Bazar ertəsi günü, 09 noyabr 2026
     

XIX əsrdə “Vətən dili” dərsliyi yazmış məşhur irəvanlı azərbaycanlı...

Image


“İrəvanda izim qaldı” rubrikasında çox maraqlı bir şəxsiyyətin həyat və fəaliyyətinə diqqət ayıracağıq. Milli maarifimizin əsas ocaqlarından biri olan İrəvanda yeni üsullu məktəblərin yaradılması böyük hadisə idi.

Azərbaycan türklərinin uşaqlarının mollaxanadan məktəblərə yol açması, çağa uyğun təhsil alması əsas hədəflərdən biri idi. Azərbaycan maarifçiləri bütün gücləri ilə çalışırdılar ki, azərbaycanlılar təhsil alsın, savadlansın. Bu dövrdə, əlbəttə, ana dilində tədris vəsaitlərinin, dərsliklərin yaradılması zəruri idi.

XIX əsr milli tariximizin ən təbəddülatlı, ən qaynar bir çağıdır ki, bu dövrdə neçə-neçə Azərbaycan maarifçisi, müəllimi, ziyalısı meydana çıxıb. Yeni üsullu məktəblərin yaradılması da bu dövrə təsadüf edib. İrəvanın təhsil tarixindən yazan tədqiqatçılar qeyd edirlər ki, 1830-cu illərdən başlayaraq, digər Qafqaz qəzalarında olduğu kimi, İrəvanda da rusdilli məktəblər açıldı. Tiflisdə yaşayan Mirzə Şəfi Vazehin yazdığı dərslik İrəvana da gətirildi. İrəvan maarifini araşdıran tədqiqatçılar yazırlar ki, Mirzə Ələkbər Elxanovun “Vətən dili” dərsliyi xüsusi əhəmiyyətə malik olub. Tarixi qaynaqlar, ayrı-ayrı tədqiqatçıların araşdırmaları əsasında hazırlanan “Ermənistan azərbaycanlıları” vikipediya məqaləsində qeyd edilir ki, Mirzə Ələkbər Elxanovun “Vətən dili” dərsliyi XIX yüzilliyin 80-ci illərində Rusiya Xalq Maarif Nazirliyi tərəfindən müzakirə edilərək çapa verilməsi tövsiyə edilib. XIX əsrin sonlarında İrəvanda yeni məktəblər açılırdı. Bu dövrdə ortaya çıxmış məşhur şəxslər İrəvanda yeni üsulla ana dili məktəbinin banisi Məşədi Molla İsmayıl Hacı Kazımov, məktəb müdiri Haşım bəy Nərimanbəyov, İrəvan gimnaziyasının müəllimi İsmayıl bəy Şəfibəyov, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Rəhim Xəlilov, Mirzə Məmmədvəli Qəmərlinski, Axund Məmmədbağır Tağızadədir. Firudin bəy Köçərli isə səs üsulu ilə Azərbaycan dilinin tədrisi proqramını hazırlamışdı.

Pedoqoq Mirzə Ələkbər Elxanovun Qərbi Azərbaycanda təhsil, maarif hərəkatının genişlənməsində əməyi və rolu çox böyükdür. Akdemik Hüseyn Əhmədovun “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” kitabına istinadən  Mirzə Ələkbər Elxanovun bioqrafiyasını tərtib edən tədqiqatçıların yazdıqlarına görə, pedoqoq 1828-ci ildə Uluxanlı kəndində anadan olub, İrəvan şəhərindəki baş məscid nəzdindəki ruhani məktəbini bitirib, sonra isə rus dilini öyrənib, 1856-cı ildə Tiflis gimnaziyasında imtahan verərək Azərbaycan dili müəllimi adını alıb. Məlumatlara görə, Uluxanlıda yaşlı nəslin nümayəndələrindən Mirzə Zeynalabdın Rzayev, Əsədulla Musayev, Şıxəli Bağırov, qonşu Sarvanlar kəndinin 112 yaşlı sakini Məmmədəli Nəsirov və başqaları M.Ə.Elxanovun yüksək mənəvi keyfiyyətlərindən maraqla söhbət açardılar. Onun Uluxanlı kənd məktəbinin açılmasında hədsiz rolu olduğunu, kasıbların balalarına köməkliyini, "Əkinçi" qəzetini və bir çox kitabları camaat arasında gətirib oxuduğunu həmişə xoş xatirələrlə yad edərmişlər. Tədqiqatçılar yazır:  “...Qərbi Azərbaycan maarifi və məktəbi ümumi Azərbaycan maarifi və mədəniyyəti ilə birgə addımlayır, Zaqafqaziyada və Rusuyada baş verən pedaqoji yeniliklər, mütərəqqi məktəb təcrübəsi və pedaqoji ideyalar bura da nüfuz edirdi. İrəvan məktəbləri bəzi məsələlərdə hətta irəli gedirdi. Səs üsulu ilə ana dili dərsliklərinin meydana gəlməsi XIX əsrə təsadüf edir. Böyük rus pedaqoqu K.D.Uşinskinin xəlqilik ideyası, "Vətən dili" və "Uşaq aləmi" dərslikləri Zaqafqaziyada özünə ardıcıllar tapırdı. Belə ardıcıllardan biri də Zaqafqaziyada birinci İrəvan gimnaziyasında 30 ilə qədər Azərbaycan dili müəllimi olmuş Mirzə Ələkbər Elxanov idi. M.Ə. Elxanov əslən Uluxanlıdandır. Şəhərdəki Şah Abbas məscidi nəzdindəki mədrəsədə mükəmməl təhsil almışdır. Onun səs üsulu ilə tərtib etdiyi "Vətən dili" dərsliyi XIX yüzilliyin 80- ci illərində Rusiya Xalq Maarif Nazirliyində müzakirə edilərək çapa tövsiyə edilmişdir. Sözü gedən əsrin sonlarına doğru İrəvanda yeni məktəblər açılır, şəhərin teatr həvəskarları tez-tez tamaşalar göstərirdilər. "Rus-Azərbaycan" qız məktəbləri əhalinin rəğbətini qazanmışdı. Məktəbin müdiri Haşım bəy Nərimanbəyov, Irəvan gimnaziyasının müəllimlərindən İsmayıl bəy Səfibəyov, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi (Rəhim Xəlilov, Mirzə Məmmədvəli Qəmərlinski, Axund Məmmədbağır Tağızadə və b.-nın bu sahədəki xidmətləri unudulmazdır”. Əlbəttə, burada Mirzə  Molla  Ələkbər  Elxanovun da əməyi böyükdür, o, 1856-cı  ildən 

1885-ci  ilədək gimnaziyada dərs deyib.  

Əsgər Zeynalovun “İrəvan Məktəbləri” kitabında verilən məlumata görə, “Kavkazskiy kalendar” məcmuəsinin əksər nömrələrində vur­ğulanır ki, İrəvan gimnaziyası 1881-ci ildə yaradılıb. Ancaq ta­nınmış maarif xadimi Nurəddin İbrahimov 1970-ci ildə “Azərbay­can məktəbi” jurnalının 8-ci nömrəsində dərc etdirdiyi məqalədə İrəvan gimnaziyasının yaranmasının xeyli əvvəl olduğunu göstərir. Həmin məqalədə oxuyuruq: “İrəvan gimnaziyasında dərs demiş azərbaycanlı müəllimlərdən Molla Tağı Mahmud oğlu (1836-cı il­dən 1856-cı ilədək), Mirzə Molla Ələkbər Elxanov (1856-cı ildən 1885-ci ilədək), Firudin bəy Köçərli (1885-ci ildən 1895-ci ilədək) və başqalarının adına rast gəlirik. Doğrudanmı İrəvanda 1836-cı ildə gimnaziya mövcud idi?, ya­xud, həqiqətənmi Mirzə Ələkbər Elxanov 1856-cı ildən 1885-ci ilə kimi İrəvan gimnaziyasında müəllim kimi fəaliyyət göstərmişdir?” Əsl maarif fədaisi olmuş Nurəddin İbrahimovun bu faktı hara­dan götürməsi ciddi maraq doğurur”-deyə kitabda vurğulanır.

Kitabda qeyd olunana görə, “görkəmli tədqiqatçı, akademik Hüseyn Əhmədovun “Azər­baycan məktəbi” jurnalının 1974-cü il 2-ci nömrəsindəki məqaləsi  ilə N.İbrahimovun fikri müəyyən dərəcədə təkzib edilir. Bu məqalə­də göstərilir ki, 1828-ci ildə Uluxanlıda anadan olan M.Ə.Elxanov İrəvan şəhərində baş məscid nəzdindəki ruhani məktəbini bitirib. Sonralar rus dilini öyrənmiş, 1856-cı ildə Tiflis gimnaziyasında im­tahan verərək Azərbaycan dili müəllimi adını almışdır. O, imtahan yolu ilə rəsmi müəllimlik hüququ olan ilk azərbaycanlılardandır. M.Ə.Elxanov 1856-cı ildən ömrünün sonunadək 1885-ci ilə kimi (30 ilə qədər) İrəvandakı dövlət məktəbində (əvvəlcə qəza məktəbində, sonra prigimnaziya və gimnaziyada) Azərbaycan dilin­ dən dərs demişdir. Bizcə, bu fikir həqiqətə daha uyğundur. Əvvəlcə, qəza məktə­bi yaranmış, sonra prigimnaziya, daha sonra gimnaziya yaradılmış­dır. Molla Tağı Mahmud və Mirzə Ələkbər Elxanov da ilk müəllim­lik fəaliyyətlərinə məhz qəza məktəbində başlamışlar”.

Elxanovun həyatı, fəaliyyəti barədə məlumatlar olsa da, görkəmli pedoqun vəfat tarixi, neçənci ildə, harada dünyasını dəyişməsi barədə məlumat verilmir.

Tədqiqatçıların bir-birini təsdiqləyən, yaxud təkzib edən məlumatları bu şəxsiyyətin pedoqoji fəaliyyəti barədə böyük məlumat verir. Qərbi Azərbaycanda təhsil, maarif sahəsinin inkişafına böyük töhfələr verən şəxsiyyətlər unudulmur, onlar hər zaman xatırlanır. Bu gün İrəvanda, Uluxanlıda yağılar gəzsə də, çox yaxın gələcəkdə biz orda soydaşlarımızın ehtişamlı günlərinin şahidi olacağıq. Bax, onda irəvanlı, Qərbi azərbaycanlı, Qərbi zəngəzurlu ziyalılarımızın, o böyük şəxsiyyətlərin də ruhları sevinəcək.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ