Bayram günləri ölkə yollarında baş vermiş qəzalar zamanı 6 nəfər ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şənbə və bazar günləri Azərbaycan yollarında 12 yol qəzası baş verib. Nəticədə 6 nəfər ölüb, 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.