"Azərbaycan Ordusu" qəzetinin baş redaktoru vəzifəsində xidmət edən polkovnik-leytenant İlham Behbudov Müdafiə nazirinin müvafiq əmrinə əsasən 2021-ci il fevralın 12-dən "Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi"nə görə ehtiyata buraxılıb.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Hazırda qəzetə rəhbərlik baş redaktorun müavini vəzifəsinə təyin olunan kapitan Məhəmməd Nəsirliyə həvalə edilib.