Dünən redaksiyamıza “Vest Product Marketinq” MMC-nin direktoru H.Tağıyevin imzası ilə “Pretenziya” adlı məktub gəlib. Başdan-ayağa hədələyici tonda yazılmış “Pretenziya – məktubda” bu şirkətlə bağlı hansısa yazıya və video çəkilişə etiraz edilir, “48 saat ərzində təkzib” tələb edilir.
Böyük çətinliklə aydınlaşdıra bildik ki, şirkəti qəzəbləndirən yazını işıqlandıran “Bakı-Xəbər” media qrupu deyil, həmin yazını oxşar ad daşıyan başqa sayt yazıb.
Bir daha xatırladırıq ki, “Bakı-Xəbər” qəzeti, “Bakı-xeber.com” saytı və “Bakı-Xəbər” TV-nin öz kursu və yolu var.
Cənab H.Tağıyevin isə diqqətinə onu da çatdırırıq ki, göndərilən məktubda “Vest Product Marketinq” MMC-nin heç bir rekviziti, ünvanı və telefon nömrəsi olmadığı üçün reaksiyamızı sayt vasitəsilə bildirməli olduq. Əgər telefon nömrəsi olsaydı, reaksiyamız daha qısa formada ola bilərdi.
Bir daha deyək ki, mübahisəli yazının “Bakı-Xəbər” media qrupuna heç bir aidiyyəti yoxdur.
Baki-xeber.com