çərşənbə günü, 11 noyabr 2026
     

Koronavirus pandemiyasının daha dəhşətli fəsadları üzə çıxır...

Image


Azərbaycan da daxil olmaqla, dünyada koronavirusa yoluxma hallarının yenidən artmasi müşahidə edilir. Bu, həm mövsümi amillər, həm də virusun yeni ştammlarının yaranması ilə izah olunur. Baş verənlərlə bağlı nüfuzlu "National Geographic” dərgisi yazır ki, vəziyyət yenidən kritikləşir: “COVID-19 xəstəliyindən ölənlərin sayı 5 milyonu keçir. Bu, sonu görünməyən pandemiyanın daha bir mərhələsidir. ABŞ da daxil, bir sıra ölkələrdə COVID-19 indi ürək xəstəliyi və insultla yanaşı əsas ölüm səbəbidir.

Ekspertlərsə bildirir ki, xəstəlik qurbanlarının sayı rəsmi rəqəmlərdən xeyli yüksək ola bilər. “John Hopkins” Universiteti “Bloomberg” İctimai Sağlamlıq Məktəbinin epidemiologiya professoru Amber de Suza bildirir: “Çox mümkündür ki, ölüm sayı biz bildiyimizdən iki dəfə çoxdur. 5 milyon özlüyündə dəhşətli rəqəmdir. Heç bir ölkə xəstəlikdən qaça bilməyib”. De Suza və başqa ekspertlər bildirir ki, 5 milyon yalnız ölkələrin rəsmən qeydə aldığı halların göstəricisidir. Ekspertlər qeyd edir ki, bu rəqəm COVID-19-la dolayısı ilə bağlı səbəblərdən ölənləri də nəzərə almır. “Delta” variantının yayılması ilə bağlı yüksəlişdən sonra hazırda ölüm sayı azalsa da, yoluxmalar artır və çox güman, artmaqda davam edəcək. Qlobal ölüm statistikası göstərir ki, pandemiya, xüsusilə də Amerika və Avropaya ən ağır zərbəni vurub. Peru isə bütün dünyada COVID-19 ölümlərinin ən yüksək əmsalına malikdir. Bu ölkədə koronavirusdan ölənlərin sayı əhalinin hər 100 min nəfərinə 615-dir. Bosniya-Herseqovinada, Şimali Makedoniyada, Monteneqroda, Bolqarıstanda və Macarıstanda bu göstərici 300-dən çoxdur. Ümumilikdə ən çox ölüm halları Birləşmiş Ştatlarda qeydə alınıb. Bu ölkədə pandemiya başlanandan bəri 741 min nəfər dünyasını dəyişib. Braziliyada bu rəqəm 600 min, Hindistanda isə 450 mindir. Meksika, Britaniya, İtaliya və Kolumbiya kimi bir sıra ölkələrdə həm ölüm faizi, həm də ölüm hallarının sayı yüksək olaraq qalır.

Alimlər deyir ki, Amerika və Avropada nəticələrin xüsusilə ağır olması əhalinin yaşlılığı ilə bağlıdır. Bu ərazilərdə COVID-ə daha həssas diabet və yüksək qan təzyiqi xəstələrinin də sayı çoxdur. Ekspertlərin gəldiyi qəti nəticəyə görə COVID-19 xəstəliyinin qarşısında ən zəif cəhət insanın yaşlılığıdır. Lakin alimlərin fikrincə, aşağı və orta gəlirli bir çox ölkələrdə xəstəliyin ölüm dalğası gənc adamları da tutur. Amma belə ölkələrdə ölüm faizinin yüksək olması təkcə səhiyyə sistemlərinin zəifliyi ilə bağlı deyil. Statistika göstərir ki, COVID-19-a yoluxmadan ölənlərin arasında yoxsul təbəqə çoxluq təşkil edir. Belə ölkələrdə adətən adamlar dolanışıq naminə özlərini təcrid edə bilmirlər. Onlar iş üçün evdən çıxmalı, çörəkpulu qazanmalıdırlar. Pandemiya bir çox ölkələrin səhiyyə sistemini o dərəcədə məşğul edib ki, bir sıra başqa qorxulu xəstəliklərin profilaktika və müalicəsi diqqətdən kənarda qalmalı olub. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, vərəm və malyariya kimi xəstəliklərlə mübarizədə onilliklərlə qazanılmış nailiyyətlər puç olub. Vərəm xəstəliyindən ölüm sayı son onillikdə ilk dəfə olaraq 1.5 milyona çatıb. Vərəmin diaqnozlaşdırılması isə 2020-ci ildə 18 faiz azalıb. Pandemiya bəşər həyatına başqa faciələr də gətirib. Yeni statistika pandemiya dövründə yetimlərin kəskin artdığını göstərir. Bir müddət əvvəl “The Lancet” jurnalında dərc olunmuş statistikaya görə, 21 ölkədə hər iki valideynini və ya hamisi olan baba-nənəsini itirdiyinə görə 862 min 365 uşaq yetim qalıb. Bu rəqəm, xüsusilə də Cənubi Afrikada, Peruda və Birləşmiş Ştatlarda yüksəkdir.

Bu ilin əvvəllərindən yüksək effektivliyə malik vaksinlərlə peyvəndləmə kampaniyalarına başlanması, nəhayət ki, COVID-19 ölümlərinin cilovlanmasına ümidlər yaratmışdı. İndiyədək bütün dünyada 7 milyard doza vaksin vurulub, lakin bir çox ölkələrdə peyvəndləmə faizi hələ də aşağı olaraq qalır. Burada vaksin çatışmazlığı və virusun vaksinlərə müqavimətinin artması da böyük rol oynayır. Peyvəndləmə faizinin aşağı olması ilə yanaşı, vaksinlərə qarşı dezinformasiya kampaniyaları da ciddi fəsadlar törədir. Söhbət ilk növbədə Şərqi Avropa ölkələrindən gedir. Burası da var ki, ilin əvvəllərində yoluxmanın tüğyan etməsinə baxmayaraq, indi Hindistanda yoluxma və ölümlərin nisbətən aşağı göstəriciləri ekspertləri də təəccübləndirib. Lakin ekspertlər bildirir ki, hətta peyvəndləmənin ən yüksək səviyyədə aparıldığı ölkələrdə də vaksinlərin uzun müddətdə vəziyyəti necə dəyişdirəcəyi bilinmir. Burada çox şey yeni, daha yoluxucu ştamm və mutasiyaların yaranmasından asılı ola bilər. Doktor de Suza deyir: “Mən ümid edirəm ki, yoluxmanın bu qış artımı daha az sayda ölümlə müşayiət olunacaq. Lakin buna qarantiya vermək olmur”. Hazırda koronavirusun daha yoluxucu “Delta” variantının yayılması təhlükə yaradıb. Lakin ekspertlər narahatdır ki, ölkələr vaksinasiyanın templərini saxlaya bilməsələr, “Delta”dan da təhlükəli mutasiyalar yarana bilər. Emori Universitetinin Qlobal Sağlamlıq İnstitutunun direktoru Rebeka Martin deyir: “Virusun məqsədi sağ qalmaqdır. Əgər biz hamını peyvənd edə bilməsək, pandemiya heç vaxt qurtarmayacaq, çünki yeni-yeni variantlar yaranacaq”. Vaşinqton Universitetinin Milken İnstitutundan professor Kristofer Mores bildirir ki, pandemiya dövründə həm də insanlara hüsn-rəğbəti qoruyub saxlamaq lazımdır: “Biz daha duyğulu olmalıyıq. Valideyn, dost, həmkar olmuş insanların itkisini hiss etmək lazımdır. İmkan vermək olmaz ki, onlar sonsuzluğa doğru artan soyuq rəqəmlər olsun”. Professor de Suza da bu fikirlə razıdır: “Xatırlayıram ki, 100 min amerikalı öləndə mən sarsılmışdım. Amma Amerikada təkcə ötən ay COVID-dən 50 min insan vəfat edib. Bu, bizim statistikaya münasibətdə necə keyləşdiyimizi göstərir”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ