çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İqlim böhranı böyüyür: artıq insanlığın yox olması ssenariləri araşdırılır…

Image


İqlim dəyişikliyi ilə bağlı məsələyə dünya liderləri və əlaqədar təşkilatlar getdikcə daha çox diqqət etməyə başlayıblar. Bu da səbəbsiz deyil. Dünyanın bəzi yerlərinin sel və daşqınlardan əziyyət çəkməsi fonunda digər ərazlərində əks mənzərə müşahidə olunur. Məsələn, Avropa ölkələrində rekord dərəcədə yüksək temperatur və tüğyan edən meşə yanğınları ciddi problemə çevrilib. Fransa, İspaniya və Yunanıstanda minlərlə insan meşə yanğınlarına görə yaşadığı əraziləri tərk edib.

Alimlər diqqəti ona yönəldir ki, artıq Aralıq dənizində suyun temperaturu 30 dərəcəyə çatıb. Bu, orta göstəricidən 4-6 dərəcə yüksəkdir və “dəniz istisi” artıq biomüxtəlifliyə təsir edir. Fransalı okeanoqraf və klimatoloq Jan-Batist Salle bildirib ki, istilik anomaliyası hamını narahat edir, çünki Aralıq dənizi sürətlə istiləşir, bu da iqlim dəyişikliyinin ən görünən təsirlərindən biridir: “Fransanın Aralıq dənizi sahillərində havanın temperaturu mövsümi normalardan 5-6 dərəcə, hətta daha yüksəkdir. Bu fenomeni qeyri-adi edən dəniz istiliyinin müddəti və təkrar baş verməsidir. Yüksək temperatur kövrək dəniz otu yataqlarını məhv edir. Dənizin ağ ciyərləri hesab edilən bu yataqlar nəsli kəsilməkdə olan bir çox növ üçün həyati vacib yaşayış yeridir. Biz dəniz istiliyinin hər dalğası zamanı yüksək ölüm təhlükəsi ilə üzləşən təxminən əlli növ canlı müəyyən etmişik”. Araşdırmalara əsasən, dünyada sənaye erası başlayandan bəri qlobal istilik 1.1 dərəcə artıb və hökumətlər emissiyaları azaltmayanadək temperaturun yüksəlməsi davam edəcək. BMT-nin baş katibi Antonio Quterreş baş verənlərlə bağlı bildirir: “Bəşəriyyətin yarısı daşqınlar, quraqlıq, güclü tufanlar və meşə yanğınları risqi altındadır. Heç bir ölkə bundan sığortalanmayıb. BMT-nin son İqlim Konfransı səkkiz ay əvvəl başa çatıb və o vaxtdan qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq vəzifəsinin yerinə yetirilməsi təhlükə altındadır. Məni ən çox narahat edən odur ki, bu qlobal böhranla qarşılaşaraq biz beynəlxalq birlik kimi birgə işləyə bilmirik. Ölkələr bizim kollektiv gələcəyimiz üçün məsuliyyəti üzərlərinə götürmək əvəzinə, günahkar axtarmaqla oyun oynamağa davam edirlər. Biz belə davam edə bilmərik. Bizim seçimimiz var: kollektiv hərəkətlər və ya kollektiv intihar. Hər şey öz əlimizdədir”. Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge son həftələrdə Avropada insan tələfatına səbəb olan isti hava dalğasının “qorxunc qiyamətlə” əlaqəli olduğunu bildirib. İqlim dəyişikliyi nəticəsində yaranan isti dalğasının mənfi təsirinə qarşı Avropa ölkələrinin vahid plan hazırlaması zərurətini vurğulayan Kluge mövcud böhranın bəşəriyyətin varlığını təhdid etdiyini qeyd edib. Kluge hökumətləri boş ritorikadan əl çəkməyə və Paris iqlim razılaşmasını həyata keçirmək üçün siyasi iradə nümayiş etdirməyə çağırıb. Belə bir vaxtda Qərbin məşhur PNAS jurnalı yazır ki, iqlim dəyişikliyinin səbəb olduğu fəlakətlər və insanlığın yox olması ssenariləri lazımi səviyyədə araşdırılmır. Araşdırma müəllifləri hesab edirlər ki, iqlim dəyişikliyinə müdaxilə edilmədiyi təqdirdə ekstremal hava hadisələrinə və bunun sosial nəticələrinə hazır olmamaq çox təhlükəli ola bilər. Ekspertlər BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelindən (IPCC) tələb edirlər ki, “iqlimdə son oyun” kimi ssenarilər üzrə xüsusi bir hesabat hazırlansın. Onlar qeyd edirlər ki, iqlim böhranıyla bağlı araşdırmalarda təkcə elmi tədqiqatlara yox, 2019-cu ildə nəşr olunmuş “Yaşanmaz Dünya - İstiləşmədən Sonra Həyat” kimi məşhur kitablara da istinad olunur. Son illərdə iqlim mütəxəssisləri havanın sənaye inqilabından əvvəlki temperaturunu indiki ilə müqayisə edir, istiliyin 1,5-2 dərəcə artmasının dünyaya təsirini qiymətləndirirlər. Araşdırma müəlliflərindən biri, Kembric Universitetinin əməkdaşı Lyuk Kemp qeyd edir: “Məncə, ən pis vəziyyət ssenariləri haqqında düşünməmiz risqlərin idarə edilməsi baxımından çox vacibdir. Həyatımızın digər sahələrində ən pis ehtimallara hazırlaşdığımız halda, niyə bunu planetimizin və növümüzün yaşaması uğrunda mübarizədə də etməyək?”.

Tədqiqatçılar deyir ki, iqlim dəyişikliyi təkcə istiliyin artmasına yox, həm də qida çatışmazlığına, iqtisadi böhranlara, münaqişələrə və yeni pandemiyalara səbəb ola bilər. Araşdırmada vurğulanır ki, istilik yüksəldikcə, metan emissiyalarının artması, donmuş torpaqların əriməsi və ya meşələrin karbon yayması kimi qarşısıalınmaz proseslər, yəni əsas “məhvedici nöqtələr” elmi və sosial məlumatlandırma fəaliyyətinin diqqət mərkəzində olmalıdır. O da bildirilir ki, bu ehtimalların nəzərə alınması sayəsində lazımi texnologiyaları inkişaf etdirmək, risqləri analiz etmək, ictimaiyyəti məlumatlandırmaq və beləliklə də iqlim böhranının qarşısını almaq olar. Lyuk Kemp bu xüsusda qeyd edir: “Mümkün, amma narahatedici ssenariləri anlamamız həm siyasətdə, həm də cəmiyyətdə maarifləndirmə prosesini genişləndirməkdə və bu sahədə fəaliyyəti canlandırmaqda çox faydalı ola bilər. 1970 və 1980-ci illərdə potensial nüvə təhlükəsi dərk olunan zaman da oxşar vəziyyət yaranmışdı. Onda ictimaiyyətin səyləri nəticəsində silahsızlaşma hərəkatı yarandı. Qorxulu ehtimalları da nəzərə almağımız vacibdir. Reallıqdan xəbərimiz olmasa, düzgün qərar verə bilmərik. Yoxsa böhranın nəticələri ilə gənc nəsillər mübarizə aparmalı olacaq”.  Belə bir vaxtda iqlimə təhdid yarada biləcək növbəti hal ABŞ-Çin ziddiyyətlərinin dərinləşməsidir. Xatırladaq ki, 25 illik fasilədən sonra  ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin ABŞ-ın ən yüksək rütbəli nümayəndəsi kimi Tayvana səfərindən sonra Çin rəsmi Vaşinqtonla hərbi danışıqlardan tutmuş iqlim məsələsinə qədər bir çox mövzuda əməkdaşlığı dayandırdığını açıqlayıb.  BMT baş katibinin sözçüsü Stefan Dujarrik bildirib ki, ABŞ-Çin əməkdaşlığı olmadan qlobal problemləri həll etmək üçün heç bir yol yoxdur. ABŞ dövlət katibi Entoni Blinken isə vurğulayır ki, Pekinin iqlim məsələlərində Vaşinqtonla əməkdaşlığı dayandırması təkcə ABŞ-a deyil, bütün dünyaya, xüsusən də inkişaf etməkdə olan ölkələrə təsir edəcək: “İqlim sahəsində əməkdaşlığın dayandırılması ABŞ-ı yox, dünyanı, xüsusən də inkişaf etməkdə olan dünyanı cəzalandırmaqdır. Biz ölkələrimiz arasında qlobal məsələlərdə əməkdaşlığı fikir ayrılıqlarına “girov” etməməliyik”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ