Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycanın dövlət qurumlarının qəbuluna onlayn yazılmaq mümkün oldu

Image


Azərbaycanda dövlət strukturlarının rəhbərliyinin qəbuluna onlayn yazılmaq "Elektron hökumət" (e-gov.az) portalında mümkün oldu. Bunu cümə günü Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov deyib.

Onun sözlərinə görə, bu xidmət ilkin mərhələdə vətəndaşlara Biləsuvar rayon İcra Hakimiyyətinin rəhbərliyinin qəbuluna yazılmaq imkanı verir.

N.Mərdanov qeyd edib ki, hazırda "Elektron hökumət" portalı üzərindən 413 elektron xidmət vətəndaşların istifadəsindədir və bu xidmətlərdən istifadə sayı günbəgün artır: "Belə ki, 1 aprel tarixinə 1,4 milyon nəfərdən çox vətəndaşımız portaldakı e-xidmətlərdən 8 milyon dəfədən çox istifadə ediblər. "Elektron hökumət" portalına qoşulmaq istəyən qurumların və təqdim olunan xidmətlərin sayında dinamik bir artım müşahidə olunur".

O, əlavə edib ki, bəzi icra hakimiyyəti orqanları ictimai maraq dairəsində olan xidmətlərin elektronlaşdırılması istiqamətində müəyyən təşəbbüslər göstərirlər, lakin əksər aktual xidmətlər hələ də ənənəvi yolla icra edilir: "Ötən aylarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşəbbüsü ilə bir sıra icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə kurslar keçirilib. İştirakçılara "Elektron hökumət”in infrastrukturu, onun əsas komponentləri, dövlət reyestrləri, elektron xidmətlər, elektron imza və elektron sənəd barədə əvvəlcədən müəyyənləşdirilmiş proqram və təqdimatlar əsasında bilgilər verilib".

Onun sözlərinə görə, təlimlərdə iştirakçılara nəzəri biliklər verilməklə yanaşı, həm də ən çox istifadə olunan elektron xidmətlər əyani olaraq nümayiş etdirilib: "Təlimlər qarşılıqlı müzakirələr və diskussiya şəklində davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. İcra hakimiyyəti nümayəndələri tərəfindən bir sıra xidmətlərin elektronlaşması və bu sahədə MHM ilə əməkdaşlıq məsələləri qaldırılıb. Bundan sonra MHM-in nümayəndələri Biləsuvar, Yasamal və s. İcra hakimiyyətlərində olub, xidmətlərin elektronlaşması üçün birgə müzakirələr aparılıb".

MHM-in direktoru vurğulayıb ki, daxil olan müraciətlərə əsasən "Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna "Elektron hökumət” portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi” xidmətinin hazırda daha çox aktual olduğu müəyyən edilib və bu xidmətin reallaşdırılması üçün bir neçə yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığa başlanılıb: "Qısa müddət ərzində aparılan işlər nəticəsində bu xidmət tam şəkildə elektronlaşdırılıb və Biləsuvar rayon İcra Hakimiyyəti nümayəndələri ilə birgə test-sınaq işləri aparılıb. Tam əminlik hasil olduqdan sonra 16 mart tarixində xidmət portala inteqrasiya edilərək vətədaşlarımızın istifadəsinə verilib".

O, qeyd edib: "Vətəndaşlarımız "Elektron hökumət” portalında mövcud vasitələrdən hər hansı biri ilə qeydiyyatdan keçərək, bu elektron xidmət vasitəsilə Biləsuvar rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qəbuluna yazıla və bundan sonra bütün prosesi onlayn rejimdə izləyə biləcəklər. Vətəndaşlar portal vasitəsilə özlərinin bütün müraciətlərini, müraciətlərin icra vəziyyətini, müraciətin hansı vəzifəli şəxslərə yönləndirilməsini, hansı tarixdə müraciətin icra olunaraq bağlanmasını və s. prosesləri görə biləcəklər. Proqram təminatı hazırlanarkən istifadə interfeysinin maksimum sadə olmasına xüsusi diqqət yetirilib. Həmçinin nəzərə alınıb ki, kağız şəklində daxil olan müraciətlərin hamısı elektron xidmətə işlənilsin. Bununla da bütün müraciətlər portalda öz əksini tapacaq və izlənilə bilinəcək".

N.Mərdanovun sözlərinə görə, eyni zamanda, aidiyyəti üzrə yüksək səlahiyyətli qurumlara imkan yaradılacaq və həmin qurumların müvafiq əməkdaşları bütün icra hakimiyyəti orqanlarına daxil olan müraciətləri və onların icra vəziyyətini portal vasitəsilə onlayn rejimdə izləyə biləcəklər ki, bu da yerlərdə məmurların məsuliyyətinin artmasına gətirib çıxaracaq. Proqram məhsulu hazırlanarkən digər təşkilatların da bu xidmətə qoşulma imkanları nəzərə alınıb. Xidmətdən yararlanmaq üçün istənilən qurumun bu xidmətə əlavə edilməsi onların müraciəti əsasında aparılacaq.

Direktor bildirib ki, "Elektron hökumət" portalının operatoru olaraq, Məlumat Hesablama Mərkəzi yeni mərhələdə digər icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edərək, aktual sosial xidmətlərin elektronlaşdırılmasına maddi və proqram-texniki dəstək olmağı və həmin xidmətləri "bir pəncərə" prinsipinə uyğun olaraq vahid məkandan, yəni "Elektron hökumət" portalı üzərindən vətəndaşların istifadəsinə təqdim etməyi öz qarşısına məqsəd qoyub: "Hesab edirik ki, yeni inkişaf mərhələsində sosial rifahı təmin edəcək nailiyyətlər əldə ediləcək və tezliklə vətəndaşlarımızın "Elektron hökumət"dən gözlədiyi real nəticələr əldə olunacaq".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ