Bazar günü günü, 29 noyabr 2026
     

Azərbaycanda uzunömürlülüyün azalmasının səbəbləri...

Image


Aytəkin Kamranqızı: «Uzunömürlülərin sayının azalmasının səbəblərindən biri də ekoloji şəraitin dəyişməsidir»

«Orqanizmin qocalma prosesini aydınlaşdırmaq üçün orqan, toxuma, hüceyrə səviyyəsindən başlanmalı və nəhayət atomlaradək bu proses aydınlaşdırılmalıdır»
Azərbaycan tək nefti ilə məşhur olan ölkə deyil. Əvvəllər həm də uzunömürlülər ölkəsi kimi də tanınıb. Nadir təbiətə, xoşxasiyyətli, qonaqpərvər insanlara məskən olan vətənimizdə uzunömürlü insanlar da çox olub. Təəssüf ki, indi bu vəziyyət tamamilə dəyişib. İldən-ilə ölkəmizdə uzunömürlülərin sayı azalır. Səbəblər çoxdur.
Müşahidələr əsasında deyə bilərik ki, qaçqın-məcburi köçkün həyatının yaşanması yaşlı insanların sağlamlığına çox pis təsir göstərdi. Vətənindən didərgin düşən yaşlı insanların çoxu bir-iki ilin içində dünyasını dəyişdi. Eləcə də uzunömürlülərin sayının azalmasına qlobal iqlim dəyişmələri, müasir qidaların keyfiyyətsizliyi də təsir göstərə bilər. Təsirlərin nədən ibarət olmasından asılı olmayaraq, bu cür insanların sayının azalması faktı ortadadır.
Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Uzunömürlülüyün Fiziologiyası Laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Çingiz Qasımov mətbuata açıqlamasında deyib ki, Azərbaycanda yaşı 100-dən çox olan insanların sayı azalır, uzunömürlülər arasında «cavanlaşma» prosesi gedir: «Azərbaycanda uzunömürlülərin ən çox yaşadığı bölgə olan cənub zonasında da 2014-cü il ərzində aparılan son araşdırmalar uzunömürlülərin sayının azaldığını təsdiqləyib. Yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparıldıqdan sonra burada 100 yaşlı yalnız bir uzunömürlünün yaşadığı müəyyənləşib. Ölkədə yaşı 100-dən çox olan insanların sayı azalsa da, 90-94 yaşlı insanların sayı artıb. 1999-cu illə müqayisədə 2009-cu ildə aparılan sıyahıyaalınmanın nəticələrinə görə, 90-94 yaşlı insanların sayı həqiqətən də azalıb. Ancaq son illərdə 90-94 yaşlı insanların sayı artıb. Buna görə uzunömürlülər arasında «cavanlaşma» prosesi gedir».
Açıqlanan statistik rəqəmlərə görə, Bakı şəhəri üzrə isə 100 və yuxarı yaşda olan şəxslərin sayı 50-yə yaxındır. Onu da qeyd edək ki, şəhərin bütün çətinliklərinə sinə gərib uzun ömür sürənlərin hamısı qadınlardır.
Sosioloq Aytəkin Kamranqızı bizimlə söhbətində bildirdi ki, uzunömürlülərin sayı haqda mətbuatda tez-tez statistik göstəricilər verilsə də, bu inandırıcı rəqəmlər deyil. Çünki bu hesablamalar uzunömürlülərin təqvim yaşına əsaslanaraq təyin edilir: «Nəzərinizə çatdırmaq istərdim ki, hazırda yaşayan və uzunömürlülük yaş kateqoriyasına aid edilən şəxslər XX əsrin 20-ci illərinədək anadan olan şəxslərdir. O dövrdə sənədləşdirmə işləri aparılmadığından, doğum haqqında şəhadətnamə və s. müəyyən edilmədiyindən, əksər şəxslərin doğum tarixi səhv olaraq artıq yazılıb. Ölkəmizdə əhalinin sənədləşdirmə işlərinə XX əsrin 30-cu illərindən etibarən başlanıb. Ötən əsrdə əhalinin siyahıya alınması təcrübəsinin öyrənilməsi göstərib ki, yalnız bizim ölkəmizdə və keçmiş sovet ölkələrində deyil, bir çox ölkələrdə də yaş göstəricisinin düzgün yazılmaması səbəbindən uzunömürlülərin yaşının «şişirdilməsi» hallarına rast gəlinir».
Həmsöhbətimizin sözlərinə görə, uzunömürlülərin sayında qadınların kişilərə nisbətdə üstünlük təşkil etməsi faktdır və bunun indiyədək konkret elmi izahatı verilməyib: «Belə güman edilir ki, kişilər qadınlardan fərqli olaraq pis vərdişlərə, alkoqol, siqaret və s. daha çox meylli olur. Kişilərin ürək-qan-damar sisteminin xəstəliklərinə daha çox məruz qalması da əsas səbəblərdən biri hesab edilir. Lakin bu problem gen-xromosom səviyyəsində araşdırılarsa, daha inandırıcı və maraqlı dəlillər əldə edilə bilər».
Uzunömürlülərin sayının azalmasına gəlincə, A.Kamranqızı bildirdi ki, insan orqanizminin vaxtsiz qocalmasına bir çox xəstəliklər, stress faktoru, mənfi ekoloji faktorlar, həyat tərzinin düzgün qurulmaması, yaşayış səviyyəsinin aşağı olması və s. səbəb olur: «Orqanizmin erkən qocalması isə ömür müddətinin qısalması, qocalma prosesinin sürətlənməsi və uzunömürlülük indeksinin zəifləməsi ilə nəticələnir. Milli genefondumuz sayılan uzunömürlülərin sayının getdikcə azalması qocalma prosesinin sürətlənməsindən, ətraf mühitin kəskin çirklənməsindən, qida rasionunun düzgün qurulmaması, hipodinamiya, sosial-iqtisadi problemlər və s. səbəblərdən asılıdır. Orqanizmin qocalma prosesini aydınlaşdırmaq üçün orqan, toxuma, hüceyrə səviyyəsindən başlanmalı və nəhayət atomlaradək bu proses aydınlaşdırılmalıdır. Məlum olduğu kimi, atomlar qocalmır. Beləliklə, qocalma prosesinin və ömür uzunluğunun izahatında əsas şərt qocalmayan elementlərdən qurulmuş sistemin qocalmasını necə izah etmək məsələsidir».
Ekspert hesab edir ki, uzunömürlülərin sayının azalmasının səbəblərindən biri də ekoloji şəraitin dəyişməsidir: «O vaxtlar insanlar təmiz ekoloji şəraitdə yaşayardı, təmiz hava qəbul edirdilər. Təbii meyvə-tərəvəzlə qidalanırdılar. Üstəlik, fiziki əməklə məşğul olmaq, yəni daim çalışmaq, hərəkət etmək insanların ömrünün uzun çəkməsinə təsir edən amillərdən idi. Sözsüz ki, burada gen faktorunu da unutmaq lazım deyil».





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ