çərşənbə günü, 11 noyabr 2026
     

Mətbuat Şurasında “Narkomaniya ilə mübarizədə medianın və idmanın rolu” mövzusunda toplantı keçirildi - FOTO

Image


Azərbaycan Mətbuat Şurasının, Milli Olimpiya Komitəsinin və Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizədə medianın və idmanın rolu” mövzusunda “dəyirmi masa” keçirilib. Eyni zamanda Milli Olimpiya Komitəsinin rəsmi orqanı olan “Olimpiya dünyası” qəzetinin fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş tədbir ərazi bütövlüyümüz uğrunda həlak olmuş Vətən övladlarının xatirəsinin anılması ilə başlayıb.

Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyası, adından da göründüyü kimi, idmançıların bəşəri bəla olan narkomaniyaya qarşı səfərbərliyini təmin etməyi, onların həyat və fəaliyyətinin örnək tərəflərini göstərməklə gəncləri pis vərdişlərdən uzaq tutmağı, idman mütəşəkkiliyini artırmağı özünə hədəf seçib. Federasiyanın Azərbaycan Nümayəndəliyi də qarşıya qoyulan məqsəd naminə əzmlə çalışmaqda, təbliğat, maarifləndirmə işləri aparmaqdadır. “Əlbəttə, söhbət təbliğatdan və maarifləndirmədən düşürsə, biz ilk növbədə medianın rolundan danışmalıyıq. Hesab edirəm ki, müstəqillik illərində idman jurnalistikamız da inkişaf etmişdir. Bu inkişaf həm də idman hərəkatının intensiv xarakterindən irəli gəlir. Ölkəmizdə həqiqətən də idmana yüksək diqqət və qayğı var. Dövlətimiz, şəxsən Prezident İlham Əliyev sahəyə, olimpiya hərəkatına olduqca həssas yanaşır. İdman jurnalistikası da belə həssas münasibətin sayəsində özünə geniş yaradıcılıq meydanı əldə edir. “Olimpiya dünyası” qəzeti 20 ildir bu meydandadır. Qəzetdə nəinki olimpiya idman növləri, habelə bütövlükdə idmanımız dolğun və obyektiv şəkildə oxuculara çatdırılır. Heç şübhəsiz, nəşrin idmanın populyarlaşmasında da müstəsna xidmətləri var. Bütün bunları nəzərə alaraq Azərbaycan Mətbuat Şurası “Olimpiya dünyası” qəzetini özünün diplomuna layiq görüb”, - deyən Ə.Amaşov diplomu “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyevə təqdim edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev çıxışında bildirib ki, həm təmsil etdiyi dövlət qurumu, həm MOK-un Ədalətli Oyunlar Hərəkatı gənclərin zərərli vərdişlərdən uzaq dayanmaları üçün məqsədyönlü tədbirlər həyata keçirməkdədir. Mövcud xüsusdə başlıca yeri qarşılıqlı əməkdaşlıq tutur. Əməkdaşlıq idmanın daha da kütləviləşməsini hədəf seçib. İdman kütləviləşməlidir ki, müxtəlif mənfi tendensiyalar sıradan çıxsın, o cümlədən bəşəri bəla olan narkomaniya ilə mübarizədə mütəşəkkillik güclənsin. Bu, bütövlükdə idman ictimaiyyətinin mübarizəyə töhfəsidir. Gələcək nəsillər narkomaniyanın fəsadlarından maksimum dərəcədə qorunmalıdırlar. X.İsayev həmçinin “Olimpiya dünyası” qəzetinin 20 il ərzindəki fəaliyyətinə də toxunaraq bildirib ki, nəşr özünün məzmunlu fəaliyyət dairəsi, peşəkar yanaşması ilə idmanın həm də həyat tərzi kimi təbliğində müstəsna rol oynamaqdadır.

“Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev 2001-ci il noyabrın 27-dən işıq üzü görən mətbu orqanın hazırda həftədə 1 dəfə oxucularla görüşə gəldiyini, eyni zamanda gündəlik yenilənən elektron resursa malik olduğunu vurğulayıb. Ötən müddətdəki uğurlardan söz aşmış baş redaktor deyib ki, “Olimpiya dünyası” İspaniyada keyfiyyət və peşəkarlığa görə mükafatına da layiq görülüb. O, həmçinin nəşrin müxbirlərinin Yay Olimpiya Oyunlarından Azərbaycan oxucularını eksklüziv materiallarla təmin etdiklərini də diqqətə çatdırıb. M.Fərzəliyev medianın narkomaniya ilə mübarizədəki öncüllüyündən söz açarkən Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiklərini bildirib. Baş redaktor çıxışında həmçinin narkomaniya ilə mübarizədə idman ictimaiyyəti ilə medianın birgə əməkdaşlıq məsələlərinə dair fikirlərini bölüşüb, rəhbərlik etdiyi qəzetin fəaliyyətinə verilən dəyərə görə təşəkkürlərini çatdırıb.

Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev təmsil olunduğu qurumun gördüyü işlərdən söz açıb. O bildirib ki, təşkilat qarşıya qoyduğu məqsədə çatmaq üçün müxtəlif sahələrlə sıx əlaqədədir. Xüsusən  idman cəmiyyətləri və media orqanları ilə təmaslar ön plandadır. Başlıca fəaliyyət metodu təbliğatdır. Təbliğat isə ilk növbədə idmanın daha da populyarlaşmasını hədəf seçir. Eyni zamanda məsələyə sistemli baxış var. Bu baxışda ayrı-ayrı nüfuzlu beynəxalq yarışlarda, Dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında qalib olmuş, fərqlənmiş idmançıların nümunəvi həyat tərzinin cəmiyyətə, gənclərimizə təlqin edilməsi mühüm yer tutur. Media ilə əməkdaşlıq isə mövcud istiqamətdəki başlıca vasitədir. C.Allahverdiyev də öz növbəsində “Olimpiya dünyası” qəzetini fəaliyyətinin 20 illiyi münasibətilə təbrik edib.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov daxili işlər orqanlarının narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verib, iştirakçıları konkret statistika ilə tanış edib. Ölkədə narkomanların rəsmi 32 mindən artıq olan sayının qeyri-rəsmi məlumatlara əsasən daha çoxluğunu vurğulayan N.Məmmədov təmsil olunduğu dövlət orqanının bəşəriyyətin bəlasına qarşı mübarizədə sosial media menecmentinə də geniş üstünlük verdiyini vurğulayıb.

Olimpiya çempionu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova çıxışında bildirib ki, hər bir idmançı özünün uğurları ilə cəmiyyətə, o cümlədən gənclərə canlı nümunəvi yaşam obrazıdır. İdman təşkilatları isə media ilə müştərək şəkildə bu obrazın təbliğində fəallıq nümayiş etdirməklə gələcək nəsilləri həm idmana kökləyər, həm də onları pis vərdişlərdən uzaqlaşdırmaq yönümlü işlərə töhfə vermiş olarlar.

MŞ İdarə Heyətinin üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev narkomaniyanın cəmiyyətin bütün təbəqələrinə mənfi təsirlərinin miqyasının böyük olduğunu vurğulayıb. O, bu bəlanı neytrallaşdırmaq üçün sistemli baxışa ehtiyacın duyulduğunu deyib. Jurnalist fəaliyyətinə gəldikdə isə, A.Quliyev narkomaniyanın fəsadlarının əksini tapdığı peşəkar, müxtəlif janrlı yaradıcılıq nümunələrinin qələmə alınmasının zəruriliyini əsaslandırıb. Baş redaktor çıxışında habelə 20 illiyini qeyd edən “Olimpiya dünyası” qəzetinin idman salnaməmizin xronikasını yaratmaq baxımından mühüm işlər gördüyünü diqqətə çatdırıb və əlavə edib ki, nəşrin günümüzün tələbləri səviyyəsində işıq üzü görməsi son dərəcə əhəmiyyətlidir.

Konkret ənənəvi idman növlərinin fəaliyyətləri ilə gəncləri özlərinə cəlb etdiyini, nəticə etibarilə onların zərərli vərdişlərdən uzaq tutulmasına töhfə verdiyini vurğulayan cüdo üzrə əməkdar məşqçi, Cüdo Federasiyasının Nizam-intizam komissiyasının sədri Ruzbeh Vəliyev onu da bildirib ki, digər idman növlərinin inkişafını stimullaşdırmaqla, eyni zamanda onların əhali qrupları üçün əlçatımlılığını təmin etməklə gələcək nəslin sağlam böyüməsinə kömək göstərmək mümkündür. Elə fəaliyyət aparılmalıdır ki, ənənəvi idman sahələrinin üzərinə düşən yük azalsın, digərləri ilə bölünsün.

MŞ-nin icraçı katibi, “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədilə dövlət proqramının mövcudluğuna diqqət çəkərək qeyd edib ki, bu sənəd hər bir dövlət qurumu qarşısında konkret məsuliyyət müəyyənləşdirməkdədir. Ona daha ciddi yanaşılacağı təqdirdə mövcud istiqamətdəki bir sıra neqativ təmayüllər də aradan qalxacaqdır.

Çıxış edənlərdən cüdo üzrə dünya çempionu Elxan Məmmədov, “Azersport.com” saytının rəhbəri Vüqar Zeynalov, “İki sahil” qəzetinin baş redaktorunun birinci müavini İsmayıl Hacıyev, kiqboksinq üzrə dünya çempionu Ehram Məcidov, “Sportsman” jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu, “Məhsul” İdman Cəmiyyətinin Uşaq Gənclər İdman Mərkəzinin direktoru Niyazi Məmmədov, əməkdar jurnalist Rəhim Hüseynzadə, “Olimpiya dünyası” qəzetinin baş redaktor müavini Aslan Şirəliyev, Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin katibi Gülnarə Məlikova və başqaları müzakirə edilən mövzunun əhəmiyyətindən söz açaraq idmanın gənc nəslin mənəvi və fiziki tərbiyəsindəki roluna toxunublar. Onlar insanların zərərli vərdişlərlər sığortalanması, narkomaniya kimi bəlaya düçar olmamaları üçün bütövlükdə cəmiyyətin səfərbərliyinin vacibliyini, sosial həyat instrumentlərinin aktivliyinin zəruriliyini önə çəkib, fikirlərini müxtəlif misallarla əsaslandırıblar.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ