Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsinə geniş reaksiyalar var
Tarix: 09.04.2015 / 03:33
Bölmə: Sosial
Elçin Cəfərov: "Bu yarışın əhəmiyyəti həm də ona görə böyükdür ki..."
Nəriman Sadıxoğlu: "Boksçularımızın bu yarışda iştirakını çoxdan arzulayırdıq"
Uzun illərdir Azərbaycan bölgədə bütün sahələrdə liderlik edir. Bildiyimiz kimi, ölkəmiz artıq idman sahəsində də nüfuzlu, sayılan dövlətlərdən biri kimi özünü tanıda bilib. Respublikamızın beynəlxalq aləmdə artan nüfuzu, çəkisi onun dünyanın aparıcı dövlətlərin əsas tərəfdaşından birinə çevirib. Sirr deyil ki, Azərbaycanda idman inkişaf edir, özünün inkişaf səviyyəsinə görə müqayisəyə gəlməzdir.
Uzun illərdir Azərbaycan idmançıları Olimpiya oyunlarına, Avropada keçirilən müxtəlif idman yarışlarına qatılır, uğurlar, medallar əldə edir, bir sözlə, beynəlxalq idman aləmində layiqincə təmsil olunur.
Bilirik ki, bu il respublikamız beynəlxalq səviyyəli bir yarışa-I Avropa Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın ev sahibliyi edəcəyi bu yarışa artıq çox ciddi hazırlıq gedir, Azərbaycan dövləti I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini təmin etmək üçün bütün tədbirləri həyata keçirir. Bu yarışın ölkəmizdə uğurla keçəcəyinə ümid edirik.
Azərbaycan daha bir beynəlxalq idman yarışının ölkəmizdə keçirilməsinə nail olub. Bildiyimiz kimi, aprelin 7-də
IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) ilə müqavilə imzalanıb.
Bu müqavilənin əhəmiyyəti yüksək qiymətləndirilir və hesab edirik ki, 2017-ci ildə Azərbaycanı dünya bir daha tanıyıb təqdir edəcək. Müqavilənin imzalanma mərasimində çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, İHİF-in nümayəndələri ölkəmizdə yaradılan idman infrastrukturu ilə yaxından tanış olub və bəyəniblər: "Bakı-2015"-ilk Avropa Oyunlarının təşkil olunacağı obyektlərdəki şərait qonaqlarda xoş təəssürat yaradıb. Azərbaycan idmançıları "Bakı-2017"ni ciddi sınaq kimi qəbul edir və həmin Oyunlarda yüksək nəticələr üçün mübarizə aparacaqlar".
İHİF-in prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti, əlahəzrət, Şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al Saud Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirərək qeyd edib ki, Azərbaycan hökumətinin İslam Həmrəyliyi Oyunlarını təşkil etməyə maraq göstərməsi çox sevindiricidir":IV İslam Həmrəyliyi Oyunları 2017-ci ilin ən böyük idman hadisəsi olacaq. Biz güclü əməkdaşlıq və işbirliyi sayəsində Oyunları uğurla təşkil edəcəyik və azarkeşlər bu yarışlardan böyük zövq alacaqlar".
İslam Həmrəyliyi Oyunlarının təşkilinin islam dəyərlərinin yayılmasına, qardaşlıq və birliyin əks olunmasına öz töhfələrini verəcəyini bildirən İHİF-in prezidenti yarışın yüksək səviyyədə keçirilməsi üçün birgə əməkdaşlığın vacibliyini qeyd edib.
Azərbaycanda irimiqyaslı tədbirlərin müvəffəqiyyətlə təşkil edildiyini vurğulayan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan islam dünyasının hər zaman diqqət mərkəzində olan bir məkandır: "Bakı 2009-cu ildə islam mədəniyyətinin paytaxtı seçilib, 2018-ci ildə isə bu missiya Naxçıvana həvalə olunacaq. Hazırda ölkəmiz "Bakı-2015"-ilk Avropa Oyunlarının keçirilməsinə hazırlaşır. Həmçinin cari ildə ölkəmizdə şahmat üzrə dünya kuboku, gələn il şahmat üzrə Olimpiada, "Formula-1" üzrə Avropa Qran-pri yarışları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Biz bu yarışların təşkil olunması istiqamətində bütün imkanlarımızdan istifadə edəcəyik ki, turnirlər yüksək səviyyədə keçirilsin".
Onu da qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə mayda-Ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da "Bakı-2015"-ilk Avropa Oyunlarının proqramı ilə qismən də olsa üst-üstə düşəcək.
A.Rəhimov "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycanın ev sahibliyi etdiyi bu Oyunda Azərbaycanı da xeyli sayda idmançı təmsil edəcək və burada idman növlərinə məhdudiyyət qoyulmayacaq. Nazir dedi ki, elə idman növləri var ki, indiyə qədər bu Oyunda iştirak etməyib, amma bu dəfə bütün idman növlərinə yer ayrılacaq.
Xatırladaq ki, 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İHİF-in səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində Federasiyaya üzv olan Milli Olimpiya komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Tam səs çoxluğu ilə ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul edilib. Əlli yeddi ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı "Həmrəylik bizim gücümüzdür" seçilib. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembank şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-in bayrağı Azərbaycana verilib.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 4 iyun tarixli Sərəncamı ilə 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı müqavilənin imzalanması ölkənin idman həyatında böyük sevinclə qarşılanıb. Bu yarışın 2017-ci ildə ölkəmizdə keçirilməsini yüksək dəyərləndirən idman ictimaiyyəti hesab edir ki, Azərbaycan bu yarışda da böyük nəticələr əldə edəcək.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov "Bakı-Xəbər"ə bildirdi ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsini müsbət qarşılayır":Belə bir nüfuzlu yarışa Azərbaycanın ev sahibliyi etməsini çox müsbət qarşılayıram. Bunu yüksək qiymətləndirirəm. Bilirsiz ki, İslam Həmrəyliyi Oyunları neçə illərdir keçirilir və Azərbaycan da böyük uğurla burada iştirak edir. Azərbaycan islam ölkəsidir və Azərbaycan əhalisinin böyük hissəsi islam dininə tapınır. Hesab edirəm ki, 2017-ci ildə baş tutacaq bu oyun ölkəmizdə çox yüksək səviyyədə keçiriləcək. Azərbaycanda bu oyunun keçirilməsi üçün imkanlar böyükdür. Bu yarışın əhəmiyyəti həm də ona görə böyükdür ki, bu, islam həmrəyliyinin, islam dostluğunun, bu dinə tapınanların birliyinin, bərabərliyinin təcəssümüdür, göstəricisidir. Bilirik ki, dünyada dövlətləri, xalqları idmana və mədəniyyətə görə daha yaxşı tanıyırlar. Ən böyük dostluq körpüsü bu sahələrdir".
E.Cəfərovun sözlərinə görə, indiyə qədər İslam Həmrəyliyi Oyunlarına güləş salınmayıb, amma o, ümid edir ki, bu dəfə güləş də yarışmada təmsil olunacaq":Çox arzu edirik ki, IV İslam Həmrəyliyi Oyunlarında güləşçilərimiz də iştirak etsin. Ümid edirik ki, iştirak edəcəklər. Bilirsiz ki, Azərbaycan idmançıları təkbətək döyüş növlərinə görə dünyada tanınır, bu sahədə idmançılarımızın nailiyyətləri böyükdür. Bu yarışda da cüdoçularımızın, güləşçilərimizin, boksçularımızın iştirak edəcəklərinə ümid bəsləyirik. İnanırıq ki, iştirak edəcəklər".
Boks üzrə Azərbaycan milli yığmasının böyük məşqçisi Nəriman Sadıxoğlu da (Abdullayev) qəzetmizə açıqlamasında IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin böyük əhəmiyyətini qeyd etdi":Bu sahədə müqavilə imzalanıb, artıq məlum olduğu kimi 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına biz ev sahibliyi edəcəyik. Boksçularımızın bu yarışda iştirakını çoxdan arzulayırdıq. İndiyə qədər boks bu yarışa salınmamışdı. Əsas məqsədimiz bu Oyunlarda iştirak etmək və uğur, nailiyyət əldə etməkdir. Hesab edirəm ki, uğurlu nəticələrimiz olacaq".
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ