çərşənbə günü, 11 noyabr 2026
     

Ağır xərçəng xəstəsinin bir neçə aylıq pensiyasını kim it-bata salıb? - Ulduz Əhmədov ümidini itirmir...

Image


Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov 6, mənzil 24 ünvanında yaşayan Əhmədov Ulduz Əhməd oğlu xərcəng xəstəliyindən əziyyət çəkir.  U.Əhmədov “Bakı-Xəbər” TV-də yayımlanan “Düz kəsir” verilişinin canlı yayımında bildirdi ki, xərcəng xəstəsi olmasına baxmayaraq, bir neçə ay əvvəl pensiyası kəsilib, lakin əlaqədar qurumlara çoxsaylı müraciətlərindən sonra pensiyası bərpa olunsa da, aradakı bir necə aylıq pensiyasını ala bilmir, pensiyası it-bata düşüb.

İkinci dərəcəli əlil olduğunu deyən U.Əhmədov “Bakı-Xəbər” TV vasitəsilə Azərbaycan Prezidentinə və Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edərək bildirib ki, cari ilin aprel ayında birdən-birə onun əlilliyi dayandırılıb: “Özü də mən onkoloji xəstəyəm, hazırda xəstəliyim də çox ağırlaşıb, kimya terapiya qəbul edirəm. Aprel ayında əlilliyim dayandı və mənə “Dost” mərkəzindən “şanlı məktub” gəldi ki, sizin əlilliyiniz dayandırılıb, sizi yaşa görə müavinətə keçirmişik. Mənə bildirdilər ki, sizə yaşa görə 200 manat pensiya təyin edilib. Məni yaxınlarım  “Dost” mərkəzinə apardılar və orada da yaşa görə müavinətdən imtina etdim. Çünki mən əlilliyə görə 259 manat alırdım, amma bunlar mənə 200 manat pensiya kəsmişdilər. Orada mənə dedilər ki, ərizə yazıb imtina edin, mən də ərizə yazıb imtina etdim. Bildirdilər ki, gedin yenidən komissiyadan keçin. Bu da təxminən üç-dörd ay çəkdi, senyabr ayında əlilliyim bərpa olundu. Ötən 4 ay müddətində mənim əlilliyə görə müavinətimi vermədilər. Yəni mənim əlilliyim bərpa edilsə də, hazırda müavinət alsam da, arada qalan o 4 ayın pulunu ala bimirəm. “Dost” mərkəzinə gedirəm, deyirlər ki, bəli, Prezidentin əmri var, ancaq Nazirlər Kabineti hələ bunu təsdiq etməyib. Belə çıxır ki, mən aprel ayında onkoloji xəstəlikdən tam “sağalmışam” və sentyabr ayında bir də yenidən xəstələnmişəm. Bu belə çıxır. 4 ay müddətində mən “sağlam” olmuşam. Halbuki, mənim mədəmi, qida borumu çıxarıblar. Hamı bilir ki, onkoloji xəstəlikdən insanlar nə qədər əziyyət çəkir. İndi mənim 4 aylıq pulumu vermirlər. Mən hörmətli Prezidentimizə, hörmətli nazirimiz Sahil Babayevə üz tuturam: sizin göstərişinizlə 6 ay müddətinə həmin o pullar verilməlidir. Onu da vermirlər. Mənə veriləcək məbləğ 800-1000 manata qədər  pul edir. Əgər bu pulun respublikanın bir yarasına xeyri olacaqsa imtina da edə bilərəm, heç verməsinlər. Ancaq haqqımı da tələb edirəm ki, cənab Prezidentimiz deyib 6 ay müddətinə pulu verin, çünki sənədləşmə çox uzun çəkir. Bu qapıdan o qapıya, o qapıdan bu qapıya...elə olmaz. Düzdür, onların da sözündə həqiqət var ki, yalandan pensiya alanlar da olur. Ancaq həqiqi xəstələri o birilərin gözünə qatmaq düzgün deyil. Mən bunu heç cür qəbul edə bilmirəm ki, həqiqi xəstəyə belə münasibət olur. Onda həqiqi xəstələr də inciyir ki, məni niyə buna görə incidirsən? Mənə ömürlük əlillik verilmişdi. Qolu amputasiya olunanın təzədən qolu bitməyəcək ki? Mənim də mədəm tam çıxarılıb”.

Şikayətçinin sözlərinə görə, mədə implantasiyası da dünyada yoxdur, mədə implantasiyası mümkün olsaydı, ev-eşiyini satıb onu etdirərdi. U.Əhmədov qeyd edib ki, xəstəliyinin get-gedə irəliləməsi onun çəkisinə də ciddi təsir göstərib, 105 kq-dan 57 kq-a düşüb. “Çox əziyyət çəkirəm. Qan yaranmır, yemək yeyə bilmirəm, dava-dərmanla ayaqda dururam. Mən ağır vəziyyətdə olduğum halda 4 aylıq pensiyamı vermirlər. Yaxşı, verməyin, ancaq mən bilim ki, o pul hara sərf olunur və hansısa bir əsgərimizin dərdinə, qazimizin yarasına dava olur. Amma qazilərə də onu vermirlər. Əgər elədirsə eybi yox, mənə verməyin, onsuz da mən beş-üç günün qonağıyam. Prezidentin əmri var ki, 6 ay müddətinə camaatın pulunu verin. Vermirlər. Zəng edirəm nazirliyə, bütün şöbələrin də hərəsində bir qız var, telefonu götürüb adamları ancaq yola verirlər. Əvvəllər 259 manat aldığım halda indi 186 manat alıram. 259 manatı kəsib 186 manat ediblər. Vəziyyətimin ağırlığına görə mənə birinci dərəcəli əlillik düşür, amma dedilər ikinci dərəcəni verək, metaztazlarının sayı çoxalarsa gələrsən birinci dərəcə verərik. Metastazların sayı çoxlandan sonra isə 1-2 ayın qonağı olursan, nə mənası var ki, insanlara əziyyət verirlər. Cənab Prezidentə üz tutub demək istəyirəm ki, sizin verdiyiniz sərəncamlar yerində icra olunmur. Xalqı Prezidentin üstünə niyə qaldırırlar, niyə?  Prezidentimiz deməyib ki, sən onkoloji xəstənin 4 aylıq pulunu vermə. Göstəriş verib ki, 6 ay müddətinə boş keçən ayların pulu qaytarılmalıdır...”-deyə şikayətçi Ulduz Əhmədov bildirdi.

  • Fərəc Quliyev: “Doğru yanaşmadır ki, əgər xəstənin 4 aylıq pulu kəsilibsə bu ödənilməlidir”

“Bakı-Xəbər” TV-nin qonağı olan sabiq millət vəkili Fərəc Quliyev ağır xərcəng xəstəsi olan U.Əhmədovun vəziyyətinə münasibət bildirib.  “...Xəstəlik insan üçündür. Allahdan da ümid üzülməz. Hesab edirəm ki, belə xəstələri, ümumiyyətlə, haqqı olanları incitmək düzgün deyil. Bu problemi gətirib bu səviyyəyə çatdıran məmurlar heç düşünürlərmi bu haqda? Adamın haqqı olan pulunu vermirsən, adam narazıdır. İndi bu canlı yayımda xeyli adam onun problemini eşitdi. Bu inamsızlıq dövlətə qarşı münasibətin soyumasına səbəb olan haldır. Yəni belə halları yaradan məmurlar bir az məsuliyyət hiss etməlidir. Düzdür, Ulduz bəy özü də dedi ki, xeyli adamlar saxta əlillik müavinəti alırlar. Bu da az deyil, xeyli adamları müəyyənləşdiriblər. Saxta əlilliklə mübarizə davam etməlidir. Bu əslində dövlətdən oğurlamaqdır, sağlam ola-ola işləmir və vəsait alır. Müəyyənləşdirəndə ki, bu xəstədir, onun pulunu yubatmaq olmaz. Doğru yanaşmadır ki, əgər xəstənin 4 aylıq pulu kəsilibsə bu ödənilməlidir. Nə üçün şikayət edilməlidir?” deyə sabiq millət vəkili qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ