Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər növbəti uğurlu əməliyyatlarını həyata keçiriblər.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter" səhifəsində bildirib.
Komitə sədri qeyd edib ki, ümumi çəkisi 622 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.