Cümə günü, 06 noyabr 2026
     

Məktəbli çantasının çəkisi ilə bağlı TƏBİB-lə nazirlik ziddiyyətə girir...

Image


Elyar İslamoğlu: “Şagird məktəbli çantasında yalnız kitab-dəftərini daşımır, həm də onun üçün lazımsız yükə çevrilən əlavə dərs vəsaitlərini daşıyır”

Elə məsələlər var ki, bizim hamımızı qayğılandırır, hər kəs o istiqamətdə müzakirələrə qoşulur. Belə məsələlərdən biri də ağır məktəbli çantalarıdır ki, 7-dən 70-ə qədər hər birimizi narahat edir. İllərdir ki, bu problem aktualdır, illərdir müzakirə edilir, illərdir mütəxəssislər çağrışlar edir, ailələr, valideynlər, şagirdlər əziyyət çəkirlər.

Məktəbli çantası şagirdin sevə-sevə daşıdığı vacib aksesuara deyil, onlar üçün "ağır yük"ə çevrilib. Özü də elə bir “ağır yük”ə ki, bəzən o çantanı valideyn belə yerindən güclə tərpədir, o ki qalsın şagird.

Maraqlıdır, məktəbli çantalarının maksimum çəkisi nə qədər olmalıdır?

Araşdırmalara görə, məktəb çantasının ideal çəkisi bir neçə amildən asılıdır, bununla yanaşı, ən önəmli amillər isə bunlardır:

1) uşağın çəkisi və fiziki sağlamlığı;

2) çantanın daşındığı məsafə və vaxt;

3) çantanın keyfiyyəti.

Məktəb çantasının ideal çəkisi ilə bağlı bel zədələnməsinin hansı səviyyədə baş verə biləcəyini müəyyən edən dərin elmi tədqiqatlar mövcud deyil. Bununla belə, əksər təlimatlar göstərir ki, yüklənmiş bir məktəb çantasının çəkisi uşağın bədən çəkisinin 10-15%-dən çox olmamalıdır. Yəni əgər övladınızın çəkisi 40 kq-dırsa, onun məktəb çantası 4-6 kq-dan çox olmamalıdır.

Əgər uşağınız məktəbə piyada və ya velosipedlə gedirsə, çantanın çəkisini bədən çəkisinin 10%-i civarında olması daha məqsədəuyğundur.

Bəzi araşdırmalarda şagirdlərin oxuduğu sinfə uyğun olaraq məktəbli çantalarının müvafiq çəkiləri olduğu bildirilir, hətta bir çox ölkələrdə məktəbli çantaları üçün normalar, təlimatlar da mövcuddur:

Siniflər üzrə məktəbli çantasının maksimum çəkisi:

1-ci sinif - 2.4 kq, 2-ci sinif-2.6 kq, 3-cü sinif-3 kq, 4-cü sinif-3.4 kq, 5-ci sinif-3.8 kq, 6-cı sinif-

4.1 kq, 7-ci sinif-4.5 kq, 8-ci sinif-5 kq, 9-cu sinif-5.8 kq, 10-cu sinif-6.5 kq, 11-ci sinif-

7.3 kq.

Çantanın boş vəziyyətdəki çəkisi 0.5-1 kq arasında olmalıdır.

Bu, araşdırmalardan birindən əldə etdiyimiz məlumatdır.

Siniflər üzrə bizim şagirdlərin çantalarını çəksək göstərilən həcmdən qat-qat ağır gələcək. Yəqin ki, bu fikirlərə etiraz edən tapılmaz.

Vəziyyət o qədər narahatedicidir ki, nə valideyn, nə məktəb, nə də ictimaiyyət buna çarə tapa bilir. Yalnız təkliflərə və təşəbbüslərə gücləri çatır ki, onu da gerçəkləşdirməli olan əlaqədar nazirlik, qurumlar seyirçi mövqeyi tutur.

Bu aktual məsələnin həll edilməsi üçün dəfələrlə uyğun təkliflər, ayrı-ayrı variantlar irəli sürülüb, dünya təcrübəsindən misallar gətirilib, Elm və Təhsil Nazirliyi qarşısında məsələ qaldırılıb ki, şagirdlərin yükünün yüngülləşdirilməsi üçün addımlar atsın. Hətta ötən dövrdə məsələ Milli Məclisdə də müzakirə olunub, bəzi deputatlar təklif edirdilər ki, hər bir dərs vəsaiti yarımilliklər üzrə çap olunsun. Yəni birinci yarımillikdə vəsaitin bir hissəsi, ikinci yarımildə də ikinci hissəsi çap olunub şagirdlərin ixtiyarına verilsin. Bu barədə danışılsa da, amma tətbiq edilmədi. Belə bir təklif də oldu ki, dərsliklər ağır yağlı kağızlardan yox, sadə yüngül kağızlardan istifadə olunmaqla çap olunsun. Bu da reallaşmadı. Əslində uyğun təklif idi. Çünki təcrübədə özünü doğruldub. Sovet illərində dərsliklər yüngül kağızlarda çap olunurdu və şagirdlərin çantalarını ağırlaşdırmırdı...

Gizlin deyil ki, ağır məktəbli çantaları şagirdlərin sağlamlığına ciddi ziyan vurur, onlarda müxtəlif xəstəliklər yaradır. Dəqiq statistika olmasa da, xeyli sayda şagird məhz buna görə skalyozdan əziyyət çəkir. Bununla belə, nazirlik məsələnin həlli istiqamətində hərəkətə keçmir. Vəziyyət o həddə çatıb ki, TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) hərəkətə keçib, məlumat yayıb.

TƏBİB-in yaydığı məlumatda bildirilir ki, məktəb mühitində şagirdlərin sağlamlığının qorunması daim diqqətdə saxlanılmalıdır, bu, onların təhsil müvəffəqiyyətinə də təsirsiz ötüşmür.

Bildirilib ki, insan skeletinin düzgün formalaşması bağça və məktəb dövründə baş verir: “Uşaqlarda qamətin düzgün formalaşmasına diqqət etmək bunun nə olduğunu anlamayan, gələcəkdə hansı qüsurlara səbəb olacağını bilməyən uşaqlardan çox valideyn və müəllimlərdən asılıdır.
Məktəbli çantası ağır olmamalıdır. Onu bir əldə daşımaq və ya təkərli sürmək olmaz, çanta hər iki çiyindən keçməklə kürəkdə daşınmalıdır.
Partada oturarkən sinəni masaya söykəmək, yazı yazarkən bir tərəf üstə çox əyilmək məsləhət görülmür. Bu həm qamətin əyilməsinə, həm də gözlərin tez yorulmasına səbəb ola bilər.
Kitabı çox yaxın və uzaq tutaraq oxumaq düzgün deyil. Gözlə kitab və ya dəftər arasında məsafə 25-30 sm. olmalıdır.
Gələcək nəslin sağlam yetişməsi üçün hər bir valideyn və xüsusən ibtidai sinif müəllimləri uşaqlara davamlı nəzarət etməlidir. Bununla gələcəkdə uşaqlarda skalyoz, kifoz kimi onurğa qüsurlarının qarşısını almış ola bilərik",- deyə qurumdan əlavə edilib”.

TƏBİB-in bu çağrışı və tövsiyəsi olduqca müsbətdir və Elm və Təhsil Nazirliyinin buna reaksiya verməsi vacibdir. Bəli, TƏBİB ortaya çox yaxşı bir mövqe qoyur ki, məktəbli çantaları ağır olmamalıdır, ağır çantalar şagirdlərin sağlamlığı üçün təhlükəlidir.

Yeri gəlmişkən, dövlət qurumları arasında əməkdaşlıq sazişi imzalamaq ənənəsi var ki, onlar müxtlif əlaqədar məsələlərə birgə yanaşma sərgiləyirlər. Məsələn, indiyə qədər TƏBİB-lə Elm və Təhsil Nazirliyi arasında belə bir sazişin bağlanılması arzuedilən olardı. Həmin sazişdə isə bir öhdəlik olaraq müəyyənləşdirilsin ki, TƏBİB-in tövsiyələrinə uyğun olaraq məktəbli çantalarının ağırlaşdırılmasının qarşısı nazirlik tərəfindən alınacaq. TƏBİB-lə Elm və Təhsil Nazirliyi arasında belə bir saziş niyə imzalanmayıb? Belə bir sazişin imzalanması və ora belə bir maddənin də daxil edilməsi necə olar? Ümumiyyətlə, məktəbli çantası niyə ağır olur? Məktəbə gedən şagird özü ilə yalnız dərs vəsaiti aparır, yoxsa paralel olaraq əlavə vəsaitlər də çantada yer tutur? Məktəbli çantalarını ağırlaşdıran nədir? Dərs vəsaitləridirsə niyə bu qədər ağırdır?

“Nazirlik TƏBİB-lə əlaqəli şəkildə bu məsələnin aradan qaldırılması üçün çalışmalıdır”

Filogiya üzrə fəlsəfə doktoru, tanınmış ictimai fəal, təhsil eksperti Elyar İslamoğlu “Bakı-Xəbər”ə bildirdi ki, bir valideyn kimi məktəbli çantalarının ağırlığı onu da ciddi narahat edir. E.İslamoğlu bildirdi ki, məktəbli çantalarında yalnız dəftər, kitab və gündəlik olarsa bəlkə də bu qədər ağır olmazdı: “Məktəbli çantalarına gündəlik dərslərdə istifadə edilən dəftər və kitablardan əlavə vəsaitlər, kitablar və digər materiallar, test topluları da yığılır. Yəni şagird məktəbli çantasında yalnız kitab-dəftərini daşımır, həm də onun üçün lazımsız yükə çevrilən əlavə dərs vəsaitlərini daşıyır. Bu da sözsüz ki, fiziki problemlər yaradır, şagirdlərin sağlamlığına mənfi təsir göstərir. Mən hələ bu əlavə vəsaitlərin şagirdlərin dərsə marağına, fikrini toplamasına, həvəslə bilik öyrənməsinə vurduğu zərbəni demirəm.

Məktəbli çantalarının ağırlığı ilə bağlı dəfələrlə həm sosial şəbəkələrdə, həm də mətbuatda mövqe bildirmişəm. Bu tək məni yox, bütün valideynləri narahat edən məsələdir. TƏBİB-in məsələyə bu şəkildə mövqe bildirməsi təqdirəlayiqdir və əlaqədar qurumlara çox ciddi bir mesajdır. TƏBİB biz valideynlərin illərdir qaldırdığı məsələyə çox obyektiv yanaşma sərgiləyib. Biz illərdir ki, məktəbli çantalarının ağırlığından, bunun yaratdığı fiziki və psixoloji problemlərdən danışırıq, amma təəssüflər olsun ki, bu, indiyə qədər öz həllini tapmayıb, aidiyyəti rəsmi qurumlarda müzakirə olunmayıb. Şagirdlərin çantaları çox ağırdır, xüsusilə ibtidai sinifdə oxuyan şagirdlərin öz çantalarını daşımağa gücləri çatmır. Siz hansı məktəbin qarşısında dayansanız görəcəksiniz ki, çantaları valideynlər daşıyır. Çünki uşaqların boyu da balacadı, çəkiləri də azdır, ağır çanta da onlar üçün əlavə bir yükə çevrilir.

Kitablar daha iri həcmdə, daha ağır şəkildə çap olunur. Həm bu amil var, həm də dediyim kimi, lazımsız vəsaitlərlə məktəbli çantaları yüklənir. Bu qədər iş dəftəri olar? Biz oxuyan dövrdə ümumiyyətlə belə bir vəsaitdən istifadə olunmayıb, sadəcə hər fənnə (yazısı olan fənn) aid dəftərlər olurdu, onu da hər dərsə aparmırdıq.

İndi şagirdlərin istifadə etdiyi əlavə vəsaitlər həm valideynin büdcəsinə yükdür, həm də şagirdin özünə”.

E.İslamoğlu hesab edir ki, bugünkü məktəbli çantalarının ağır olması gələcəkdə uşaqların sağlamlığına ağır zərbə vuran amildir. O qeyd etdi ki, şagirdlərin bir çoxu skalyozdur, gələcəkdə qozbel ola bilər. Müsahibimiz qeyd etdi ki, bəzi məktəblərdə şahirdlər bəzən üçüncü, dördüncü mərtəbəyə o ağır yükü daşımaq məcburiyyətində qalır, çox çətinlik çəkirlər: “Pilləkənləri güclə çıxan uşaqlar məktəbli çantalarını çətinliklə yuxarıya qaldırırlar. Çünki valideynlərin içəri girməsinə icazə verilmir, onlar yalnız məktəbin həyətinə qədər uşaqlarının çantalarını daşıya bilirlər.

Biz bu ciddi məsələnin həlli üçün əslində gecikmişik. Bu məsələ nazirlikdə, digər əlaqədar qurumlarda müzakirə edilib uyğun bir şəkildə aradan qaldırılmalıdır. Nazirlik TƏBİB-lə əlaqəli şəkildə bu məsələnin aradan qaldırılması üçün çalışmalıdır. TƏBİB-lə Elm və Təhsil Nazirliyi arasında bir müqavilə imzalansın və maddələr üzrə problem aradan qaldırılsın. TƏBİB artıq addım atıb, indi qalıb nazirliyin hərəkətə keçməsi. Əslində bu, mətbuatda, televizyalarda mütəxəssislərin, həkimlərin, pedoqoqların, psixoloqların, sosioloqların iştirakı ilə geniş müzakirə olunmalıdır.

Psixoloqlar mütləq şəkildə bu prosesə qoşulmalıdır, çünki ağır çantalar və ağır tapşırıqlar, əlavə dərs yükü uşaqların psixologiyasına mənfi təsir göstərir. Bu məsələ tezliklə öz həllini tapmalıdır. Biz gələcək nəsli sağlam böyütmək, övladlarımızı düzgün qamətli, həm fiziki, həm mənəvi və psixoloji cəhətdən sağlam görmək istəyirik. Odur ki, əlaqədar qurumlardan gözləntilərimiz çoxdur”.

E.İslamoğlu qeyd etdi ki, bu məsələyə barmaqarası, başdansovdu yanaşmaq, bunu müzakirə xatirinə müzakirə etmək olmaz, ciddi tədbir görülməli və Elm və Təhsil Nazirliyi müvafiq addım atmalıdır. Ekspert deyir ki, bizə savadlı və sağlam nəsil lazımdır. Aidiyyəti qurumlar hərəkətə keçməsə, bu problem həlledilməz şəkil ala bilər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ