Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycan klinikalarına turist kimi gələn əcnəbi həkimlər...

Image


Adil Qeybulla: "Özəl klinikalara gələn əcnəbi həkimlər bizim yerli həkimlərin əleyhinə danışır, milli səhiyyəni aşağılayır"

"Azərbaycandakı kimi əcnəbi həkimlərin gəlib sərbəst fəaliyyət göstərməsi dünyanın heç bir yerində yoxdur"

Hazırda paytaxtda fəaliyyət göstərən özəl klinikaların əksəriyyətində xarici ölkələrdən dəvət edilən mütəxəssislər müxtəlif cərrahi əməliyyatlar aparır, çox zaman da hər hansı müqavilə olmadan. Səhiyyə Nazirliyi bir müddət öncə özəl tibb müəssisələrinə xarici dövlətlərdən həkim gətirilməsinə müəyyən məhdudiyyət qoyub:
"Heç bir müəssisə nazirliyi məlumatlandırmadan ölkəyə xaricdən həkim gətirə bilməz, dəvət olunan mütəxəssis barədə bir ay öncədən Tibbi yardımın təşkili şöbəsinə məlumat verilməlidir. Məlumatda mütləq xarici mütəxəssisin dəvət olunmasının məqsədi, onun burada fəaliyyət göstərəcəyi müddət, əməkdaşlıq barədə bağlanan müqavilənin surəti və s. göstərilməlidir".
Səhiyyə Nazirliyi tərəfindən özəl müəssisə rəhbərlərinin nəzərinə təkrarən çatdırılıb ki, Nazirlər Kabinetinin "Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlərin təsdiq edilməsi haqqında" 7 noyabr 2001-ci ilin tarixli Qərarına əsasən, adları çəkilən təbəqə yalnız Səhiyyə Nazirliyinin 28 avqust 2007-ci il tarixli, 80 saylı əmri ilə yaradılmış komissiya tərəfindən verilən şəhadətnamə əsasında tibb müəssisəsində fəaliyyət göstərə və işə qəbul oluna bilər.
Bununla belə, demək olar ki, əcnəbi həkimlərin Azərbaycana axını sürətlənir. Əksər hallarda isə bu həkimlər ölkəmizə şəfa gətirməkdən daha çox qazanc ixrac edirlər.
Məlumdur ki, xarici ölkələrdə istənilən peşəkar həkim Azərbaycanda heç də öz ölkələrində qazandığından çox gəlir əldə etmir. Bir sözlə, Azərbaycanın özəl klinikalarına bir neçə günlüyə təşrif buyuran həkimlərin heç də hamısı işinin peşəkarı deyil. Yəni öz ölkələrində həkim kimi etibar qazanmayan sıradan tibb işçiləri Azərbaycana gəlməklə bir-iki gün ərzində tez qazanc əldə etmək istəyirlər.
Millət vəkili Musa Quliyev bu günlərdə mediaya açıqlamasında bildirib ki, Azərbaycana xaricdən gələn həkimlərlə bağlı müvafiq qadağalar qoyulmalıdır. Qadağalar isə xaricdən gələn həkimlərin Azərbaycanda başqa tibbi fəaliyyət növü üzrə işləməsi ilə bağlı ola bilər: "Əgər 10 il öncə xarici həkimlərin gəlib ölkəmizdə tibb fəaliyyəti ilə məşğul olmasına ehtiyac var idisə, hazırda buna ehtiyac yoxdur. Əcnəbi həkimlərin ölkəmizə gəlməsi yalnız ayrı-ayrı özəl klinikaların qazanc əldə etmək sifarişidir. Həkimlərin ölkəmizə gəlməsi qəbul oluna bilər ki, həmin həkimlər ya ölkələrində yüksək kateqoriyalı mütəxəssislərdir, yaxud da həmin sahədə ölkəmizdə hələ də tibb personalı azlıq təşkil edir. Lakin öz ölkəsində orta və ya aşağı kateqoriyada olan həkimlərin burada özünü loğman kimi təqdim etməsi yolverilməzdir".
Digər tərəfdən, həmin həkimlərin ölkəmizdə tibb fəaliyyəti ilə məşğul olmasının qanunvericiliklə tənzimlənməsini vacib hesab edən Musa Quliyev deyib ki, ilk növbədə Dövlət Miqrasiya Xidməti tərəfindən onların əməkçi miqrant kimi qeydiyyatı olmalı, burada fəaliyyət göstərdiyi zaman məkan dəqiqləşdirilməlidir. Eyni zamanda həmin həkimlər Səhiyyə Nazirliyində qeydiyyatdan keçərək hansı müəssisədə, hansı ixtisas üzrə fəaliyyət göstərdiyi qeyd olunaraq nəzarətə götürülməlidir: "Azərbaycana gələn həkimlərin çox hissəsi turist kimi bir neçə günlük gəlib qeydiyyatdan keçirlər. Xüsusən İran və Türkiyədən gələn həkimlər Səhiyyə Nazirliyinə müraciət etmədən hansısa özəl klinika ilə müqavilə bağlayaraq müəyyən fəaliyyət göstərib gedirlər. Bu zaman bir sıra problemlər ortaya çıxır. İlk növbədə əcnəbi həkimə müraciət edən xəstələr o getdikdən sonra kimə müraciət edəcəklərini bilmir və ya klinikaya müraciət etdikdə "həmin həkimlər burada işləmir" kimi cavablar alırlar. Bu daha çox estetik və plastik cərrahiyyə əməliyyatları zamanı yaranır".
Məsələ ilə bağlı fikir bildirən professor, həkim-ekspert Adil Qeybulla qeyd etdi ki, Azərbaycandakı kimi əcnəbi həkimlərin gəlib sərbəst fəaliyyət göstərməsi dünyanın heç bir yerində yoxdur: "Hansısa əcnəbi həkim gedib Türkiyədə sərbəst hər hansısa bir əməliyyatı keçirə bilməz. Bunun üçün Türkiyə vətəndaşı olmaq, ən azı beş il orada çalışmaq lazımdır. Azərbaycanda isə kimliyi, təcrübəsi, savadı bilinməyən əcnəbi həkimlər özəl klinikalara gəlir və əməliyyatlar keçirir. Hətta bu həkimlərin reklamları da verilir. Biabırçı vəziyyətdir! Azərbaycanda cərrahiyyə əməliyyatı keçirməyə gələn əcnəbi həkimlərin hər birinin Səhiyyə Nazirliyi tərəfindən sənədləri yoxlanılmalıdır. İkinci tərəfdən isə, bu həkimlərin xüsusi reklamına icazə verilməməlidir. Bu çox vacib məsələdir. Ümumiyyətlə, bu cür işlər milli səhiyyəyə güvəni azaldır. Hətta özəl klinikalara gələn əcnəbi həkimlər bizim yerli həkimlərin əleyhinə danışır, milli səhiyyəni aşağılayır, xəstəni həkimin üstünə qaldırırlar. Bunun nəticəsində də xeyli problemlər yaşanır. Bu məsələlər çox ciddi şəkildə nəzarətə götürülməlidir".




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ