Bu gün Bakının Nəsimi rayon ərazısində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rəşad Qiyas oğlu Zeynallının xatirə lövhəsi açıldı.
Qeyd. Rəşad Zeynallı 21 .04. 1998 ci ildə Bakıda dünyaya gəlib. 2004-2008 ci illərdə İ Əfəndiyev adına Elitar Gimnaziyada ,2008-2015 ci illərdə Paşa Nəzərov adına 60 saylı tam orta məktəbdə ,2014-2018 –ci illərdə isə Azərbaycan Texniki Universitetində təhsil almışdır. 2020 –ci ildə başlanan Vətən müharibəsində iştirak edərək oktyabrın 8 də şəhidlik zirvəsinə ucalıb. İgidimizin nəşi 21 gün sonra torpağa verilib. Rəşad Zeynallı “Vətən uğrunda”,”Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Döyüşdə Fərqlənmə” medallarıyla təltif olunmu.dur. Nəsimi rayon icra başçısı Asif Əsgərovun təkcə bu ailəyə deyil,rayon ərazisindəki bütün şəhid ailələrinə göstərdiyi müstəsna qayğı və diqqətin bir daha şahidi olduq.
Tədbir xatirə lövhəsinin ətrafına tər çiçəklərini sayğıyla düşülüşüylə başlandı. Toplantını açıq elan edən Asif bəy Rəşadın və eləcə də bütün igid oğulların,qazilərin keçdiyi. Şərəfli döyüş yolundan danışdı. Valideynlərinə Qiyas bəyə,Hafizə xanıma belə mərd ,igid oğul böyütdükləri üşün sayğılarını bildirdi.”Nə qədər ki xalqımız var,onun qədrbilən rəhbərliyi var şəhidlərimiz heç vaxt unudulmayacaq. Onlar o qədər əlçatmaz,müqəddəs zirvədədilər ki inanın çoxları o məqama, o ucalığa həsəd aparır. Şəhidlik hər kəsə nəsib olmaz. Mən belə oğullar böyüdən anaların qarşısında baş əyirəm. Tarix yazan oğullar daim yaşayır və yaşayacaqdır”.sözləriylə bitirdi.
Daha sonra filologiya üzrə fəlsəfə doktoru,Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri Jalə Cəfərova söz aldı. “Çox istərdim ki bu məkan təkcə görüş məkanı,istirahət məkanı olmayasın. Yeni ailə həyatı quran gənclər necə ki Rəşad sədaqətlə son nəfəsinə qədər vətənə sadiq qaldı onlar da bu məkanda sədaqət andı qəbul etsinlər. Həmçinin bu məkanda məktəblilərin həm Rəşadı həm də bütün şəhidlərimizi daim yad edəcək tədbirlər keçirtsinlər. “ Rəşadın təhsil aldığı məktəbin dərs hissə müdiri Süleyman müəllim də bütün şəhidlərimizə Allahdan rəhmət diləyib Rəşadla bağlı xatirələrini danışdı. Tədbirin sonunda Rəşad Zeynallının atası Qiyas Zeynallı bütün tədbir iştirakçılarına, eləcə də Asif Əsgərova təşəkkürünü bildirdi.
Baki-xeber.com