Bu gün səhər saatlarında intihar hadisəsi baş verib. Hadisə şahidlərinin anspress-ə verdikləri məlumata görə, "Həzi Aslanov" metrosu yaxınlığında gənc qadın binaya çıxaraq 16-cı mərtəbədən özünü ataraq intihar edib.
Hadisə Məhəmməd Hadi küçəsi 73 ünvanında yaşanıb. Özünü öldürənin təxminən 20 yaşlarında olduğu bildirilir. Qadının nə səbəbdən intihar etdiyi bilinmir.
Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, özünü 16-cı mərtəbədən atan qız həmin binanın sakini olmayıb və ona 2-3 saat kimsə yaxın durmayıb.