çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Elmin İnkişafı Fonduna irad və tənələr - Fond nə cavab verir...

Image


Saxta əsərlər, plagiat kitablar müasir Azərbaycan elminin qara yarasıdır desək, yanılmarıq. Bəzi elm adamları təəssüflə qeyd edirlər ki, saxta kitabların yoluna daş düzənlər yox, onlara yaşıl işıq yandıranlar çox olub. Bir sıra alimlər iddia edirlər ki, elmi layihələrin maliyələşdirilməsində iştirak edən aidiyyəti dövlət qurumları müəyyən vəzifəli akademiklərlə sövdələşib pul silməklə məşğul olub.

Necə illərdir ki, ayrı-ayrı mütəxəssislər, elm adamları Elmin İnkişafı Fondunun keçirdiyi qrant müsabiqələri ilə bağlı tənqidi fikirlər söyləyir. İddia edilir ki, guya fond əsl elmi layihələrə o qədər də diqqət yetirmir, qrantlar əsasən ciddi elmi nəticələrə yönəldilməyib, tanış-bilişə verilib. Ciddi elmi əsərlərin çox nadir hallarda qrant müsabiqəsində yer tutduğunu iddia edən alimlər qeyd edir ki, Elmin İnkişafı Fondu qrant müsabiqəsi elan edir, amma çox zaman əsl elm adamları bundan narazı qalır.

Qeyd edək ki, bunlar ayrı-ayrı alimlərin iddiasıdır və biz iddia etmirik ki, elm adamlarının dedikləri doğrudur.

Fonda yönəlik iddialar nə dərəcədə doğrudur? Elmə ayrılan qrant pulları necə  xərclənir? Ümumiyyətlə, bu proses necə qurulub və necə gedir? Bu qədər narazılıq nədən qaynaqlanır?

Məsələ ilə bağlı Elmin İnkişafı Fonduna rəsmi sorğu göndərdik. Yazını çapa hazırladığımız müddətdə sorğumuza hələ cavab verilmədiyi üçün ekspert rəyi öyrənmək qərarına gəldik. Fondun cavabı təqdim edilərsə onu da dərc edəcəyik.

  • “Elmin İnkişafı Fondu günün tələblərinə cavab vermir, onun fəaliyyəti bugünkü tələblər səviyyəsində formalaşmalıdır”

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Elmin İnkişafı Fondu vaxtilə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və fondun yaradılmasında çox ali məqsəd olub. “Fond milli donor olaraq, milli elm fondu olaraq ölkəmiz üçün əsasən strateji əhəmiyyət kəsb edən sahələrdə tədqiqatları maliyələşdirməli idi. Fondun Himayəçilər Şurası formalaşdı. Şuranın sədri Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev idi. Mən də iddialar eşitmişəm ki, Ramiz Mehdiyev fondun faktiki rəhbəri olub və fond tərəfindən hansı layihələrin maliyələşdirilməsi məsələsində onun ciddi təsiri olub. Fondun Himayəçilər Şurasının sədr müavini AMEA-nın mərhum prezidenti, akademik Mahmud Kərimov olanda orada ədalətli yanaşmanı xatırlayıram. Təbii ki,  daha çox fundamental elm sahələrində formalaşan layihələrlə bağlı qərarların qəbul olunmasında onun sözü vardı. Yadımdadır, vaxtilə rektor, akademik olan adamlar ora təsir göstərirdilər ki, onların layihələri maliyələşdirilsin. Bizim bu barədə Mahmud Kərimovla söhbətlərimiz olurdu. O deyirdi ki, bu təsirlər elm üçün deyil, sadəcə şəxsi maraqlar zəminində baş verir. O, birmənalı olaraq prinsipiallıq göstərib bu kimi təsirləri rədd edirdi. Amma hümanitar və ictimai elmlər sahəsində olan layihələrin maliyyələşməsi ilə bağlı qərarı Ramiz Mehdiyev verirdi. Fond nə cür fəaliyyət göstərib, onun fəaliyyətində pozuntular olub, olmayıb? Əlbəttə, bunu dövlət qurumlarının ciddi şəkildə həyata keçirəcəyi təftiş nəticəsində bilmək olar. Şübhəsiz ki, iddialar çoxdur, bu iddiaları irəli sürənlər ciddi elm adamlarıdır. Amma görünən odur ki, fond yaxşı fəaliyyət göstərə bilməyib. Yaxşı fəaliyyət göstərsəydi, məhz fondun maliyyələşdirdiyi elm layihələrinin səmərəliliyi, nəticələri ilə bağlı yaxşı məlumatlar əldə edə bilərdik. Amma bu məlumatları əldə edə bilmədik. Fondun fəaliyyəti ilə bağlı bir məqama toxunmaq istəyirəm. Fond fəaliyyət göstərəndə, tutaq ki, elmi tədbirlərin həyata keçirilməsi ilə bağlı qazanılan qrantların konkret olaraq Ramiz Mehdiyevə aid olduğu deyilən məkanlarda keçirilməsi tələb olunurdu. O vəsaiti respondent, yəni o vəsaiti qazanan şəxs görmürdü. Vəsait birbaşa həmin məkanlara yönləndirilirdi və deyilənə görə orada da silinirdi. Tədbirlərin keçirilməsi zamanı dəftərxana xərcləri konkret olaraq fond tərəfindən idarə olunurdu. Sanki bu fond həm də layihələrin icraçısı rolunda çıxış edirdi və orada da böyük vəsaitlər silinirdi. Bunlar iddialar deyil, bunlar faktlardır. Deyirdilər ki, fondun işləri onlara yaxın olan mətbəələrdə çap olunurdu və qiymətlər şişirdilirdi. Bunlar iddialardır və nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Amma elm adamları bunu iddia edir. Görünür, əllərində hansısa faktlar var. Belə iddialar varsa onların araşdırılması zəruridir. Xatırlayıram, 3 milyon manatlıq bir pilot layihə maliyyələşirirdik, Fizika İnstitutu bu layihənin icraçısı idi. O vaxt 3 milyon manat böyük vəsait idi. O layihə çərçivəsində müəyyən cihazlar alınırdı, özü də dollarla. O zaman bu çox böyük məbləğ idi. Mən o cihazların çoxu ilə tanış olmuşdum, Fizika İnstitutunda laboratoriya qurulmuşdu. O layihənin rəhbəri sonradan məhz bu kimi layihələr nəticəsində yaxınlıq əldə edərək Fizika İnstitutunun rəhbərliyinə gətirildiyi iddia edilən Nazim Məmmədov idi.  Sonra elm adamları onun haqqında ciddi ittihamlar səsləndirdilər ki, o, alimə yaraşmayan davranışlara yol verib. O adamı gətirib akademik etdilər, fizika-riyaziyyat elmləri bölməsinin rəhbərliyini ona tapşırdılar. Birdən-birə ulduzu parıldayan, amma ciddi alim kimi tanınmayan bir şəxsin birdən-birə bu qədər imtiyazlar əldə etməsi, yəqin ki, o layihələrlə bağlı olub. Sonra o layihələrin nəticələri heç bilinmədi ki, necə oldu. Ora ayrılan dövlət vəsaiti idi və o vəsaitin sonrakı taleyi, aqibəti necə oldu? Bununla bağlı bir məlumat olmadı. Yəni bu fondun fəaliyyəti ilə bağlı hər zaman iddialar olub və ittihamlar irəli sürülüb, amma fond rəhbərliyi buna reaksiya verməyib”.

İ.Orucovun sözlərinə görə, Fond tərəfindən alimlərin iddiasına və ittihamlarına cavab verilməməsi qurumun daha yüksək səviyyədə himayə olunmasından xəbər verir. O qeyd edir ki, belə olmasaydı onlar alimlərin ittihamlarına reaksiya verərdilər: “Bunlar alimlərin iddialarına cavab verməyi heç özlərinə sığışdırmayıblar. Fonda sonrakı rəhbərliyi Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın müdiri olduğu kafedranın bir əməkdaşı həyata keçirməyə başlayıb. Bu bir qızdır, onun da heç fəaliyyəti görsənmir, sanki bu fond yoxmuş kimi görsənir. Hesab edirəm ki, elmin idarə olunması ilə bağlı cənab Prezidentin siyasi iradəsinin nəticəsi olaraq yaradılmış  Elm və Təhsil Nazirliyi bu məsələrlə bağlı ətraflı araşdırma aparmalı və fondun fəaliyyəti ilə bağlı informasiyaları dövlət başçısına təqdim etməlidir. Əminəm ki, Fondun fəaliyyəti qənaətbəxş deyil.. Elm Fondu belə olmalı deyildi, milli donor olaraq ciddi elm layihələrini maliyələşdirməli idi. O layihələrin səmərəsini cəmiyyət görməli, elmi ictimaiyyət bilməli idi. Amma nə baş verdiyi bilinmir, bu pullar hara gedir, niyə dağıdılır, hara xərclənir? Fond həm də ictimaiyyət üçün açıq olmalı idi, amma açıq deyil, kifayət qədər qapalı bir fonddur. Amma hər halda bu ittihamlardır. Əlbəttə, bunları mən səsləndirmirəm, elm adamları səsləndirir. Bu ittihamların doğru olub-olmaması ilə bağlı münasibət ortaya qoyulmalıdır. Amma bu ortaya qoyulmur. Bu halda bu fondu daha ali səviyyədə kurasiya edən qurumlar bununla bağlı mütləq şəkildə cavabları ortaya qoymalıdırlar. Hesab edirəm ki, Elmin İnkişafı Fondu günün  tələblərinə cavab vermir, onun fəaliyyəti bugünkü tələblər səviyyəsində formalaşmalıdır”-deyə İ.Orucov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ