Masallıda itkin düşən 14 yaşlı qızın axtarışları aparılır. Masallıda 14 yaşlı Leylanın (ad şərtidir – red.) itkin düşməsi barədə polisə məlumat daxil olub. Leyla aprelin 12-də saat 20 radələrində rayonun Banbaşı kəndində babasına məxsus evdən çıxaraq naməlum istiqamətdə gedərək itkin düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Leylanın tapılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Mətləb