Tağıyev adına Masallı Tarix Diyarşünaslıq Muzeyində təşkil olunmuş növbəti ekskursiyasının qonaqları şəhər 5 saylı, eləcə də rayonun Ərkivan qəsəbə 2 və 4 saylı, Güllütəpə kənd ümumtəhsil məktəblərinin müəllim və şagirdləri idi.
Bəri başdan deyim ki, ekskursiya yüksək səviyyədə keçdi. Belə ki, qarşıdan gələn İkinci Qarabağ müharibəsinin birinci ildönümünün qeyd edilməsi məqsədilə hazırlanmış Tədbirlər Planına uyğun keçirilən ekskursiyada Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva məktəblilərə Zəfər tariximizlə bağlı təfərrüatlı məlumatlar verdi, eyni zamanda məktəbli kollektivinə döyüşlərdə qəhrəmanlıq göstərmiş şanlı Azərbaycan Ordusunun igid əsgər və zabitlərin həyatı və şərəfli döyüş yolundan tutarlı faktlar əsasında danışdı.
Sonra şagirdlər xüsusi guşədə nümayiş etdirilən hərbçi əşyaları, şəhidlərlə bağlı fotomateriallar, sənədlər və digər eksponatlarla tanış oldular. Masallı Dövlət Rəsm Qalereyasında açılmış vətənpərvərlik mövzusunda rəsm sərgisi də şagird və müəllim kollektivdə böyük maraq yaratdı.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü