaxşı xatirəmiz var”.

F.Qarabağlı dedi ki, ölümündən bir gün əvvəl yanvarın 21-də görüşmək üçün O.Aydınoğlu ilə vədələşibmişlər, amma əcəl macal verməyib: “Oqtayın yoldaşı çox dadlı gürzə bişirərdi. Biz danışdıq ki, 20 yanvar çəklişindən sonra Oqtaygildə gürzə qonaqlığında olaq. Yanvarın 21-də Oqtaygilə zəng etdim ki, “sizə gəlirik” deyəm, telefonda ağlaşma səsi eşitdim. Oqtayın dünyasını dəyişdiyini öyrəndim, o qədər pis oldum... Nə etmək olar, həyatdı. O, qəlbələrdə yaşayır. AzərTAC-da işləyəndə özünə böyük hörmət qazandı, bütün prezidentlər onun xətrini istəyirdi...O, unudulmaz Oqtaydı”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ